Tarixi razılaşma...
16.07.2025 [09:47]
Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövləti yaradılır
Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Bu müstəmləkəçilik siyasətindən müxtəlif xalqlar hələ də əziyyət çəkir. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir.
Azərbaycan müstəmləkədən əziyyət çəkən xalqları dəstəkləyir
Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb.
Hazırda Fransa Afrikada, Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı bəzi ərazilərdə müstəmləkəçilik siyasətini davam etdirir. Bakı Təşəbbüs Qrupu isə Fransanın bu siyasətinə qarşı müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər keçirir. Həmin tədbirlərdə fransız müstəmləkəsindən əziyyət çəkən xalqların nümayəndələri də fəal iştirak edirlər. Artıq Azərbaycanın həmin xalqlara siyasi və mənəvi dəstək göstərməsi öz nəticəsini verməkdədir. Belə ki, on günlük danışıqlardan sonra Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və əleyhdarları arasında Fransa tərəfindən tarixi hadisə kimi qiymətləndirilən razılaşma imzalanıb. 13 səhifəlik sənəddən ibarət razılaşmada Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövlətinin yaradılması nəzərdə tutulur. Bu status kaledoniyalılara ikili vətəndaşlıq - Fransa və Kaledoniya vətəndaşı olmaq imkanı verir və onların kimliyini tanımaqla yanaşı, Fransa ilə əlaqəni də saxlayır. Sənədə görə, digər ölkələr də Yeni Kaledoniya Dövlətini tanıya biləcək.
Razılaşma yalnız institusional məsələlərlə məhdudlaşmır. O, eyni zamanda iqtisadi və maliyyə islahatları paktını da əhatə edir. Bu pakt Yeni Kaledoniya iqtisadiyyatının əsas sütunlarından biri olan nikel sənayesi üçün strateji planı da özündə ehtiva edir.
Referendumda təsdiq olunmalıdır
Razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ilin fevralında Yeni Kaledoniyada keçiriləcək referendumda təsdiq olunması nəzərdə tutulur. Gələn ilin əvvəlində Yeni Kaledoniyanın təşkilatlanmasına həsr ediləcək fundamental qanun da qəbul edilməlidir. Həmin qanuna əsasən ölkənin kimlik simvolları (ölkənin adı, bayrağı, himni, devizi və s.) dəyişdirilə bilər. Fundamental qanun Yeni Kaledoniya Konqresinin 3/5 üzvünün səsi ilə qəbul edilməlidir.
Digər məqam ondan ibarətdir ki, Fransanın beynəlxalq öhdəliklərinə və fundamental maraqlarına riayət etməklə Yeni Kaledoniya Dövləti tərəfindən diplomatik fəaliyyət aparılacaq. Eyni zamanda, Fransa dövləti öz diplomatik münasibətlərində Yeni Kaledoniyanın maraqlarını (xüsusən də xarici ticarət məsələlərində) nəzərə almağı, habelə Yeni Kaledoniyanın beynəlxalq təşkilatlarda daha geniş təmsil olunması və onun beynəlxalq inteqrasiyasını dəstəkləməyi üzərinə öhdəlik kimi götürür. Lakin Yeni Kaledoniya Dövlətinin BMT-də yerə malik olması ilə bağlı müddəa layihədə mövcud deyil.
Bundan başqa, Fransa regiondakı strategiyaları, məqsədləri və fəaliyyətləri barədə Kaledoniya rəsmilərini məlumatlandırmalıdır. Fransanın Yeni Kaledoniyadakı Silahlı Qüvvələri Yeni Kaledoniyanın ərazi bütövlüyünə və onun əhalisinin qorunmasına zəmanət verəcək. Könüllü hərbi xidmət bölümü də təsis ediləcək. Həmçinin, Fransa dövlətini, Kaledoniya hökumətini, merləri və adət-ənənə rəsmilərini bir araya gətirəcək Təhlükəsizlik üzrə Ali Kaledoniya Şurası təsis ediləcək. Fransa dövlətinin kompetensiyasına riayət etməklə bölgələr özlərinin bölgə polislərini (ictimai sakitçilik, sanitariya, insanların və malların təhlükəsizliyi, ətraf mühitin qorunması məsələləri) yarada biləcəklər. Fransa dövlətinin kompetensiyasına riayət etməklə Yeni Kaledoniyanın adət-ənənə bölgələrində adət-ənənə (adət-ənənələrə hörmət edilməsinə nəzarət) polisləri təsis ediləcək.
Yeni Kaledoniya Konqresi tərəfindən belə bir qərar qəbul edilərsə, Fransa və Yeni Kaledoniya Konqresinin xüsusi nümayəndə heyəti arasında işçi qrupu yaradılacaq və bu ötürmənin şərtləri müzakirə olunacaq. Nəticədə tərtib ediləcək müştərək layihə kaledoniyalılar tərəfindən təsdiq edilməlidir. Sözügedən səsvermədə bütün kaledoniyalılar iştirak edə biləcək.
Digər xalqlar üçün də presedent ola bilər
2026-cı ildən isə kaledoniyalılar ikili vətəndaşlığa malik olacaqlar - Fransa və Kaledoniya. Onlar Avropa vətəndaşlığını da qoruyub-saxlayacaqlar. Bundan əlavə, bütün Yeni Kaledoniya vətəndaşlarının və Kanakidə davamlı əsasda ən azı 15 il yaşayan şəxslər regional seçkilərdə iştirak edə biləcək. Bu dəyişiklik ən əsas məqamlardan biridir. Belə ki, Fransa dövlətinin məhz bu dəyişiklik istəyi 2024-cü ildə baş vermiş iğtişaşların əsas səbəblərindən biri olmuşdu. Xatırladaq ki, regional seçkilər Yeni Kaledoniya üçün xüsusi əhəmiyyətə malik olan seçkilərdir. Belə ki, regional seçkilər vasitəsilə Yeni Kaledoniya Konqresinin (Parlament) üzvləri seçilir. Beləliklə, dəyişiklik nəticəsində ən azı 12 min yeni insan regional seçkilərdə səs verə biləcək.
Razılaşmaların icrasını isə yaradılacaq Nəzarət Komitəsi izləyəcək. Bu komitədə Fransa və Yeni Kaledoniya nümayəndələri təmsil olunacaq.
Qeyd edək ki, razılaşmaya əsasən Yeni Kaledoniya öz müqəddaratını təyin etmək hüququnu da özündə saxlayır. Bu hadisənin müsbət məqamlarından biri Fransa prezidenti E.Makronun ilk dəfə Yeni Kaledoniya ilə bağlı danışıqlarda şəxsən iştirak etməsi oldu. Nəzərə alaq ki, Yeni Kaledoniya məsələsinin beynəlmiləlləşdirilməsi bu məsələdə ciddi rol oynayıb ki, Azərbaycanın burada rolu və töhfəsi hər kəs tərəfindən qəbul edilir. Bundan əlavə, Yeni Kaledoniyanın yeni “unikal statusu” digər ərazilər (məsələn, uzun müddətdir ki, öz statusunu dəyişməyə cəhd edən Korsika) üçün presedent ola bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

