Ayağa qalxaraq alqışlanası strategiya - Politoloqdan SENSASİON YAZI
02.09.2025 [15:52]
Bəli, diplomatiya olduqca mürəkkəb peşədir. Burada arzu olunan nəticələri əldə etmək üçün bəzən zərgər dəqiqliyi tələb olunur. Atılan hər bir addım, davranış və səsləndirilən hər bir ifadə dəqiq hesablanmış olmalı və konkret hədəflərə xidmət etməlidir. İstifadə olunan emosiya və mimikalar belə öncədən planlanır və rəqibin konkret reaksiyasına hesablanır. Peşəkar diplomatiyada ilk baxışdan hətta təsadüfi görünən hadisələr belə öncədən planlaşdırılır və konkret ssenari üzrə həyata keçirilir. Bir sözlə, ali diplomatiya bizim şoumen-psevdodemokratların alışdıqları və yeganə bacardıqları məsuliyyətsiz demaqogiya, habelə ucuz populizmdən çox-çox uzaqlarda dayanan məfhumdur.
İndi isə qeyd olunanlar müstəvisində Prezident İlham Əliyevin sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş zamanı etdiyi çıxışa, tədbir çərçivəsində baş vermiş bəzi əlamətdar hadisələrə, habelə səfər zamanı təşkil olunmuş maraqlı siyasi aksiyalara da qısaca olaraq diqqət yetirək. Dövlət başçısı öz çıxışında xüsusi vurğuladı ki: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”. Əlbəttə ki, burada dövlət başçısı ilk növbədə Azərbaycanın formalaşan beynəlxalq və hətta qlobal xab statusuna açıq şəkildə işarə edir. Mühüm logistik mərkəz funksiyasını yerinə yetirən bu xab qlobal siyasət kontekstində olduqca tutarlı meyardır. Burada dövlətlər üçün yarana biləcək iqtisadi perspektivlər bəzi ölkələrə kömək edəcəkdir ki, onlar öz “geostrateji yaralarını” unutsunlar.
Ancaq Prezidentin yuxarıda göstərilən fikrinin siyasi təyinatı bununla əsla bitmir. Əsl diplomatik oyun bundan sonra başlayır. Birincisi, Prezident İlham Əliyev 8 avqust Vaşinqton razılaşmaları ilə bağlı olan hadisələri bütün dünya və ilk növbədə rəqiblərin yaddaşlarında təzələyir. Bunun üçün Prezident ŞƏT-in tribunasından istifadə edir. Bu mərd, cəsarət və böyük iradə tələb edən addımdır. İkincisi, dövlət başçısı bu cür fikirləri səsləndirməklə həqiqətdə ona nail ola bildi ki, tədbirdə bilavasitə iştirak etməyən ABŞ-ın burada qiyabi iştirakını təmin etmiş oldu. Əminliklə deyə bilərik ki, Ağ Ev Prezident İlham Əliyevin sözügedən jestini diqqətsiz saxlamayacaq. Dolayısilə Azərbaycan sözügedən beynəlxalq tədbirdə ABŞ-ın beynəlxalq imicinin simasını müdafiə etmiş oldu.
Prezidentin səsləndirdiyi növbəti fikirlərə də diqqət yetirək: “Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”. Dəhlizə qarşı çıxış edən bütün rəqibləri tərksilah edən Prezidentin bu fikri peşəkar diplomatiyanın növbəti parlaq nümunəsidir.
Bununla da Prezident İlham Əliyev “Zəngəzur dəhlizi” terminini beynəlxalq diplomatik protokollara növbəti dəfə daxil etmiş olur və beynəlxalq ictimaiyyətin “qulaqlarını” sözügedən ifadəyə alışdırır. Dövlət başçısı “dəhlizi” sadəcə mühüm iqtisadi təzahür kimi təqdim etmir, burada “dəhliz” regionda yaşanacaq sülhün simvolu və təminatçısı kimi dəyərləndirilir. Odur ki, “dəhlizə” qarşı çıxış edən dövlətlər beynəlxalq ictimaiyyət tərəfindən bütün regionda sülh və barışa qarşı çıxış edən tərəflər kimi qəbul olunacaqlar. Rəqibləri geosiyasi pat vəziyyətinə qoyan sözügedən strategiya xalqımız tərəfindən yalnız alqışlana bilər.
Aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində Prezident İlham Əliyev Çin və ABŞ kimi nəhəng ölkələri, habelə “ŞƏT” kimi qlobal təşkilatı dolayısilə Zəngəzur dəhlizinin mövcudluğuna maraqlı tərəflərə çevirmiş oldu, beynəlxalq ictimaiyyət isə buna şahidlik etdi. “Zəngəzur dəhlizi” tədricən regionun sülh və logistik brendinə çevrilir. Sözügedən siyasət sayəsində beynəlxalq ictimaiyyətin təfəkküründə “Azərbaycana lazım olan dəhliz” paradiqmasından “bütün dünyaya lazım olan sülh dəhlizi” paradiqmasına yumşaq keçidin baş verməsi təmin olunur.
Sözsüz ki, burada Hindistan tərəfinin Azərbaycanın ŞƏT-ə üzvlük müraciətinə qarşı veto haqqından istifadə etməsinə də toxunmalıyıq. Beynəlxalq mətbuatda bunun səbəbinin Azərbaycanla Pakistan arasında yaxın münasibətlər olduğu güman edilir. Ola bilsin elədir, ancaq Hindistanı sözügedən addıma məhz bu dəfə sözün hərfi mənasında itələyən hansı təkanverici hadisə olmuşdur? Axı cərəyan edən hadisələrin məntiqi, bəzi ölkələrin bizi öz təsir altına salmaq istəyi, ümumiyyətlə, Azərbaycanı məhz Ermənistan ilə birgə tədbirə dəvət olunması faktı və bir sıra digər amillər ona işarə edir ki, dövlətimiz tədbir zamanı sözügedən təşkilata bu və ya digər statusda qəbul olunmalı idi.
Mövcud kontekstdə biz dövlət başçısının rəsmi iclasdan öncə 1 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşünü mütləq xatırlatmalıyıq. Prezident İlham Əliyev sözügedən görüş zamanı ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını bildirdi. Odur ki, böyük ehtimal ilə bəhs etdiyimiz təkanverici hadisə məhz sözügedən görüş və görüş zamanı səsləndirilmiş fikirlər olmuşdur.
Xarici siyasətdə ikitərəfli münasibətlərə və bərabərhüquqlu strateji tərəfdaşlığa üstünlük verən Azərbaycanın bu gün ŞƏT kimi təşkilata üzv olması köhnə tarixin təkrarlanması deməkdir. Üzvlükdən imtina isə növbəti qalmaqal və yeni beynəlxalq təzyiqlər ilə rastlaşmaq deməkdir. Odur ki, cəmi bir diplomatik fənnin sayəsində məsələ bağlanmış hesab olunur, Pakistanın sayəsində isə rəsmi İrəvan sözügedən təşkilatın dəstəyindən məhrum olur.
Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın da Çinə səfəri və sözügedən tədbirdə iştirakı təsadüfi deyil. Burada da geosiyasi şahmat partiyasının bir hissəsinin icraatına şahidlik etmiş oluruq. Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə Hayha çayında gəmi gəzintisində iştirak edib. Məhz sözügedən gəzinti zamanı Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyan ilə birgə çəkilmiş şəklinin beynəlxalq mətbuatda tirajlanması bütün dünyaya ünvanlanmış açıq mesajıdır ki, iki dövlət artıq sülhə nail olub, bütün digər məsələlər isə texniki təfərrüatlardır. Qeyd olunan siyasi aksiya eyni zamanda bəzi ölkələrin saxta vasitəçilik simulyasiyalarını da tərksilah etmiş olur. Bununla da biz növbəti dəfə ölkənin Birinci xanımı Mehriban Əliyevanın ifadəsində “yumşaq güc” siyasətinin praktiki təcəssümünü görmüş olduq.
Beləliklə, ŞƏTİ-in iclas salonlarında dövlət başçıları diskussiya və danışıqlar vasitəsilə müxtəlif geosiyasi strategiyaların mübarizəsini aparıldıqları zaman, Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva ermənistanlı həmkarı ilə birgə dünyaya açıq sülh mesajlarını ötürürdülər. Onsuz da dövlətimizin və ümumən regionumuzun tarixinə düşmüş Mehriban xanım Əliyeva sözügedən jest ilə dünyaya sülhün mümkünlüyünü əyani şəkildə nümayiş etdirmiş oldu. Bununla da biz dünyaya bir daha göstərdik ki, sülh təşəbbüsü məhz Azərbaycana məxsusdur. Çin mədəniyyətinin ayrılmaz simvollarından biri olan yelpiyin əldə tutması isə Çinin ünvanına edilmiş siyasi reveransdır. Unutmayaq ki, bütün bu geosiyasi manevrləri həyata keçirtmək üçün lazımi siyasi şərait yaradan tərəf məhz Çin olub. Əlbəttə ki, burada daha çox təhlillər aparıla bilər, ancaq istənilən halda bütün şahid olduqlarımız ayağa qalxaraq alqışlanası strategiyanın mükəmməl tətbiq olunmasının nəticəsidir.
Asif Adil
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

