Regionun yeni xəritəsi...
24.09.2025 [10:32]
Vaşinqton sazişi Orta Dəhlizi stimullaşdırır
Yeni dövrün ən mühüm çağırışı olan “əlverişli ticari yol” tematikası Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycanın geocoğrafi imkanlarını və əhəmiyyətini yüksək səviyyədə aktuallaşdırır. Xüsusilə, Şərq-Qərb, Şimal-Cənub seqmentləri üzrə yüksək rentabelli infrastruktura malik olması Azərbaycanın daşımaçılıq potensialını daha parlaq şəkildə ortaya qoyur. İllərdir Orta Dəhliz üzərindən yürüdülən ticari əlaqələr müasir siyasi reallıqlarla yeni ştrixlər qazanıb. Xüsusilə, bu ilin avqustunda Vaşinqtonda baş tutan görüş, imzalanan Birgə Bəyannamə və sülh sazişinin paraflanması bölgənin yüksək potensialının gələcək perspektivini müəyyənləşdirir. Ən əsası isə, Qafqaz regionunda uzun illərdir davam edən gərginliklər və ziddiyyətlər fonunda Vaşinqtonda imzalanmış saziş yalnız iki ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət kəsb edən tarixi hadisə kimi dəyərləndirilir. Bu sənəd ilk növbədə sülh və sabitlik ümidlərini gücləndirərək, regionun iqtisadi və nəqliyyat xəritəsini yenidən formalaşdırmağa imkan yaradır. Ən diqqətçəkən məqam isə imzalanmış sazişin Orta Dəhliz adlanan beynəlxalq nəqliyyat marşrutunun artan əhəmiyyətinə verdiyi dəstəkdir. Çin-Avropa ticarətini birləşdirən, Xəzər dənizi üzərindən keçən, Azərbaycan vasitəsilə Qərbə uzanan bu strateji yol indiyədək daha çox geosiyasi risklərdən, regional münaqişələrin təsirindən əziyyət çəkirdisə, Vaşinqton sazişi fonunda regionda sabitliyin təmin olunması Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldir, alternativ marşrutlara nisbətən daha etibarlı və dayanıqlı seçimə çevirir. Bu isə həm Azərbaycanı əsas tranzit mərkəzi kimi möhkəmləndirir, həm də Avropa və Asiya ölkələrinin maraqlarını daha sıx şəkildə qovuşdurur.
Azərbaycan regionun inkişafına töhfə verir...
Bu fakt qonşu dövlətlər tərəfindən də təsdiqlənir. Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorkda “Cerberus Capital Management”in baş direktoru Frank Bruno ilə görüşündə deyib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sazişin imzalanması Orta Dəhlizin artan əhəmiyyətinə müsbət təsir göstərib. Prezident Tokayev vurğulayıb ki, son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCITR) kimi tanınan Orta Dəhliz üzrə yükdaşımalar 6 dəfə artıb.
Vurğulayaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Şərqi Avropada baş verən hərbi kataklizmlərin Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaratdığını nəzərə alsaq, Orta Dəhlizin ticari əhəmiyyəti son illərdə daha da yüksəlib. Bu, həm də marşrut üçün yeni fürsətlər yaradıb. Ayrı-ayrı ölkələr və daşıma şirkətləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər. Marşrutun effektivliyində isə bir sıra amillər çıxış edir. Belə ki, Azərbaycanın Mərkəzi Asiya - Avropa xətti üzrə iqtisadi inteqrasiyada oynadığı rolun daha da şaxələndirilməsi, eyni zamanda çoxtərəfli mahiyyət daşıması bu məsələdə əsas rollardan birini oynayır. Eyni zamanda, Azərbaycanın timsalında Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid geosiyasi anlam qazanması layihənin əsas uğurlarından biridir.
Orta Dəhlizin təhlükəsizlik zəmanəti
Qeyd edildiyi kimi, Vaşinqtonda imzalanan saziş regionda nəqliyyat və logistika layihələrinin qarşısındakı ən böyük maneə olan təhlükəsizlik risklərini azaldır. Orta Dəhliz üçün sabitlik faktoru ən əsas üstünlüklərdən biridir, çünki beynəlxalq daşıyıcılar və sərmayəçilər etibarlı tranzit mühitinə üstünlük verirlər. Xüsusilə, hazırkı gərginliklər fonunda, Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlərin yaranması fonunda Orta Dəhlizin cəlbediciliyi artır və bu marşrut üçün yeni fürsətlər yaranır. Marşrutun effektivliyinə gəldikdə isə, burada Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesinə kompleks şəkildə yanaşma sərgiləməsi, əlaqələrin bu və ya digər şəkildə fərqli müstəvilərdə inkişaf etməsi, çoxtərəfli, şaxələndiriilmiş və genişləndirilmiş şəkildə sürət qazanması, Cənubi Qafqaz Mərkəzi Asiya ilə vahid geosiyasi məkan anlamı qazanması, Türk Dövlətləri Təşkilatı platformasının Orta Dəhlizin inkişafındakı rolunu da unutmaq olmaz - bunlar dəhlizin əsas keçid üzrə ən vacib ştrixləridir.
Zəngəzur amili - Orta Dəhliz üçün yeni nəfəs...
Sabitlik mühiti yaradıldıqca Orta Dəhliz boyunca infrastrukturun genişləndirilməsi, yeni dəmir yolu xətləri, limanların modernləşdirilməsi və rəqəmsal logistika həllərinin tətbiqi üçün sərmayə cəlbi asanlaşacaq. Ən əsası isə dəhlizin aparıcı seqmenti kimi Zəngəzur dəhlizi (TRİPP) üzərində razılığın əldə olunması mühüm perspektivdən xəbər verir. Zəngəzur dəhlizi Avropa ilə Asiya arasında yeni birləşdirici funksionallıq daşıyan marşruta çevrilmə potensialına malikdir. Dəhlizin reallaşması isə dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yollarının Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya edilməsinə yol açacaq ki, bu da həm Mərkəzi Asiya, həm Avropa, həm də keçid üzərində olan dövlətlər üçün çox böyük əhəmiyyət daşıyır. Bundan başqa, Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaratdığı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımaların artması üçün bariz stimuldur.
Beləliklə, Vaşinqtonda paraflanan Azərbaycan - Ermənistan sazişi region üçün tarixi dönüş nöqtəsi olmaqla yanaşı, qlobal iqtisadi və geosiyasi balanslarda da mühüm hadisədir. Bu addım Orta Dəhlizi daha etibarlı, rəqabətqabiliyyətli və strateji marşrut kimi önə çıxarır. Beləliklə, saziş yalnız siyasi sabitliyin təməlini qoymur, həm də Azərbaycanı Avrasiya nəqliyyat şəbəkəsinin ayrılmaz mərkəzi kimi möhkəmləndirir.
P. SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

