İspaniya ciddi seçim qarşısında...
11.10.2025 [09:48]
ABŞ Prezidenti Donald Tramp İspaniyanın NATO-dan xaric edilməsini təklif edib. Belə ki, Tramp Ağ Evdə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı jurnalistlərin NATO-nun gələcək müdafiə-təhlükəsizlik strategiyası ilə bağlı suallarını cavablandırarkən İspaniya hökumətini sərt tənqid edib - o bildirib ki, İspaniya alyans üçün tələb olunan müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılması öhdəliyini yerinə yetirmir. “Biz Finlandiya və NATO ilə çox sıx əməkdaşlıq edirik. Bildiyiniz kimi, mən xahiş etmişdim ki, müdafiə xərcləri 2 faiz yox, 5 faiz olsun. İnsanların çoxu bunun olmayacağını düşünürdü, lakin bu, yekdilliklə qəbul edildi. Bizim bir geri çəkilənimiz var, bu da İspaniyadır. Onların bunu etməmək üçün heç bir bəhanəsi yoxdur. Bəlkə ən yaxşısı onları NATO-dan çıxarmaqdır”, - deyə Tramp vurğulayıb. Qeyd edək ki, bu il iyunun 24-25 - də baş tutan NATO-nun Haaqa sammitində alyansın təhlükəsizlik və müdafiə sahəsində genişmiqyaslı planları ilə bağlı ətraflı müzakirələr aparılıb - Sammit zamanı Prezident Donald Tramp “Soyuq müharibə” - dən sonra ən böyük silahlanma proqramını irəli sürüb. Ağ Ev rəhbərinin tələbi əsasında bu məsələ ətrafında xüsusi plan tərtib edildi. Plana əsasən, 2035-ci ilə qədər müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırılması nəzərdə tutulur. Bunun ən azı 3,5 faizi bilavasitə hərbi xərclərə, 1,5 faizinin isə hərbi məqsədlə istifadə oluna bilən infrastruktur layihələrinə ayrılacaqdır. Sammitin sonunda İspaniyanı çıxmaq şərti ilə NATO-nun bütün üzv ölkələri müdafiə xərclərinin ÜMD-in 5 faizinə qədər artırılmasına dair razılığa gəliblər.
Madrid niyə etiraz edir?
NATO-nun son sammitində bu məsələ ətrafında yekun razılıq əldə olunsa da, İspaniya alyans üçün hər bir ölkənin ayıracağı müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırmaq təklifinə qarşı çıxıb. Baş nazir Pedro Sançez hesab edir ki, bu addım Avropa İttifaqının öz təhlükəsizlik və müdafiə potensialını qurmaq səylərinə ciddi zərbə vurur. Bu səbəbdən sammitdən dərhal sonra Sançez NATO-nun baş katibi Mark Rutteyə məktub göndərərək hədəfin ya könüllü xarakter daşımasını, ya da İspaniyanın bu öhdəlikdən tamamilə azad olunmasını tələb edib. O, bildirib ki, 5 faiz hədəfi nə real, nə də faydalıdır. Qeyd edək ki, hazırda İspaniya ÜDM-in 1,28 faizini müdafiəyə ayırır. NATO-da bu göstərici ən aşağı səviyyədədir. Madrid yalnız xərclərin 2 faiz civarında olmasını məqbul hesab edir, amma 5 faizlik artım qeyri-mümkündür - İspaniyanın dövlət rəsmilərinin sözlərinə, bu, ölkənin sosial-iqtisadi və sosial rifah hədəfləri ilə ziddiyyət təşkil edir.
NATO-dan çıxarıla bilər?
Maraqlıdır, NATO-nun nizamnaməsində hər hansı üzv ölkənin alyans üçün tələb olunan maliyyə vəsaitini ayırmadığı və ya buna imkanı olmadığı təqdirdə, həmin ölkənin alyansdan çıxarılması üçün məsələnin qaldırılması barədə müddəa var? Üzv ölkələr hansı halda NATO-nu tərk edə bilərlər? Bunun üçün hansı mexanizmlər tətbiq olunur? Ümumiyyətlə, NATO-nun 76 illik tarixində hər hansı üzv ölkənin alyansı tərk etməsi müşahidə olunub? Politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində bütün bu sualları cavablandırıb. O, qeyd edib ki, NATO-nun nizamnaməsində hər hansı bir üzv ölkənin bu və ya digər səbəbdən alyansdan xaric edilməsinə dair müddəa yoxdur. “Heç bir üzv ölkə alyansdan xaric edilə bilməz, yalnız üzv ölkənin özü alyansı könüllü şəkildə tərk edə bilər. Nizamnamənin 13-cü maddəsinə görə, istənilən üzv ölkə NATO-nun üzvlüyündən çıxmaq üçün alyansın baş katibinə və bütün üzv ölkələrinə müvafiq olaraq bildiriş təqdim etməlidir. Bir il ərzində həmin bildiriş ciddi və ətraflı şəkildə nəzərdən keçirilir və ondan sonra isə lazımi qərar qəbul olunur. Qərar qəbul olunduqdan sonra onun NATO-ya üzvlüyünə xitam verilir. Hətta hər hansı üzv ölkə NATO-da üzvlüyünü dondurmaq hüququndan da istifadə edə bilər. Ancaq nizamnamədə hər hansı bir üzv ölkənin müəyyən səbəblərdən dolayı alyansın üzvlüyündən çıxarılması ilə bağlı müddəa yoxdur. Hətta həmin üzv ölkə tələb olunan maliyyə vəsaitini ayırmaq iqtidarında olmasa belə, onun üzvlüyünə toxunulmur. Elə dövrlər olub ki, NATO-ya üzv ölkələrin əksəriyyəti alyans üçün müvafiq vəsaiti ödəməkdə çətinlik çəkiblər. Təbii ki, müdafiə xərclərinin 5 faizə qədər artırılması alyansın bəzi üzv ölkələrini çətin vəziyyətə salıb. İspaniya da həmin ölkələrdən biridir”, - deyə Rəşad Bayramov əlavə edib ki, NATO-nun üzv ölkələri arasında yalnız Fransa alyansda üzvlüyünü dondurmaq hüququndan istifadə edib: “1966-ci ildə Fransa NATO-da üzvlüyünü dondurub, amma 2009-ci ildə öz üzvlüyünü yenidən bərpa edib. İndiyə qədər heç bir üzv ölkə NATO-nu tərk etmək üçün alyansın nizamnaməsinin 13-cü müddəasına müraciət etməyib”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01

