Lidersizlik və dövlətsizlik
11.01.2022 [10:19]
Şöhrət El-Dəniz
Qazaxıstanda baş verən hadisələrə mən bir qədər başqa prizmadan yanaşmaq istəyirəm. Sosial mediada və xəbər saytlarında yazılanları oxudum. Çox maraqlı və reallığı əks etdirən təhlillərə də rast gəldim, nağıllar da çoxluq təşkil edir, emosiyalara qapılıb fikir bildirənlər də az deyil. Eninə-uzununa ümumi mənzərənin rəsmini çəkənlərin bir məsələdə fikirləri üst-üstə düşür. KTMT-nin hərbçiləri Qazaxıstana sülhməramlı kimi yox, əhalini güllə-baran edib indiki prezident Qasım-Comərd Tokayevi hakimiyyətdə saxlamaq üçün girib.
Lidersizlik
Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev xalqın lideri ola bilmədi. Əslində, qazaxlar əvvəldən onu lider saymadılar. Medvedyev, Putin üçün kim idisə, Tokayev də Nazarbayev üçün eyni tipaj idi. O cümlədən gözü Qazaxıstanda olan qüvvələr də bunu yaxşı bilirdilər. Qasım-Comərd Tokayev də lider olmadığını yaxşı anlayırdı. Ona görə hadisələr başlayanda sıravi vətəndaşların sosial problemlərdən qaynaqlanan tələblərini Tokayev yerinə yetirməklə nüfuz əldə etmək və Nazarbayevi hakimiyyətdən uzaqlaşdırmaqla Qazaxıstanın liderinə çevrilmək istədi. Amma sosial tələblər siyasi xarakter aldıqca vəziyyət nəzarətdən çıxdı. 30 ildən çox hakimiyyətdə olan Nazarbayev kimi lideri 2 günə həzm etmək heç də asan məsələ deyildi. Dövlətin ən üst qatlarında mövqe sahibi olan Nazarbayevin kadrları hadisələrə müdaxilə etmədi. Əksinə, hadisələrə stimul verməyə başladılar. Ordunun və polisin səssizliyini bununla izah etmək olar. O cümlədən Tokayevin KTMTyə müraciətinin arxasında da məhz bu amil dayandı. Putin isə vəziyyətdən məharətlə istifadə etdi. Rus qoşunlarını Qazaxıstana yeritmək üçün müraciət etməsinə Tokayevi zorlamaq elə də çətin olmadı.
Nazarbayev kənarlaşdırılaraq, hamıdan təcrid edildi. Tokayev KTMT (rus) hərbçilərinin ölkəyə girməsinə rəsmi icazə verdi. Və bununla da etiraz edən vətəndaşlarını terrorçu elan etməklə “sülhməramlıların” şəhərlərdə qırğın törətməsinə rəsmi status tanıdı. Növbəti addım Tokayevdən fərqli olaraq lider olan Nazarbayevi bu avantüraya qol qoymağa məcbur etmək idi. Ki, ona da son 2 gündə nail oldular. Dünəndən Belarus prezidenti Lukaşenkonun Nazarbayevlə apardığı danışıqlar nəticə verdi. Və Nazarbayev xalqa müraciət edərək Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin ətrafında sıx birləşməyə dəvət etdi. Əgər Nazarbayevi və Parlamenti bu oyuna qatmasaydılar, Tokayevin KTMT-yə müraciətinin heç bir hüquqi əsası olmayacaqdı. Nazarbayev konstitusiyaya görə ömürlük Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri və hakim Nur Otan partiyasının lideridir. Tokayevin onu vəzifədən azad etmək səlahiyyəti yoxdur. O cümlədən Parlamentin səsi olmadan Tokayevin müraciəti əhəmiyyətsizdir. Ona görə Putin Nazarbayevi yola gətirməklə Parlamentdə çoxluq təşkil edən Nur Otan partiyasının deputatlarını da razı sala biləcək. Və rus qoşunlarının Qazaxıstandakı mandatına hüquqi don geyindirəcək. Bununla da oyun sona çatacaq. Nəticədə Qazaxıstan dövlətsizlik dönəminə qədəm qoyacaq. Buna Rusiyanın həyata keçirdiyi köhnə və yeni strategiya da demək olar. Ölkəni liderindən məhrum edərək dövlətsizlik mühiti yaratmaq və öz vassalına çevirmək. Belarusdakı hadisələrin bir az improvizə olunmuş variantı. Putin Belarusda son vaxtlar artıq-əskik danışan Lukaşenkonu bir lider kimi sındırıb, heç edəndən sonra ölkəni nəzarətə götürdü. Və Lukaşenko ilə istədiyi müqaviləni bağladı. Həmən hadisə bir az fərqli formada Qazaxıstanda baş verdi.
Gəldiyim nəticə
Qazaxıstanda baş verən hadisələr Azərbaycanda da bəzi qüvvələri dingildətdi. Hadisələrin ilk günü bəzi müxalif qüvvələr sanki sevincək olaraq yeni inqilab dalğasının baş verdiyini anonsladılar. Amma yanıldıqları və həmişə də yanılacaqları bir məqam var. Azərbaycanda liderin və dövlətin mövcudluğu. Etiraf etməsələr də Azərbaycanda fəaliyyət göstərən müxalif qüvvələrin rəhbərlərinin liderlik keyfiyyətləri yoxdur. Əksəriyyəti rəhmətlik prezident Əbülfəz Elçibəyin kölgəsində qaldı. Və indi də ordadırlar. 30 il ərzində Elçibəy kölgəsindən çıxıb lider olacaq şəxs yetişmədi. Məni nə qədər tənqid etsəniz də, söysəniz də bu belədir. Sosial şəbəkədə 5-10 min layk yığmaqla lider olmaq mümkün deyil. Mümkün olsaydı, Tokayev çoxdan olardı. Ümumiyyətlə, lidersizlik problemindən bütün dünya əziyyət çəkir. Avropa Merkeldən sonra Putinin qarşısında aciz qalıb. ABŞ-da dəlisov Tramp və qoca Baydenin günahı ucbatından az qala vətəndaş qarşıdurması baş verəcəkdi. Yaxın Şərqdə Ərdoğanın liderlik keyfiyyəti bölgədə nizamın yaranmasına səbəb oldu. Və ciddi savaşlar arxa plana keçdi. Rusiya güclü lider kimi Putinin hesabına qan-qan deyir. Çinin dünyada hegemonluğunun səbəblərindən bir güclü lider olan Si Cinpindir. Bu mənada Azərbaycanda müharibədən sonra Cənubi Qafqazda lider rolunu İlham Əliyev öz üzərinə götürə bildi.
Sual oluna bilər ki, İlham Əliyev də atası Heydər Əliyev kimi böyük bir şəxsiyyətin kölgəsində fəaliyyət göstərir. Amma bir fərq var. 44 günlük müharibəyə qədər bəli Rusiya və Avropa mediasında İlham Əliyev adətən böyük Heydər Əliyevin oğlu kimi təqdim edilirdi. Amma 44 günlük müharibədən sonra artıq İlham Əliyev Qafqazın lideri və qalib dövlətin rəhbəri kimi təqdim edilir. Fərqi anlayan başa düşür ki, İlham Əliyev Vətən müharibəsində özünün liderlik və sərkərdəlik keyfiyyətlərini çox qabarıq şəkildə büruzə verə bildi. O cümlədən dünyaya tanıtdı. Bununla həm də Azərbaycan xalqının liderinə çevrildi. Bu baxımdan Azərbaycanda baş verən qiymət artımları, sosial problemlər, bəzi məmurlara qarşı yaranan narazılıqlar Qazaxıstandakı kimi sosial partlayışlar həddinə gəlib çıxmayacaq. Çünki Tokayevdən fərqli olaraq Azərbaycan xalqı liderə - İlham Əliyevə inanır. İnanır ki, baş verən neqativlərə Prezident əncam çəkir və sərt reaksiya göstərir. Liderlik həm də xalqın ümid yeridir. Bunu da nəzərə alın. Qazax xalqı Tokayevə ümid bəsləmədi. Və bəsləməyəcək də. Gec-tez o, hakimiyyətdən gedəcək. Və xalq lider saydığını hakimiyyətə gətirəcək. Azərbaycanda isə lider var və xalq ona inanır. Qalır başlanılan islahatları daha doğru-düzgün həyata keçirmək və əhalinin rifah halını yüksəltmək. Ona görə sosial şəbəkələrdə virtual inqilablar edən müxalif “lider”lərin xalqa çağırışları spama düşür. Daha doğrusu, həmən çağırış müəlliflərini camaat blok edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

