“Sanksiya müharibəsi” şiddətlənir
15.01.2022 [00:08]
Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini artırıb
P.İsmayılov
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2022-ci il iyulun 31-dək uzadıb. Aİ liderləri dekabr ayında Brüsseldə keçirilən sammitdə yekdilliklə Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasına razılaşıblar.
Hansı sanksiyalar?
“Köhnə qitə”nin Rusiyaya qarşı gördüyü bu sanksiya tədbirləri dünyada gedən siyasi-hərbi proseslərin nəticəsi kimi qiymətləndirilməkdədir. Xatırladaq ki, bu sanksiyalar 2014-cü ildən başlayıb. 2016-cı ilin martından Avropa İttifaqı Şurası, Avropa İttifaqının Rusiya ilə münasibətlərində 5 əsas prinsipin tətbiq olunmasını təsdiq edir. Bu prinsiplər Aİ ölkələrinin Rusiya qarşısında immunitetini gücləndirmək üçün atılan addımlar idi. 2020-ci ilin dekabrından isə Rusiyadan olan 177 fərdin və 48 müəssisənin Avropadakı aktivləri dondurulub, onlara səfər qadağası tətbiq edilib. Həmin ilin oktyabr ayında isə kimyəvi silah sanksiya rejiminə əsaslanaraq altı rusiyalı şəxs və bir müəssisə səyahət qadağası və aktivlərin dondurulması sanksiyasına məruz qalıb. 2021-ci ilin fevralında Avropa İttifaqının Ali nümayəndəsi Cozef Borrelin Moskvaya bir günlük rəsmi səfəri zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrovla keçirdiyi brifinqdən avropalı diplomatların qovulması isə qarşılıqlı münasibətlərin kəskinləşməsində pik həddə çevrildi. Bunun nəticəsi olaraq isə Rusiyanın enerji ehtiyatlarından, əsasən də qazdan imtina üçün mühüm strategiyalar müəyyənləşdirildi.
Aİ-nin son qərarı nəyə hesablanıb?
Aİ-nin bu qərarı ötən ilin dekabrında verməsinə baxmayaraq, bir aydan sonra açıqlaması da bəzi siyasi ekspertlərin marağına səbəb olub. Onların fikrincə, Aİ bu qərarı açıqlamaq üçün bir neçə gün öncə Brüsseldə keçirilən NATO - Rusiya Şurası danışıqlarının nəticələrini gözləyib. Bu qənaətə gələn siyasətçilər, hətta Aİ-nin “ABŞ siyasətinin yedəyi” funksiyası daşıdığını da iddia edirlər və iddialarını rəsmi Vaşinqton rəhbərliyinin ötən ilin sonunda verdiyi açıqlamalarla əlaqələndirirlər. Belə ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland ötən ilin sonunda iqtisadi addımların və bəzi ixracat məhdudlaşdırılmalarının Rusiyaya ciddi təsir edəcəyini açıqlamışdı. Xanım Nuland Rusiyanı Avropada təhlükəsizliyi zərbə altına atdığını deyərək ölkəsinin və müttəfiqlərinin rəsmi Moskvaya qarşı ciddi addımlar atmağa hazır olduğunu bildirmişdi. ABŞ-ın vitse-prezidenti Kamala Harris isə hələ ötən ilin sonunda Rusiyanı yeni sanksiyaların gözlədiyini anons etmişdi: elə sanksiyalar tətbiq etməyə hazırıq ki, hələ görməmisiniz. ABŞ ilk dəfədir ki, Rusiyaya qarşı görünməmiş fəaliyyət barədə bəyan edir.
Rəsmi Kremli bir tərəfdən hərbi ritorika ilə təhdid edən Ağ Ev rəsmiləri, digər tərəfdən də “görünməmiş iqtisadi sanksiyalar”dan bəhs edir. Bu, anti-Rusiya koalisiyasının müxtəlif cəbhələrdən hücuma keçdiyini aşkar şəkildə ortaya qoyur.
Siyasi amillər imkan vermir
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, Aİ-nin tətbiq etdiyi bu sanksiyalar Rusiyaya qarşı hədəflənsə belə, Avropanın özünə də xeyir gətirmir. Bu sanksiyalar Rusiyada biznes marağı olan Avropa şirkətlərinin də mənafeyinə ziddir: “Başqa sözlə, belə addımlar Avropa şirkətlərinin Rusiya ilə münasibətlərini kifayət qədər məhdudlaşdırır. Atılan addım Avropanın ticarət və enerji daşıyıcılarının dövriyyəsi baxımından Rusiya asılılığını azaltmağa yönəlsə də, bunun effektivliyi mübahisə predmetidir. Avropa şirkətləri etiraf edirlər ki, tətbiq olunan sanksiyalardan özləri də kifayət qədər əziyyət çəkirlər. Çünki Rusiya bazarı bu şirkətlər üçün çox əhəmiyyətlidir. Eyni zamanda, onlar Rusiyadan kifayət qədər xammal alırlar. Sanksiya nəticəsində həmin xammalı başqa ölkələrin şirkətlərindən almalı olurlar. Təbii ki, baha qiymətə. Nəzərə alınmalıdır ki, pandemiyaya görə təchizat, çatdırılma ilə bağlı da problemlər mövcuddur”.
Sanksiyaların daha altı ay artırılmasının Rusiyaya kəskin təsir göstərməyəcəyini bildirən İ.Vəlizadə qeyd edib ki, verilən qərar siyasi amillərə söykənir və Avropanın ürəyincə deyil. “Hətta Avropanın bəzi dairələri bu siyasətə dəyişikliklər edilməsi haqda düşünürlər. Amma son hadisələr onu göstərir ki, siyasi faktorlar buna imkan vermir. Bu baxımdan, onlar məcburi şəkildə sanksiyaların müddətini uzadırlar. Bunun kökündə ABŞ-Rusiya gərginliyi dayanır. Bu həmin məsələdə əsas siyasi amil kimi çıxış edir”, - deyən politoloq əlavə edib ki, qarşıdurma Avropanın xeyrinə deyil.
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:25
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31

