İctimai nəzarətin əhəmiyyəti nədir?
18.01.2022 [10:07]
Hakimiyyətin dördüncü qolu olan media ictimai nəzarətin gücləndirilməsində özünəməxsus məsuliyyət daşıyır
Nurlan QƏLƏNDƏRLİ
Hər bir ölkənin inkişafını təmin edən ən mühüm amillərdən biri dövlət ilə cəmiyyət arasında münasibətlərdə ahəngdarlığın təmin edilməsidir. Yəni hakimiyyətin həyata keçirdiyi siyasətə milli maraqların təmin olunması naminə ictimai dəstəyin göstərilməsi vahid məqsədə çatmaq üçün önəmlidir. Təbii ki, ictimai dəstək və nəzarət mexanizminin formalaşdırılması dövlət tərəfindən müvafiq addımların atılması və cəmiyyət nümayəndələrinin adekvat reaksiya verməsindən asılıdır. Bu baxımdan, Azərbaycan nümunəsi diqqəti cəlb edir.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, güclü ictimai nəzarətin təmin olunması ölkənin qarşısında duran məsələlərin həllində çox mühüm amildir. Xüsusilə də, müxtəlif sahələrdə neqativ halların aradan qaldırılmasında ictimai nəzarətin vacib rolu var. Ona görə ki, xoşagəlməz hallar yalnız dövlət üçün neqativ nəticələr doğurmur, eyni zamanda, cəmiyyətə, hər bir fərdə - vətəndaşa zərər verir. Ona görə də mənfi amillərin, o cümlədən rüşvətxorluq və korrupsiya kimi sosial bəlaya çevrilmiş halların aradan qaldırılmasında təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar ciddi məsuliyyət daşıyırlar. Hüquqi dövlət fəlsəfəsinə və qanunun aliliyi prinsipinə zidd olan istənilən fakt barəsində fərdlər, ictimai fəallar, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən aidiyyəti dövlət strukturlarına müvafiq məlumat verilməsi ümumi problemlərlə birgə mübarizə aparılması - çatışmazlıqların aradan qaldırılması baxımından önəmlidir. Yeri gəlmişkən, bu prosesdə hakimiyyətin dördüncü qolu adlandırılan media təsisatının da xüsusi rolu - müstəsna yeri var. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqamlara toxunaraq “Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin”, - deyə bildirib. Dövlət başçısı media nümayəndələrinin bu sahədə çox böyük rolunun olduğunu diqqətə çatdırıb: “Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.
Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti mediaya inam - güvən ifadə etməklə yanaşı, milli mətbuatın inkişafına xüsusi diqqət göstərir. Dövlət başçısının siyasi iradəsinin nəticələri ortadadır: bu gün medianın inkişafı istiqamətində çox mühüm addımlar atılır - müasir tələblərə və çağırışlara uyğun mütərəqqi islahatlar həyata keçirilir. Bu səpkidə son olaraq “Media haqqında” Qanunun qəbul olunması yeni dövrün tələblərindən və reallıqlarından irəli gələn zərurətdir. Yeni qanun media üçün ictimai-hüquqi yol xəritəsi olacaq. Bunu “media məcəlləsi” də adlandıra bilərik. Çünki orada əksini tapan məsələlər milli maraqların informasiya müstəvisində qorunmasına imkan verməklə yanaşı, ictimai münasibətlərin tənzimlənməsi baxımından da əhəmiyyətlidir. Şübhəsiz ki, yeni hüquqi baxış milli medianın hakimiyyətin dördüncü qolu kimi yeni ictimai münasibətlər formalaşdırmasını təmin edəcək. Bu, sıravi jurnalistdən tutmuş media subyektlərinə, sadə vətəndaşdan başlamış vətəndaş cəmiyyəti təsisatlarına qədər - bütövlükdə bütün cəmiyyət və dövlət üçün faydalı, zəruri və önəmli məsələdir. Yeni mərhələdə isə ictimai nəzarətin gücləndirilməsində media özünəməxsus məsuliyyət daşıyır.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

