Seçkilərə 60 gün qalmış...
15.03.2023 [10:55]
Ərdoğan rəy sorğularının aşkar favoritidir
Türkiyədə keçiriləcək seçkilərin vaxtı yaxınlaşdıqca proseslər daha dinamik hal alır. Bəlli olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini təsdiqləməsinin ardından siyasi tərəflər öz addımlarını daha da sürətləndirib. Hakim AKP və müttəfiqi MHP-nin 14 may seçkiləri ilə bağlı planları və strategiyası artıq bəllidir. Hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə seçkilərə qatılacaq “Cumhur İttifaqı” koalisiyası seçkilərin aşkar favoriti sayılır. “Cumhur İttifaqı”na müxalif olaraq yaradılmış “altılı masa” isə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunu özünün vahid namizədi kimi irəli sürüb. Yeni yaradılmış “Ata İttifaqı” isə seçkilərdə keçmiş MHP-li deputat Sinan Oğanın namizədliyi ilə iştarak etməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, seçkilərə 60 gün qalmış Türkiyənin siyasi palitrasının rəngləri aydınlanmağa başlayır. Belə ki, ard-arda bir neçə siyasi təşkilat 14 may seçkilərində hazırki Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyi ilə bağlı bəyanat yayıb. Bu isə siyasi qüvvələrin təmərküzləşməsinə yol açır. Təbii ki, qarşıdakı müddətdə yeni namizədlərin də marafona qoşulacağı istisna edilmir. Hətta bəzi siyasi mütəxəssislər “altılı masa”nın belə ikinci bir namizəd müəyyənləşdirmə imkanlarından danışır - belə ki, bir müddət öncə “masa”dan ayrılan və müəyyən şərtlər qarşılığında yenidən qayıdan “İyi Partiya”nın da seçkilərə az qalmış yeni və sürpriz namizədlə çıxış edəcəyi gözlənilir. Hətta bununla bağlı partiya daxilindən də informasiyalar sızdırılıb.
Artıq bölgələrdə seçki anketləri üzrə ilkin rəy sorğuları da keçirilir. Vurğulanmalıdır ki, bu prosesdə bəzi Avropa təşkilatları da yer alır ki, bu da Türkiyədəki seçkilərə beynəlxalq marağın böyüklüyünü göstərir. Sorğu anketləri üzrə bütün bölgələri əhatə edən respondentlərin rəyi öyrənilib. Rəy sorğularında hazırki iqtidar daha çox səs qazanıb - Prezident Ərdoğanın seçilməsi şansı yüksək qiymətləndirilib. Bunu son dövrlərdə atılan bəzi siyasi addımlarla əlaqələndirən sorğu iştirakçılarının fikrincə, fevral ayında baş verən təbii fəlakət zamanı Türkiyənin hazırki iqtidarı vəziyyətə tam nəzarət edə bildi. Eyni zamanda, ölkəyə edilən yardımları Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətlə əlaqələndirənlərin də sayı çoxluq təşkil edir - Azərbaycan başda olmaqla, dünyanın bir çox dövlətlərinin Türkiyəyə dəstək olması, istər texniki yardımlar, istər maddi, istərsə də humanitar xarakterli yardımların ardı-arası kəsilmədən Türkiyəyə göndərilməsi məhz AKP liderinin apardığı siyasətin nəticəsi kimi dəyərləndirilir. Rəyi öyrənilən seçicilər bildiriblər ki, həmin dövrdə Türkiyə iqtidarının iş qrafiki də mühüm gərginliyi ilə seçilib - Prezident Ərdoğan dəfələrlə zələzələ baş verən bölgələrə baş çəkib, çadır şəhərciklərində vətəndaşlarla görüşüb, ən xırda problemlərin həllində əsaslı rol oynayıb.
Beləliklə, mayın 14-nə az müddət qalmış Prezident Ərdoğan seçkilərin favoritidir. Vurğulandığı kimi, xarici KİV-lər, beynəlxalq siyasi analitiklər də seçki mübarizəsinin əsasən iki namizəd arasında gedəcəyini iddia edirlər - Prezident Ərdoğan isə daha çox şanslı kimi dəyərləndirilir. Həmin siyasi mütəxəssislər bunu Ərdoğanın rəhbərliyi altında AKP-nin hakimiyyəti dövründə Türkiyənin özünün iqtisadi- siyasi, hərbi üstünlüklərini daha da artırması, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməsi ilə bağlayır.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

