Erməni terrorunun “Nemezis” üzü...
28.03.2023 [10:58]
İdman yarışında açılan terror pankartının sirri?
Müasir Ermənistan hələ də çirkin terror planlarından əl çəkmədiyini göstərir
2024-cü ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsinin birinci turunda qarşılaşan Ermənistan-Türkiyə matçı “ay-ulduzlu” komandanın qəti qələbəsi ilə yekunlaşdı. Təbii ki, idman yarışı sayılan bu görüşün mahiyyəti idman qanunları çərçivəsini keçməli olmadığı təqdirdə, Ermənistan ictimaiyyəti özünün çirkin və naqis simasını bir daha ortaya qoydu. Oyuna qədər İrəvan küçələrində Türkiyə və Azərbaycana qarşı təhqirlər səsləndirilməsi bir tərəfə, erməni “azarkeşlərin” açdıqları nasist pankart “göz oxşadı”. UEFA isə baş verənlərə sadəcə seyrci qalmağa üstünlük verdi. Məsələnin əsas məğzi isə açılan pankartın mahiyyəti idi. Azərbaycan və Türk dövlət xadimlərinə qarşı həyata keçirilən terror əməliyyatı - “Nemezis” bu dəfə İrəvan stadionunu “bəzəyirdi”... Bu isə ermənilərin terror zehniyyətindən heç bir zaman əl çəkmədiklərinin bariz göstəricisidir.
Nemezis planı - intiqam, yoxsa qəsd?
Nədir “Nemezis”? “Nemezis” Əməliyyatı Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın elan edilmiş məqsədi “erməni soyqırımı”nı və guya Bakıda 1918-ci ildə “öldürülən” ermənilərin heyfinin alınması sayılırdısa, əsl mahiyyət fərqli idi. Erməni terror təşkilatları bu əməliyyatla Qafqazda yeni tarix səhifəsi açmış insanları, siyasi xadimləri və dövlət xadimlərini qətilə yetirdilər. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var idi. Əməliyyatın adı isə qədim yunan intiqam ilahəsi “Nemezidanın” adından götürülmuşdü.
İki qəzet redaksiyası terror mərkəzinə çevrildi
Əməliyyatın keçirilməsi erməni terrorçusu olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdı. Qondarma “soyqırımı”na guya aidiyyatı olan insanların 650 nəfərlik bir siyahısı tutularaq oradan 41 nəfər seçilir və “əsas günahkarlar” elan edilir. Əməliyyata rəhbərlik üçün xususi orqan yaradılır, bütün əməliyyat üçün də məhz həmin orqan məsuliyyət daşımalı olur. Orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dakı elçisi Armen Qaro idi. Bununla yanaşı, terror əməliyyatı üçün xüsusi fond da yaradılır - fondun rəhpəri isə Şaan Satçaklyan seçilir. Əməliyyata operativ rəhbərlik və əməliyyatın maddi dəstəyi ilə isə Şaan Natali və Qriqor Merdjanov məşğul olacaqdı.
Seçilmiş “qurbanlarla” bağlı informasiyaların yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi. O, mühacirətdə yaşayan “gənc türklərlə” yaxın əlaqələr qura bilmişdi. Qətllərin törədilməsi üçün 3-5 nəfərdən ibarət qrup yaradılırdı. Bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətli törətmək üçün iki-üç nəfər hazırlaşırdı. Əməliyyatın iki əsas təşkilati mərkəzləri var idi. Bunlar “Çakatamart” (İstanbul) və “Droşak” (Boston) qəzetlərinin redaksiyaları idi.
Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Behbud xan Cavanşir, Tələt paşa, Səid Hilmi Paşa...
Beləliklə, əməliyyatın ilk qurbanı Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyski olur. 1920-ci ilin 19 iyununda törədilən terror hadisəsi zamanı xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə ağır yaralanır. Qətli erməni terrorçu Aram Yerkaryan törədir. Onunla birgə əməliyyatda iştirak edən digər erməni Misak Kirakosyan da yaralanır. 1920-ci ilin 19 iyulunda isə Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev qətlə yetirilir. Beləliklə, erməni terror təşkilatı ard-arda Azərbaycanın iki böyük dövlət xadiminə qarşı sui-qəsd törədir. 1920-ci ilin mayın 31-də isə Kürdəmirdə Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirilir.
1921-ci ilin 15 martında Berlində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəmi olmuş Tələt Paşa öldürülür. Qeyd edək ki, Tələt Paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt Paşanın qatili Soqomon Teyleryan isə Berlin məhkəməsi tərəfindən bəraət alır və azadlığa buraxılır. 1921-ci ilin 5 dekabrında İtaliyanın paytaxtı Romada atla gəzinti zamanı Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa qətlə yetirilir. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur və qatil İstanbula qayıdır. Bu qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı keçmiş səfiri Mikael Vartanyan və daha bir nəfər də yer alır.
1922-ci ilin 17 aprelində isə Almaniyanın Berlin şəhərində ailəvi gəzinti zamanı keçmiş Trabzon valisi Camal Əzim və “Təşkilati Məxsusə”nin yaradıcısı Bahəddin Şakir qətlə yetirilir. Terror zamanı Şakirin cangüdəni də vurulur. Qətli isə cəzasız qalmış Arşavir Şirakyan və Aram Yerkanyan törədir.
1921-ci ilin 19 iyulunda İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir terrorun qurbanına çevrilir. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxır, tribunal onu qətli törətməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən “affekt” vəziyyətində olduğundan törətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz. Onu Yunanıstana deportasiya edirlər. Qətlin digər iştrakçıları Edvard Fundukyan və Arutun Arutunyans da cəzasız qalır.
1922-ci ilin 25 iyulunda isə Tiflisdə Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa qətlə yetirilir. Qətli Petros Ter-Poqosyan və Artaşes Qevorqyan törədir, qətlin hazırlanmasında, həmçinin Zare Melik-Şaxnazaryan və Stepan Tsaqikyan iştirak etmişdilər.
Beləliklə, erməni terror təşkilatının hazırladığı “Nemezis” əməliyyatı nəticəsində həm Azərbaycanın, həm də Türkiyənin bir çox dövlət adamları aradan götürülür. Ermənilərin terror siyasəti isə qarşıdakı illərdə daha yüksək səviyyədə özünü büruzə verir.
Erməni terroru davam edir...
1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı ASALA fəaliyyət göstərdiyi dövrdə 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımının” dünya ölkələri tərəfindən tanınması üçün çalışıb. Təşkilatın tarixinə nəzər salsaq, 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” (“Armenian Secret Armi for the Liberation of Armenia”- ASALA”) fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşib. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaq olub. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.
ASALA 1975-ci ildə qurulub, həmin il Paris erməni konfransında ASALA-ya yerli qüvvələr qoşulub. 1981-ci ildə təşkilat fəaliyyətinin zirvə nöqtəsinə çıxıb, ancaq 1983-cü ildə ikiyə bölünüb. 1979-cu ildə təşkilata qoşulanlar arasında ən tanınmış simalar Alex Yenikomşiyan və I Qarabağ müharibəsində öldürülən Monte Melkonyan olub. 1981-ci ildə bir çox terror hadisələri törədən
ASALA, bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlayıb. Fransadakı bir çox qruplar, Kanadadakı “Azad Hay”, İngiltərədəki “Kaytzer” qrupları ASALA-ya qoşulduqlarını elan ediblər. Bu illərdə mərkəzdə artıq parçalanmalar başlayıb. İsrailin Beyruta girməsi ilə ASALA bu səhəri tərk etdi. 1983-cü ildə ikiyə parçalanıb.
Akop Akopyanın qrupu bir sıra terror aktları həyata keçirib və qoca, cavan, qadın, uşaq demədən öldürüblər. Ən dəhşətli terror hadisəsini isə Fransanın Orli hava limanında həyata keçiriblər.
Təşkilatın Qərbi Avropadaki qrupu isə “ASALA İnqilab Hərəkatıdır”. Bu qrup isə terror hadisələrini Türkiyə və Azərbaycanda həyata keçirir. Bu hərəkatın lideri isə Monte Melkonyan idi. Onun ölümündən sonra qrupun lideri Ara Torayan olub.
Akop Akopyan 1988-ci ildə Afinada öldürüldü. Bundan sonra terror təşkilatı daxilində parçalanmalar daha da artdı. ASALA-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bilinir. Burda PKK terrorçularına da təlim keçirildiyi məlumdur. Bundan əlavə
ASALA-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində bir düşərgəsi olduğu da bilinir.
ASALA fəaliyyətini Fransada daha çox göstərməkdədir. Buna səbəb isə bu ölkədə ernəni terrorçuların sərbəst hərəkətinə icazə verilməsidir. Bundan başqa, terror təşkilatı ABŞ, Yunanıstan, Cənubi Kipr, İsveçrə və Kanadada fəaliyyətlərini davam etdirməkdədir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
 
                    YAP xəbərləri
30 Oktyabr 22:04
 
                    İdman
30 Oktyabr 21:59
 
                    Dünya
30 Oktyabr 21:24
 
                    Hadisə
30 Oktyabr 21:19
 
                    Siyasət
30 Oktyabr 21:09
 
                    Dünya
30 Oktyabr 20:43
 
                    Dünya
30 Oktyabr 20:35
 
                    Dünya
30 Oktyabr 20:18
 
                    Dünya
30 Oktyabr 19:54
 
                    Dünya
30 Oktyabr 19:32
 
                    YAP xəbərləri
30 Oktyabr 19:13
 
                    Dünya
30 Oktyabr 17:54
 
                    Siyasət
30 Oktyabr 17:53
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:31
 
                    YAP xəbərləri
30 Oktyabr 16:32
 
                    Sosial
30 Oktyabr 15:26
 
                    Sosial
30 Oktyabr 15:08
 
                    Xəbər lenti
30 Oktyabr 14:40
 
                    Elanlar
30 Oktyabr 14:37
 
                    MEDİA
30 Oktyabr 13:57
 
                    Sosial
30 Oktyabr 13:55
 
                    Dünya
30 Oktyabr 13:38
 
                    Gündəm
30 Oktyabr 12:48
 
                    Hadisə
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:12
 
                    Gündəm
30 Oktyabr 11:55
 
                    Siyasət
30 Oktyabr 11:30
 
                    Siyasət
30 Oktyabr 11:16
 
                    Sosial
30 Oktyabr 10:58
 
                    Siyasət
30 Oktyabr 10:30
 
                    Analitik
30 Oktyabr 10:16
 
                    İqtisadiyyat
30 Oktyabr 09:52
 
                    Ədəbiyyat
30 Oktyabr 09:37
 
                    Analitik
30 Oktyabr 09:13
 
                    Sosial
30 Oktyabr 08:59
 
                    MEDİA
30 Oktyabr 08:24
.jpg&width=120) 
                    Gündəm
30 Oktyabr 07:49
 
                    Sosial
30 Oktyabr 00:16
 
                    İqtisadiyyat
29 Oktyabr 23:36
 
                    Dünya
29 Oktyabr 23:18
 
                    İqtisadiyyat
29 Oktyabr 22:38
 
                    Dünya
29 Oktyabr 22:16
 
                    İdman
29 Oktyabr 21:42
 
                    Dünya
29 Oktyabr 21:30
 
                    Siyasət
29 Oktyabr 21:28
 
                    Sosial
29 Oktyabr 21:18
 
                    Sosial
29 Oktyabr 20:51
 
                    Gündəm
29 Oktyabr 20:49
 
                    İdman
29 Oktyabr 20:33
 
                             
                    
 
                        