Təbrizdəki konsulluğumuza qarşı...
04.04.2023 [10:51]
Rejim azərbaycanlıların şəhərində Ermənistan konsulluğu açmaq istəyir
Bu günlərdə İrandan xoş olmayan yeni xəbərlər gəlməkdədir. Söhbət Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında təşkil olunan mitinqlərdən gedir. Bu barədə məlumatlar Güney Azərbaycan telegram kanalında yayılıb. Məlumata görə, “aksiyaların” iştirakçıları Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına etiraz ediblər. Onlar konsulluğun dərhal bağlanmasını istəyiblər.
İranın xoş məramdan uzaq olan qonşuluğu
Azərbaycan yerləşdiyi coğrafiyada xoş mərama əsaslanan qonşuluq siyasəti həyata keçirir. O cümlədən ölkəmiz Cənub qonşumuzla əlaqələrə həmişə xüsusi həssaslıqla yanaşıb ki, bu da təsadüfi deyil. Burada çoxlu paralellər apara bilərik. Hər şeydən əvvəl İran tarixi-mənəvi ənənələri və dəyərləri ilə bizə yaxın olan bir ölkədir. Bundan başqa, Azərbaycanın əhalisinin mütləq əksəriyyəti eyni dinə etiqad bəsləyir. Azərbaycanı İranla xoş münasibətlərə sövq edən ən mühüm amil isə, heç şübhəsiz ki, burada təxminən 40 milyon azərbaycanlının yaşamasıdır. Zamanında məkrli imperiya mərkəzlərinin maraqları səbəbindən böyük keçmişi olan eyni xalq iki yerə bölünüb, xan Araz bizi ayıran xəttə çevrilib.
Lakin İran ölkəmizin xoş məramını adekvat qarşılamır. Bu ölkənin siyasi rəhbərliyi daim Azərbaycanın milli maraqlarına zidd olan davranışlar sərgiləyir. Diqqət yetiriləsi məqamlar kifayət qədər çoxdur. Azərbaycanın işğal faktı ilə üzləşdiyi son 30 ildə qonşu İran tərəfindən hansı addımlar atıldı? İslam həmrəyliyindən uzaq olan addımlar. Ölkədə 40 milyon azərbaycanlının yaşaması amili əsla nəzərə alınmadı. İndi Zəngəzur dəhlizinin açılmasını sərhədlərin pozulması anlamında təqdim edən və bunu özü üçün “qırmızı xətt” sayan İran 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini zəbt etməsi faktına göz yumdu. Bu işğal nəticəsində Azərbaycanla İran arasındakı 132 kilometrlik sərhəd pozulmuşdu. Ancaq “qırmızı xətt” heç İran rəsmilərinin yadına da düşmürdü. İnsanlıq əleyhinə cinayətlərə əl atan, müqəddəs İslam dinini təhqir edən ermənilərə İslam dövlətinin hərtərəfli dəstək verməsinin hansısa bir izahı yoxdur. Həm də İranın işğalçı Ermənistana 30 il ərzində göstərdiyi dəstək yalnız humanitar xarakterli olmayıb. Cənub qonşumuz investisiyalar yönəldərək işğalçı ölkədə iqtisadi layihələr həyata keçirib, infrastruktur quruculuğuna qatılıb. İranın işğalçı Ermənistana silah-sursat yardımı göstərməsi təsdiqlənmiş faktdır. Bu ölkə Ermənistana silahlar tədarük etməklə yanaşı, həm də öz zabitlərini burada hərbi təlimlər keçməyə göndərir. Bir qədər bundan əvvəl İran Ermənistanın Qafan şəhərində tələm-tələsik konsulluq açdı. Halbuki buna hər hansı bir iqtisadi-siyasi zərurət yox idi. Bu yaxınlarda İrəvanla Tehranın qardaşlaşdığı bəyan edildi. Ermənistanın baş nazirinin xanımı İranda keçirilən tədbirə xüsusi dəvət aldı və İslam ölkəsində məscidləri gəzdi...
İran rejimi Ermənistanla daha da yaxınlaşmanın fonunda Azərbaycanla münasibətləri gərginləşdirmək xətti tutub. Son günlər SEPAH-ın yaydığı videolarda Azərbaycan açıq-aşkar təhdid edilir. Eyni zamanda, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən respublikamızın ərazisində cəsus şəbəkəsinin idarə edildiyinə dair faktlar aşkarlanıb. Bütün bu və ya digər proseslər postmüharibə mərhələsində Azərbaycanın regionda güc amilinə çevrilməsi, ölkəmizin rolunun və nüfuzunun artması, Prezident İlham Əliyevin bütün Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına siyasi qətiyyət göstərməsi fonunda baş verir. Aydın şəkildə nəzərə çarpır ki, İran qonşuluqda Azərbaycanın uğurlarını və beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələrini genişləndirməsini həzm edə bilmir.
İsraillə əməkdaşlığın genişlənməsindən yaranan qısqanclıq
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısındakı “aksiyalar”la paralel şəkildə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan və İsrail xarici işlər nazirlərinin görüşündə səsləndirilən fikirlərlə bağlı “Azərbaycandan izahat tələb etdiklərini” bildirib. Təbrizdəki konsulluğumuzun qarşısında baş verən “aksiyalar”, İran XİN-in hikkəli “izahat” tələbi, həmçinin İran Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin çirkin və iftira xarakterli açıqlaması, sosial şəbəkələrində SEPAH-ın dəstələri tərəfindən aparılan virtual terror, İran mediasında Azərbaycan haqqında yayılan böhtan və iftira kampaniyası onu göstərir ki, mollakratiya iki ölkə arasında münasibətlərin normallaşmasında maraqlı deyil.
Bu günlərdə Azərbaycanın İsrail dövlətində səfirliyinn fəaliyyətə başlaması İran rejiminin Azərbaycana qarşı arzuolunmaz fəallığını artırıb. Sual olunur: Hansı məntiqlə? Müstəqil Azərbaycanın İsraillə əməkdaşlığı genişləndirməsi, bu ölkədə səfirlik açması respublikamızın müstəsna hüququdur. Heç kim, o cümlədən də İran respublikamızla diktat dili ilə danışa bilməz. Bir qədər bundan əvvəl bu ölkənin səması pozuldu, hərbi obyektlərinə dağıdıcı zərbələr endirildi. Həmçinin İrana qarşı sanksiyaların əhatə dairəsi getdikcə genişləndirilir. Bəs öz gücü, hərbi potensialı ilə öyünən İran nə üçün bütün bunların qarşısını almaqda, hava məkanını qorumaqda acizlik nümayiş etdirir? İranın ayrı-ayrı nüvə obyektlərinin İsrail tərəfindən vurulduğu heç kimə sirr deyil. İran güclü dövlətdirsə, İsraillə haqq-hesabını özü çəkməlidir.
“Etiraz aksiyaları”, yoxsa əvvəlcədən hazırlanan məkrli ssenari?
Təbrizin əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarətdir. Təbrizdə yaşayan soydaşlarımızın Azərbaycan sevgisi böyükdür. Bu şəhəri təmsil edən “Traktor” futbol komandasının anşlaqla keçən oyunlarında bir qayda olaraq milli şüarlar səsləndirilir, üçrəngli bayrağımız qaldırılır, himnimiz səsləndirilir. Elə ötən ilin sentyabr ayından başlayan etirazlar fonunda İranda yaşayan azərbaycanlıların milli-azadlıq hərəkatının da geniş vüsət aldığı diqqət çəkir. Bütün bu kimi faktlar onu deməyə əsas verir ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında təşkil olunan “aksiyalar” əslində təbrizlilərin istəyi ilə baş tutmur, bunlar İranın xüsusi xidmət orqanlarının mətbəxində qabaqcadan hazırlanan ssenarilərin tərkib hissəsidir. Qeyd edək ki, konsulluğumuzun qarşısında Azərbaycan-İsrail əməkdaşlığına qarşı belə “aksiyalar”ın keçirilməsi bir yenilik deyil. Belə hallar indiyədək bir neçə dəfə təkrarlanıb. Əvvəllər olduğu kimi, indi də konsulluğun qarşısına toplaşanlar Təbriz sakinləri deyillər, azsaylı iştirakçılar SEPAH-ı və hakimiyyətin digər qollarını təmsil edirlər. “Konsulluğun qarşısında sözdə aksiya keçirənlər Tehran rejiminin öz adamlarıdır, bəsicidirlər, bunlardan maaş alan şəxslərdir”. Bunu Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü, əslən Güney Azərbaycandan olan və hazırda Türkiyədə yaşayan Məcid Cavadi Araz öz şərhində vurğulayıb. Fikirlərinə davam edən fəal bildirib: “Tehranın həm rəsmi hərbçiləri, həm də qeyri-rəsmi hərbi təmsilçiləri açıq şəkildə Azərbaycanı təhdid edirlər. Təbii ki, onlar Azərbaycanın İsraildəki elçiliyinin açılmasını bəhanə göstərirlər. Düşünürəm ki, bunun əsas təməl səbəbi İranla Azərbaycan arasında olan köklü Güney Azərbaycan və İranın türk toplumu üzərində qurulan köklü problemlərdir. Amma indi hər halda üzdə İran belə göstərir ki, burada bu yox, İsraildəki səfirlik məsələsi var. Hesab edirəm ki, bu, tamamilə yanıltmacadan ibarətdir. İran Azərbaycana qarşı savaş ritorikasını yüksəldib. Təbrizdəki konsulluğun qarşısında sözdə “aksiya” keçirilməsi bu zəncirin davamıdır”.
M.FEYİZLİ
Xəbər lenti
Hamısına bax 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
 
                    YAP xəbərləri
30 Oktyabr 22:04
 
                    İdman
30 Oktyabr 21:59
 
                    Dünya
30 Oktyabr 21:24
 
                    Hadisə
30 Oktyabr 21:19
 
                    Siyasət
30 Oktyabr 21:09
 
                    Dünya
30 Oktyabr 20:43
 
                    Dünya
30 Oktyabr 20:35
 
                    Dünya
30 Oktyabr 20:18
 
                    Dünya
30 Oktyabr 19:54
 
                    Dünya
30 Oktyabr 19:32
 
                    YAP xəbərləri
30 Oktyabr 19:13
 
                    Dünya
30 Oktyabr 17:54
 
                    Siyasət
30 Oktyabr 17:53
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:31
 
                    YAP xəbərləri
30 Oktyabr 16:32
 
                    Sosial
30 Oktyabr 15:26
 
                    Sosial
30 Oktyabr 15:08
 
                    Xəbər lenti
30 Oktyabr 14:40
 
                    Elanlar
30 Oktyabr 14:37
 
                    MEDİA
30 Oktyabr 13:57
 
                    Sosial
30 Oktyabr 13:55
 
                    Dünya
30 Oktyabr 13:38
 
                    Gündəm
30 Oktyabr 12:48
 
                    Hadisə
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:12
 
                    Gündəm
30 Oktyabr 11:55
 
                    Siyasət
30 Oktyabr 11:30
 
                    Siyasət
30 Oktyabr 11:16
 
                    Sosial
30 Oktyabr 10:58
 
                    Siyasət
30 Oktyabr 10:30
 
                    Analitik
30 Oktyabr 10:16
 
                    İqtisadiyyat
30 Oktyabr 09:52
 
                    Ədəbiyyat
30 Oktyabr 09:37
 
                    Analitik
30 Oktyabr 09:13
 
                    Sosial
30 Oktyabr 08:59
 
                    MEDİA
30 Oktyabr 08:24
.jpg&width=120) 
                    Gündəm
30 Oktyabr 07:49
 
                    Sosial
30 Oktyabr 00:16
 
                    İqtisadiyyat
29 Oktyabr 23:36
 
                    Dünya
29 Oktyabr 23:18
 
                    İqtisadiyyat
29 Oktyabr 22:38
 
                    Dünya
29 Oktyabr 22:16
 
                    İdman
29 Oktyabr 21:42
 
                    Dünya
29 Oktyabr 21:30
 
                    Siyasət
29 Oktyabr 21:28
 
                    Sosial
29 Oktyabr 21:18
 
                    Sosial
29 Oktyabr 20:51
 
                    Gündəm
29 Oktyabr 20:49
 
                             
                    
 
                        
