Gizli danışıqlar
25.06.2023 [10:46]
İranın dondurulan aktivlərinin qarşılığında...
Avropa İttifaqı İrana qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, bu ölkə ilə müxtəlif mövzularda danışıqları davam etdirir. Bugünlərdə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb ki, İran və Qərb arasındakı danışıqlarda müsbət irəliləyişlər əldə olunub. Bildirilib ki, Dohada Avropa İttifaqının nümayəndəsi Enrike Mora ilə İranın xarici işlər nazirinin müavini Əli Bağeri Kəni arasında iki günlük müzakirə bir çox məsələlərdə müsbət irəliləyişə gətirib çıxarıb. Qeyd olunub ki, müzakirələr İranın nüvə proqramı ilə bağlı danışıqları canlandırmaq üçün irəliyə doğru addım olub: “İranlılar avropalılarla danışıb, amerikalılarla dolayı danışıqlar aparıblar. Qətərlilərin dəstəyi ilə baş tutan danışıqlar bir çox mövzuda müsbət irəliləyişlərə səbəb olub”.
Tehran üstünlük əldə etməyə çalışır
Məlumdur ki, son zamanlar Ukrayna müharibəsi fonunda Qərbin İranla münasibətləri xeyli dərəcədə kəskinləşib. Belə bir şəraitdə Avropa İttifaqı ilə bu ölkə arasında danışıqlarda müsbət irəliləyişlərin olması mümkündürmü? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Qətərin paytaxtı Dohada Avropa İttifaqının nümayəndəsi ilə İranın xarici işlər nazirinin müavininin görüşü kifayət qədər maraqlı gedişatdır. Qətərin ev sahibliyi ilə aparılan danışıqlar gizli xarakter daşıyır. Onun sözlərinə görə, ümumi fikir bundan ibarətdir ki, Qərb İranın nüvə tədqiqatlarına qarşıdır. Lakin rəsmi Tehran və Qərb danışıqlar apararaq özləri üçün üstünlük əldə etmək niyyətindədir.
Politoloq qeyd edib ki, hətta bəzi iddialara görə xarici banklarda İranın dondurulan aktivləri də bu ölkəyə qaytarıla bilər: “Bu güzəşt müqabilində İranın nüvə obyektlərinə baxış keçirilməsi, uranın zənginləşdirilməsinə nəzarət və Tehranın nüvə başlıqlarına sahib olmaması Qərbin əsas məqsədidir. Məhz buna görə də, vaxtaşırı olaraq danışıqlar açıq və ya gizli formada keçirilir. Qərb İranı maksimum dərəcədə nüvə tədqiqatlarından çəkindirməyə çalışır. Bu yöndə Tehrana şirnikləndirici təkliflərin də verilməsi hiss olunmaqdadır. Belə yanaşmalar isə əlbəttə ki, İsraili qane etmir”.
ABŞ həllin “tərəfdarıdır”...
Həmsöhbətimizin fikrincə, İsrail İrana qarşı radikal və kəskin addımların atılmasının tərəfdarıdır. Çünki İranın nüvə silahına yiyələnməsini İsrail özünə təhdid hesab edir. Rəsmi Tel-Əviv bu yöndə israr edir, İranın nüvə obyektlərinin peyk görüntülərinin əldə olunması, onlara raket hücumlarının edilməsi ətrafında da mütəmadi olaraq ABŞ-la məsləhətləşmələr keçirir. Amma ABŞ-ın bu gün sərgilədiyi mövqe ondan ibarətdir ki, problem danışıqlar yolu ilə həll olunmalıdır. Eyni zamanda, ABŞ-da Baydendən sonrakı hakimiyyət zamanı İranın nüvə tədiqiqatları ilə bağlı əldə edilən razılaşmalar pozula bilər. Necə ki, Donald Trampın prezidentliyi dövründə ABŞ birtərəfli qaydada razılaşmaları tərk etmişdi. Hazırda isə əsas məqsəd problemi siyasi yollarla həll etməkdir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25

