159 il öncə imzalandı...
22.08.2023 [10:40]
Bu gün isə pozulur
Sivilizasiyanın bütün dövrlərində müharibələr olub. Onlar miqyasına, xarakterinə, döyüş əməliyyatlarının müddətinə görə bir-birindən fərqlənirlər. Müxtəlif dövrlərin və xalqların müharibələrini birləşdirən bir xüsusiyyət var-ölüm, iztirab, məhv olmuş talelər...
Beynəlxalq hüquqda müharibə qanunları və adətləri kimi xarakterizə edilən mühüm qaydalar var. Ancaq heç də bütün ordular rəqiblərinə münasibətdə bu qaydalara əməl etməyib. Dövlətlər arasındakı münaqişələrin xarakterik cəhətlərindən biri odur ki, ilk növbədə, əsgər şərəfi anlayışı əsas götürülməli və mülki şəxslərlə davranışlarda bir sıra məhdudiyyətlər müəyyən edilməlidir.
Döyüş bölgələrində yaralı şəxslərin hüquqi statusunu müəyyən edən ilk yazılı beynəlxalq-hüquqi akt 1864-cü ildə qəbul edilib. Söhbət “Quru döyüşləri zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyasından gedir. İlk müqavilə 1864-cü ildə qəbul edildikdən sonra 1949-cu il də daxil olmaqla, Konvensiya bir neçə dəfə əhəmiyyətli dərəcədə yenidən işlənilib. Silahlı münaqişə qurbanlarının müdafiəsi üçün beynəlxalq hüquq normalarını müəyyən edən Cenevrə Konvensiyası Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx bağlıdır. Hazırda 200-ə yaxın ölkə 1949-cu il Cenevrə Konvensiyasının üzvüdür. Ümumilikdə, Cenevrə Konvensiyası da daxil olmaqla müasir beynəlxalq hüququn əsas prinsiplərini özündə ehtiva edən BMT Nizamnaməsi, Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin Yekun aktı və digər konvensiyalar mövcuddur.
Humanizm mövqeyinə əsaslanan sənəd
19-cu əsrin ikinci yarısında Cenevrə Konvensiyası kimi mühüm hüquqi sənədin təcili qəbuluna ehtiyac var idi. Cenevrə Konvensiyası bütün dövlətlərdə müharibə və münaqişə qurbanlarının qanunvericiliyin qorunmasını təmin edən hüquqi sənəddir. Bu sənəd humanizm və xeyriyyəçilik mövqelərinə əsaslanan, ölkələrin könüllü sadiqliyinə açıq olan çoxtərəfli bir müqavilədir. Konvensiya bir çox cəhətdən müharibənin qəddar görünüşünü dəyişdirib, daha sivil və humanist hala gətirir. Bu normativ beynəlxalq sənəd də qadağan edilmiş müharibə üsullarını müəyyənləşdirir. Sənəd 1906-cı ildə əhəmiyyətli dərəcədə dəyişdirilib və ikinci Cenevrə Konvensiyası ilə əvəzlənib. 1929-cu ildə üçüncü və nəhayət 1949-cu ildə dördüncü - sonuncu Cenevrə Konvensiyası ilə əvəz olunub.
Uzun illərdən bəri işğalçılıq siyasətini irəli sürən Ermənistanın xalqımıza qarşı silsilə soyqırımı, müharibə cinayətləri və etnik təmizləmələrinə şahid olmuşuq. Ermənistan nümayişkaranə şəkildə hər zaman beynəlxalq hüquq normalarını kobud formada pozub. Bunun bariz nümunəsi erməni tərəfinin əsir və girov götürülmüş şəxslərlə davranışıdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün beynəlxalq norma və prinsiplərə əməl etmədiyi kimi, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərindən də daim boyun qaçırıb.
Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə bildirib ki, erməni silahlı birləşmələri torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın müddətdə beynəlxalq hüquqa əməl etmədən çoxsaylı vəhşiliklər törədiblər. O, qeyd edib ki, Cenevrə Konvensiyasına əsasən silahlı münaqişələr zamanı heç bir halda münaqişə tərəfləri mülki insanları atəşə tutmamalıdır: “Bu gün birinci Cenevrə Konvensiyasının imzalandığı gündür. 30 ilə yaxın işğaldan və müharibədən əziyyət çəkmiş xalq olaraq Ermənistanın bu beynəlxalq Konvensiyanın şərtlərini hər zaman pozduğunu görmüşük. Nədənsə beynəlxalq hüququn norma və prinsipləri çox vaxt münaqişə tərəflərindən günahkar olanın işinə yarayır. Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Hətta qalib ölkə kimi humanizm prinsipləri ilə düşmənlərə jest də edib. Amma unutmayaq ki, hər zaman sonda haqlı olan qalib gəlir. İstər döyüş meydanında, istərsə də beynəlxalq hüquq çərçivəsində. 44 günlük savaşdan sonra Azərbaycanın diktəsi ilə bölgədə yaranan yeni reallıqlar bunu bir daha təsdiq edir”.
Fərqimiz göz önündədir...
Hüquqşünas bildirib ki, Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri dəfələrlə Azərbaycan tərəfinə keçdikdə saxlanılıb və dərhal Ermənistana sağ-salamat geri qaytarılıb: “Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytarır, onların əsir götürüldüyünü gizlətməyə çalışır. Sonradan isə əsgərlərimizə verdikləri işgəncələri və qeyri-insani rəftarları sosial şəbəkələrdə yaymağa başlayırlar. Ermənistan bununla Birinci Cenevrə Konvensiyası maddəsinin tələblərini pozur. Həmin maddədə birmənalı olaraq qeyd olunub ki, əsir götürülmüş əsgərlərə qarşı işgəncə və qeyri-insani hərəkətlər etmək qadağan olunur. Ermənistan da bu konvensiyaya qoşulub”.
Ermənistan məsuliyyət daşıyır
Ç.Qənizadə qeyd edib ki, hərbi əməliyyatlarda iştirak edən və rəqib əlinə düşən şəxslərin hansı kateqoriyaya aid edilməsinə dair şübhələr yarandıqda, bu şəxslərin statusu səlahiyyətli məhkəmə tərəfindən təyin olunana qədər onlar Cenevrə Konvensiya ilə qorunur: “Hərbi əsirlərlə rəftara dair Konvensiyanın tələbinə görə, əsirlər dövlətin müvəqqəti hakimiyyəti altında olmalı və həmin dövlət onların taleyinə görə tam məsuliyyət daşımalıdır. Bu hərbi əsirlərlə rəftara dair dövlətlərin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən irəli gələn əsas tələbdir. Beynəlxalq humanitar hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa düşmən dövlətin himayəsi altında olmalıdır. Onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz. Beləliklə, Cenevrə Konvensiyasının tələblərinə əsasən azərbaycanlı əsirlərə qarşı qeyri-insani rəftar birbaşa Ermənistan hakimiyyətinin məsuliyyətidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

