Nigerdə humanitar böhran: Paris niyə susur?
05.09.2023 [12:03]
Son günlərdə Fransa prezidenti Emmanuel Makronun və bu ölkənin digər yüksək səviyyəli rəsmilərinin, parlament təmsilçilərinin səsi Ermənistan rəhbərliyinin və Xankəndidə yuva salan separatçıların uydurduqları “humanitar böhran” xorunda çox ucadan eşidilir. Onların canfəşanlığı, haray-həşir salmaları fonunda elə təəssürat yaranır ki, sanki uydurulan “humanitar böhran” Fransanın ən mühüm strateji məsələsidir və dövlətin bundan savayı qayğısı yoxdur. Bir qədər bundan əvvəl Xankəndidə erməni əhalinin “humanitar böhran”la üzləşməsi məsələsi məhz Fransanın səyləri ilə BMT TŞ-nın iclasında müzakirəyə çıxarıldı. Bundan sonra eyni mövzu yenə də Fransa rəsmilərinin təkidi ilə səfirlər konfransında gündəmə gətirildi. Son olayla isə bəhs olunan ölkə bütün əndazələri aşmaqla öz imicini palaz kimi yerlə bir etdi. Söhbət Parisin xanım merinin bəzi digər həmkarları ilə birlikdə Xankəndidə “ac qalan” separatçılara 10 TIR-dan ibarət “humanitar yük” gətirməsindən gedir. Emmanuel Makronun, merlərin separatçılar üçün ağlaşma qurmalarının siyasi motivləri dərinlərə gedib çıxır. Bu, başqa bir söhbətin mövzusudur. Sual isə belədir: Bəs özünü ermənilərə “yardım mələyi” kimi təqdim etməkdən ötrü dəridən-qabıqdan çıxan Fransa niyə son günlərədək neokolonializm siyasəti apardığı Nigerdə yaşanan humanitar böhrana göz yumur və təəccüb doğuracaq soyuqqanlıqla susur?
BMT həyəcan təbili çalır
Təxminən bir ay bundan əvvəl baş verən dövlət çevrilişindən sonra Nigerdə ağır humanitar böhran yarandığı müşahidə edilir. Siyasi böhran insanların sosial vəziyyətini daha da ağırlaşdırıb və 20 min nəfər öz evini tərk edərək qaçqın həyatı yaşamağa məcbur olub. Bu fikirləri BMT-nin Qaçqınlar üzrə Ali komissarı Emanuel Jinyak jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə baş verən hərbi çevriliş nəticəsində əhalinin onsuz da ağır olan sosial vəziyyəti kəskin şəkildə pisləşib. Ərzaq və təmiz su çatışmazlığı ölkədə infeksion xəstəliklərin yayılmasına şərait yaradıb. Uşaqların ac qalması adi hal alıb.
Sosial vəziyyətlə yanaşı, Nigerin qonşuları ilə də problemləri meydana çıxıb. Ölkə prezidentinin devrilməsi qonşu Mali və Burkino-Faso dövlətləri tərəfindən birmənalı qarşılanmayıb. Bu dövlətlərin sərhəd bölgələrə hərbi hissələr yerləşdirməsi münasibətlərin gərgin xarakter almasından xəbər verir.
Ali komissar Nigerdə humanitar fəlakətin baş verəcəyini nəzərə çatdırıb və donor ölkələri yardım göstərməyə çağırıb.
Fransanın Nigerə ikili münasibəti: Sərvətlər mənim, səfalət, aclıq sənin
Fransanın müstəmləkəçilik tarixinin 1524-cü ildən başladığı bildirilir. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurmağa nail olub. Afrikanın təxminən 35 faizi 300 il ərzində Fransanın nəzarətində qalıb. O cümlədən də 1884-cü ildə keçirilən Berlin konfransının qərarına əsasən Niger Fransanın nüfuz dairəsinə daxil edilib. Niger 1960-cı ildə müstəqilliyini elan etsə də, Fransa burada öz mövcudluğunu müxtəlif sahələrdə davam etdirir. Əslində, Fransanın Nigerin müstəqilliyi dövründə də buradan çıxmaması, əksinə təsir imkanlarını artırmağa çalışması neokolonializm anlamına gəlir. Bu ölkə çətin iqtisadi durumu fürsət kimi dəyərləndirərək Nigeri kredit aslılığında qoyub. Təkcə 2022-ci ildə Fransanın İnkişaf Agentliyi Nigerə 60 milyon avro kredit verib. Niger Seneqaldan sonra Fransanın İnkişaf Agentliyindən ən çox kredit alan ölkədir. Bu kreditlərin şərtləri isə çox ağırdır - Niger məcburiyyət qarşısında qalıb aldığı maliyyə vəsaitlərinə görə yüksək faizlər ödəyir və borclanmanın səviyyəsi yüksəlir. Fransanın Niger üçün strateji önəm daşıyan uran sənayesini bütünlüklə inhisara götürdüyü fikrini tam qətiyyətlə ifadə edə bilərik. Bu ölkənin uran yataqlar??da dominantlıq məhz Fransanın “Orano” şirkətinə məxsusdur. “Orano” 50 ildən çoxdur ki, Nigerdə iş başındadır. 2021-ci ildə şirkət fəaliyyət göstərdiyi 2 yataqdan 2186 ton uran çıxarıb. Normaları aşan istismar yataqların ehtiyatlarının tamam tükənməsi ilə nəticələnib. Yataqlar ekologiyaya vurulan ziyan bərpa olunmadan tərk edilib. Köhnə yataqlarda arxasınca “ölü zonalar” qoyan Fransa şirkəti Nigerdəki yeni uran yataqlarının ələ keçirilməsi barədə planlar qurur. Bu şirkətin maraq dairəsində olan “İmouraren” dünyada ən böyük uran mənbələrindən biri kimi qiymətləndirilir. Yatağın ehtiyatları 174 min tondan çox uran həcmində dəyərləndirilir.
Bütün etirazlara baxmayaraq, Fransa özünün bir sıra keçmiş müstəmləkələrində olduğu kimi, Nigerdə də hərbi mövcudluğuna da nail olub. Bu ölkə neokolonializm siyasətinə uyğun olaraq öz ordusunu terrorizmə, təmayülçülüyə qarşı mübarizə adı altında 2014-cü ildə Nigerə yeridib. Dəyişən isə heç nə yoxdur. Son illərdə ölkə boyunca Fransa ordusunun Nigerdə mövcudluğuna qarşı etirazlar keçirilir. Həmin etirazlarda bildirilir ki, Fransa ordusunu Nigerə yeritməkdə məqsədi heç də terrorizmlə mübarizə deyil, əksinə neokolonializm siyasətini davam etdirməkdir. Nigerlilər ölkədə terrorizmin hələ də davam etməsini, terror aktlarının azalmamasını anlaya bilmirlər və haqlı olaraq düşünürlər ki, Fransa regionda öz mövcudluğunu uzunmüddətli şəkildə təmin etmək üçün cihadçılara müxtəlif yollarla dəstək göstərir.
Sadalanan faktlar, həmçinin yaşanan humanitar böhran fonunda Fransanın özünü heç nəyi görməyən kimi aparması ondan xəbər verir ki, bu ölkə digər müstəmləkələrində olduğu kimi, Nigerə münasibətdə də ikili yanaşma sərgiləyir. Fransanın Nigerə ikili münasibətini qısaca olaraq belə səciyyələndirə bilərik: Sərvətlər mənim, səfalət, aclıq sənin! Bu, Fransanın gerçək simasıdır.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

