İsveçin NATO-ya gəlişi: itirən kim, qazanan kim olacaq?
28.02.2024 [11:20]
Nəhayət, rəsmi Budapeşt də İsveçin NATO-ya daxil olmasına razılıq verdi. Bu barədə Macarıstan Dövlət Assambleyası fevralın 26-da qərar verib.
Qərarın qəbul edildiyi ərəfədə İsveçin baş naziri Ulf Kristersson Macarıstana səfər edib. Tərəflər hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalayıblar. Bundan əlavə, Budapeşt Stokholmdan 4 yeni “Jas-39 Gripen” qırıcı təyyarəsinin alınmasına dair müqavilə imzalayıb, Macarıstan 2006-cı ildən bəri İsveçdən icarəyə götürdüyü 14 ədəd “Gripen” təyyarəsi üçün texniki və logistika xidmətləri üzrə müqavilənin müddətini uzadıb.
ABŞ-dan təhdidlər
Qardaş Türkiyə İsveçin NATO-ya üzvlüyünü rəsmən qəbul etdikdən sonra Macarıstan bu ölkənin hərbi bloka qoşulmasına icazə verməyən yeganə alyans üzvü idi.
Budapeşt uzun müddət İsveçin NATO-ya üzvlüyü məsələsində tələsik addım atmamağın tərəfdarı olub. Lakin İsveçin blokdakı müttəfiqləri Macarıstanın razılığını almağa çalışırdılar. Fevralın 1-də ABŞ senatorları bəyanat yayaraq, Budapeşti İsveçin NATO-ya üzvlüyü barədə ərizəsini dərhal ratifikasiya etməyə çağırdılar. Senatorlar hətta Macarıstandan “Birləşmiş Ştatların səbrini tükəndirməməyi” xahiş etdilər. Bunun ardınca ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Ben Kardin Bayden administrasiyasını Macarıstana qarşı sanksiyaları nəzərdən keçirməyə, eyni zamanda Macarıstan vətəndaşları üçün nəzərdə tutulan ABŞ-a vizasız giriş rejiminin ləğvini müzakirə etməyə də çağırıb. Lakin Macarıstan hökuməti ABŞ-ın təhdid dolu bu çağırışlarına məhəl qoymayıb.
Türklərin açdığı qapı
Analitiklər hesab edirlər ki, əslində Macarıstanın İsveçi NATO-ya buraxmaması üçün elə ciddi səbəb yox idi. İsveçin alyansa üzvlüyü məsələsində tələsməyə ehtiyac olmadığını bildirən rəsmi Budapeşt Türkiyənin müvafiq qərarından dərhal sonra məsələni öz parlamentində müzakirəyə çıxardı. Macarıstan ictimaiyyəti ölkə rəhbərliyinin ortaq hun-türk kökəninə malik olduqları Türkiyə ilə yaxınlaşma, müttəfiqlik və siyasi anlaşma strategiyasını yüksək qiymətləndirir. Hətta Rusiya mediası da bu detalı nəzərdən qaçırmayaraq, Türkiyə ilə Macarıstanın beynəlxalq siyasi platformada sinxron addım atmasını “qohumların bir araya gəlməsi” kimi mənalandırıb.
Rusiyalı politoloq Lidiya Sidorovanın fikrincə, İsveç NATO-ya texniki mənada çox yaxşı inteqrasiya olunub. Onun sözlərinə görə, Stokholmun alyansa qoşulması onun qarşısına yalnız tənzimləyici və maliyyə öhdəlikləri qoyur. Blokun rəsmi üzvü olmayan İsveç hələ yanvar ayında başlayan genişmiqyaslı “Steadfast Defender-2024” manevrləri də daxil olmaqla NATO-nun döyüş təlimlərində iştirak edib. Bu ölkə 2023-cü ilin sentyabrında da 13 NATO ölkəsi ilə birlikdə Baltik dənizinin şimal sahilində keçirilən hərbi təlimlərin iştirakçısı olmuşdu. Ondan əvvəl, 2023-cü ilin aprelində isə alyans üzvlüyünə namizəd olan bu Skandinaviya ölkəsində 26 min hərbçinin iştirakı ilə genişmiqyaslı “Aurora-23” NATO təlimləri keçirilmişdi.
Növbəti cəbhə: Baltik dənizi
Bütün bunlar, əlbəttə, İsveçin alyansa gedən yolunu yavaş-yavaş açırdı. Macarıstan İsveçin NATO-ya daxil olmasını təsdiqlədikdən sonra elə həmin gün, fevralın 26-da İsveç Latviya ərazisində 600 hərbçidən ibarət texniki heyəti yerləşdirməyə söz verdi. Latviya Transatlantik Təşkilatının baş katibi Sigit Struberqin sözlərinə görə, İsveçin Şimali Atlantika Alyansına qoşulması əsasən regional əhəmiyyət daşıyır: “İsveçin üzvlüyü ilə blok Baltik dənizi kontekstində əlavə genişlik qazanır”.
Moskvada isə düşünürlər ki, İsveçin NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyinə ciddi təhdid yaradır, çünki bu, ABŞ-a öz hərbi gücünü Rusiya sərhədlərinə qədər sərbəst daşımağa imkan verəcək. Rusiyalı ekspertlərin fikrincə, İsveçin alyansa üzvlüyü nəticəsində Baltik dənizi faktiki NATO-nun ərazisinə daxil olacaq.
Müşahidəçilər İsveçin kommunikasiya texnologiyalarının alyans üçün ələdüşməz sərvət olacağını da bildirirlər. Buraya əsasən İsveç Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin bütün Baltik dənizində topladığı kəşfiyyat məlumatları aiddir. NATO-ya üzvlük üstəlik Skandinaviya ölkələrinin NORDEFCO (Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç) çərçivəsində müdafiə inteqrasiyasını daha da sadələşdirəcək.
İsveçin canfəşanlığı, NATO-nun soyuqqanlılığı
Siyasi ekspert Lidiya Sidorova bildirib ki, İsveçin ciddi hərbi potensialı var və bu ölkə illərdir müdafiə qabiliyyətini gücləndirməklə məşğuldur. İsveç Finlandiya və Norveçlə də yaxından əməkdaşlıq edir. Ölkə vaxtaşırı öz vətəndaşlarını hərbi vəziyyətə hazırlayır. Bundan əlavə, beynəlxalq siyasətdə neytral statusuna baxmayaraq ərazisində, yaxınlığında və ya üzvü olduğu qurum daxilində hər hansı qarşıdurma baş verərsə, “bu neytrallıq dərhal silahlanmaya çevrilər”, - deyə ekspert əlavə edib.
Yuxarıda bildirdik ki, NATO kimi təşkilatlara üzvlük həm də qurumun maliyyə təminatına dəstək verməyi nəzərdə tutur. Bu mənada hərbi ittifaqa üzv ölkələrin qarşısında duran şərtlərdən biri də ölkə üzrə ÜDM-in ən azı 2%-ni müdafiə büdcəsinə ayırmaqdır. İsveç isə bu öhdəliyi alyansın tələbi olmadan da yerinə yetirirdi.
Bütün bunlardan əlavə, İsveç artıq digər ölkələrə hərbi yardım göstərmək üçün ikitərəfli müqavilələr də bağlayıb. Məsələn, fevralın 20-də krallığın müdafiə naziri Ukraynaya 682 milyon dollar məbləğində hərbi və maliyyə yardımı ayırdıqlarını elan edib. Buraya “RBS-70” zenit-raket kompleksi, “BGM-71 TOW” tank əleyhinə raket sistemi, 10 ədəd “CB90” sürətli hərbi kater, 20 ədəd silahlı qrup kater daxildir. Şimal Hərbi Dairəsinin yaradılmasının ikinci ildönümündə isə İsveç hökuməti Ukraynaya 7,19 milyon dollar məbləğində humanitar yardımın ayrılması barədə göstəriş verib.
Analitiklər düşünürlər ki, bütün fəallığına baxmayaraq, İsveçin səsi NATO-nun həlledici qərarlarında ciddi rol oynamayacaq. Çünki alyansın daxilində iyerarxik struktur formalaşıb. Finlandiya və İsveçin alyansda “kiçik üzvlər” olduğunu Türkiyə rəsmiləri də açıqlayıblar. Blokun rəhbərliyi isə bu vəziyyəti dəyişmək üçün heç nə etmək istəmir. NATO-da əsas güclər bəzi silah sistemlərini yerləşdirmək üçün ərazilərindən istifadəyə icazə vermələrindən başqa İsveç və Finlandiyadan heç nə gözləmirlər.
NATO-ya giriş məhdudlaşır
İsveçin NATO-ya rəsmən daxil olması alyansın daha da genişlənməsi məsələsini gündəmə gətirir. Hazırda Gürcüstan, Ukrayna, Bosniya və Herseqovina kimi ölkələr fəal şəkildə NATO-ya can atır. Sonuncunun müraciəti ilkin təsdiqlənmə mərhələsindədir. Ekspertlərə görə, bu ölkələrin qəbulu yaxın gələcəkdə mümkün olmayacaq. Ukraynada müharibə bitənə qədər Şimali Atlantika Alyansı xüsusilə Şərqə doğru inteqrasiyadan çəkinəcək. Gürcüstanın alyansa qəbulu isə Moskva ilə münasibətləri daha da kəskinləşdirə bilər, çətin ki, Brüssel bu addımı atsın.
Bosniya və Herseqovinaya gəlincə, böyük ehtimalla onun NATO-ya girişi ölkənin iki əsas subyektindən biri olan Serbiya Respublikası tərəfindən bloklanacaq. Rusiyalı akademik Vladimir Vinokurovun fikrincə, Vaşinqton Rusiyaya qarşı vahid cəbhə formalaşdırmaq üçün bütün Avropa ölkələrini NATO-ya daxil etmək arzusundadır. Lakin diplomatın sözlərinə görə, bu, o qədər də asan məsələ deyil: “Məsələn, İsveçrə, yaxud Serbiya özünün hərbi neytrallığından imtina etməyə bilər”.
Bir sözlə, İsveçin NATO-ya qəbulu beynəlxalq siyasi qütbləşməni bir qədər də dərinləşdirəcək. Artıq NATO gəmiləri ilə Rusiya hərbi-dəniz qüvvələri Baltik dənizində hər an toqquşa bilər. Beləliklə, Rusiya ilə Qərb arasında gərginliyin Baltik dənizinə daşınması Baltikyanı ölkələrin, eləcə də İsveç və Finlandiyanın təhlükəsizliyini risk altına alır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25

