Ukraynada NATO hərbçiləri...
19.03.2024 [10:55]
Putin: Müasir dünyada hər şey mümkündür
Rusiya-Ukrayna müharibəsi geosiyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edib. ABŞ, Avropa İttifaqı Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Avropa İttifaqı tərəfindən sayca 13-cü sanksiyalar paketi qəbul olunub. Məqsəd Rusiyanın iqtisadiyyatını zəiflətmək, bununla da rəsmi Moskvanı müharibəni dayandırmağa məcbur etməkdir. ABŞ və Avropa İttifaqı, eləcə də NATO Ukraynaya özünü müdafiə etmək üçün fəal hərbi yardım da göstərirlər. Bu yardımın dəyəri milyardlarla dollar səviyyəsindədir. Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının üzvləri mütəmadi olaraq toplantılar keçirərək rəsmi Kiyevə hərbi dəstək məsələsini müzakirə edir. ABŞ-ın müdafiə naziri Lloyd Ostin xarici tərəfdaşları Ukraynaya kömək etməkdə daha qətiyyətli olmağa çağırıb. “Daha dərinə getməyin vaxtıdır. Ukrayna xalqı bizi izləyir, Kreml bizi izləyir, tarix də bizi izləyir. Ona görə də biz Ukraynanın Rusiyanın təcavüzündən müdafiəsinə kömək etmək əzmimizdən geri çəkilməyəcəyik və tərəddüd etməyəcəyik”, - deyə ABŞ müdafiə naziri bəyan etmişdi. ABŞ Ukraynaya həcmi 2,5 milyard dollar olacaq yeni hərbi yardım paketini də elan edib.
Son zamanlar isə NATO ölkələrinin Ukraynaya qoşun göndərilməsi ilə bağlı fikirlər səslənir. Bununla əlaqədar müttəfiq ölkələrin yekdil rəyi olmasa da, mövzu gündəmdə qalır. Təbii ki, bu amil Rusiyada ciddi narahatlıqla qarşılanır. Rusiyanın dövlət başçısı Vladimir Putin prezident seçkiləri üzrə səsvermənin başa çatmasından sonra özünün seçki qərargahına gəlib və orada jurnalistlərin suallarını cavablandırıb. Ukrayna münaqişəsindən bəhs edən V.Putin qeyd edib ki, Rusiya hakimiyyəti Belqorod vilayətində yaranmış vəziyyətlə əlaqədar Ukraynaya bitişik ərazilərdə “müəyyən sanitar zona” yaratmağa məcbur ola bilər. O, həmçinin gələcəkdə bilavasitə Rusiya ilə NATO arasında münaqişəni istisna etməyib, hərçənd, hesab edir ki, heç kim bu addımın atılmasında maraqlı deyil.
NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi haqqında sualı cavab verərkən Putin bildirib ki, müasir dünyada hər şey mümkündür. Onun sözlərinə görə, Rusiya Ukraynada NATO ölkələrinin hərbçilərinin olmasından xəbərdardır: “Ukraynada NATO ölkələrinin hərbçiləri var və onlar üçün yaxşı heç nə yoxdur”. Rusiya Prezidenti NATO ilə tammiqyaslı münaqişənin mümkünlüyü haqqında da danışıb: “Hər şey mümkündür. Lakin bu, Üçüncü Dünya müharibəsinə bir addım yaxın olacaq”.
Ümumiyyətlə, NATO Rusiya ilə savaşa birbaşa qoşulmağa ehtiyat etsə də, qarşıdurma üçün məkan kimi Ukrayna ərazisini seçib. Aydındır ki, Ukrayna ordusunun şəxsi heyətinin təkmilləşdirilməsi, potensialının artırılması, bu ölkəyə müxtəlif silah və hərbi texnikaların verilməsi NATO-nun hesabınadır. Burada NATO-nun siyasi, maliyyə, hərbi, logistik dəstəyi həm müharibənin müddətini uzadır, həm də Ukraynanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı kontekstində münaqişənin həlli ilə bağlı bir mövqe ortaya qoyur. Eyni zamanda, bu amillər savaşın Rusiya-NATO kontekstinə çevrilməsinə səbəb olur. Ona görə də, Rusiya bu müharibədə NATO-nun hərbçilərinin iştirak etdiyini bildirir. Lakin hələ ki, Alyans Rusiya ilə açıq qarşıdurmadan çəkinir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58

