Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avstriyada HiPP uşaq qidasını zəhərləməkdə şübhəli bilinən şəxs saxlanılıb

Avstriyada HiPP uşaq qidasını zəhərləməkdə şübhəli bilinən şəxs saxlanılıb

03.05.2026 [20:18]

HiPP uşaq qidasının siçan zəhəri ilə zəhərlənməsi işi üzrə şübhəli bilinən şəxs Avstriyada saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OE24 portalı məlumat yayıb. Məlumata görə, şübhəli şəxs 39 yaşında kişidir və mayın 2-də saxlanılıb. Onun barəsində ictimai təhlükəsizliyə təhdid yaratma və sağlamlığa ağır zərər vurmağa cəhd göstərmək maddələri üzrə təhqiqat aparılır.

İstintaq Ayzenştadt prokurorluğu tərəfindən əlaqələndirilir, əməliyyata Burgenland Cinayət İdarəsinin və Federal Kriminal İdarənin əməkdaşları cəlb olunub. Saxlanılan şəxsin kimliyi və saxlanılma şəraiti açıqlanmır.

Müstəntiqlərin məlumatına görə, aprelin 18-də Ayzenştadtdakı supermarketlərdən birində içində püre olan şüşə bankada təxminən 15 mikroqram siçan zəhəri aşkar edilib. Hazırda məhsuldan istifadə edilməsinin mümkün nəticələri araşdırılır.

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31