Samuxda “15 İyun-Milli Qurtuluş Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilib
12.06.2026 [22:58]
Samuxda “15 İyun-Milli Qurtuluş Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Samux Rayon İcra Hakimiyyəti və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə Samux Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənov, YAP Samux rayon təşkikatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, YAP Samux rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca “15 İyun-Milli Qurtuluş Günü” ilə bağlı sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik etdi və bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü il, bu günü dərindən dərk edənlər üçün çox əzizdir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyində və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.
Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənov çıxışında qeyd edib ki, Ulu öndərin siyasi kursu bu gün cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır.
Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü, müasir Azərbaycan dövlətçiliyinin yox olmaq təhlükəsindən xilas edildiyi və sabitliyin əsasının qoyulduğu tarixi dönüş nöqtəsidir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı sayəsində ölkəmiz müstəqilliyini qoruyaraq parlaq gələcəyə doğru inamlı addımlar atmağa başlamışdır.
Daha sonra 15 İyun – Milli Qurtuluş Günü münasibətilə məktəblilər arasında keçirilmiş şahmat turniri və rəsm müsabiqəsinin qaliblərinə diplomlar, qiymətli hədiyyələr təqdim olunub. Həmçinin, Samux rayonunun ictimai-siyasi həyatında fəallığı və səmərəli fəaliyyəti ilə fərqlənən bir neçə YAP üzvü Samux Rayon İcra Hakimiyyətinin başçısı və YAP Samux rayon təşkilatının sədri tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif edilib.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16

