Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
26.06.2026 [12:49]
Qdanskda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində ölkənin enerji sektorunda fəaliyyət göstərən dövlət və özəl şirkətlər 1 milyard avrodan çox məbləğdə maliyyənin cəlb olunmasına dair sazişlər imzalayacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu telemarafonun efirində Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, artıq Böyük Britaniyanın “Urenco” şirkəti ilə Ukraynanın atom elektrik stansiyaları üçün nüvə yanacağının tədarükünə dair 210 milyon funt sterlinq məbləğində saziş imzalanıb.
“Bu gün, həmçinin ABŞ-nin “Eksim” bankı tərəfindən “Naftoqaz” üçün 300 milyon dollar, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Ukrenerqo” üçün isə 90 milyon avro məbləğində maliyyənin ayrılmasına dair saziş imzalayırıq. Bundan başqa, dövlət və özəl şirkətlərimiz bu gün ümumi dəyəri 1 milyard avrodan çox olan daha 28 saziş imzalayır”, – deyə o bildirib.
Onun fikrincə, bu, qış mövsümü başlamazdan əvvəl Ukraynanın enerji sektoruna dəstək üçün mühüm irəliləyiş olacaq.
Nazir əlavə edib ki, Niderland ilə qış mövsümünə hazırlıq üçün 178 milyon avronun ayrılmasına dair saziş də imzalanıb. Yardım paketinə xüsusilə də qaz turbinləri və transformatorların alınması daxildir.
Bundan başqa, konfrans çərçivəsində Ukrayna və Dünya Bankı yenilənmiş Enerji Strategiyasının konsepsiyasını təqdim edəcəklər. D.Şmıqal vurğulayıb ki, iqtisadiyyatın bərpası üçün hərəkətverici qüvvəyə çevrilməli olacaq enerji sisteminin inkişafı üçün möhkəm əsas yaradılmalıdır.
Nazir ayrıca qeyd edib ki, bir gün əvvəl keçirilmiş “Enerji Ramştaynı”nın iclası artıq sistemli xarakter alır və iştirakçıların coğrafiyası genişlənir. Belə ki, formata Avropadan kənar ölkələr – Cənubi Koreya, Yaponiya və ABŞ də qoşulublar.
Xəbər verildiyi kimi, Qdanskda Enerji Məsələləri üzrə G7+ Koordinasiya Qrupunun iclası keçirilir. Ukraynanın enerji ehtiyaclarının müzakirəsinə 20 ölkə, Avropa İttifaqının nümayəndələri və 6 beynəlxalq təşkilat qoşulub. İclasın yekunlarına əsasən, tərəfdaşlar enerji infrastrukturunun bərpası və Enerjiyə Dəstək Fonduna əlavə töhfələrin verilməsi üçün azı 375 milyon avro ayrılacağını açıqlayıblar.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

