/ / Şuşadan dünyaya verilən strateji mesajlar:Azərbaycanın dəyişməyən mövqeyi və yeni geosiyasi reallıqlar
Şuşadan dünyaya verilən strateji mesajlar:Azərbaycanın dəyişməyən mövqeyi və yeni geosiyasi reallıqlar
15.07.2026 [10:12]
13-14 iyul tarixlərində keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərbası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi dialoqun mühüm platformalarından birinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin iştirakı ilə keçirilən forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər regionun gələcəyi, qlobal proseslər və Azərbaycanın xarici siyasət kursu baxımından mühüm mesajlarla yadda qaldı.
Dövlət başçısı çıxışında ilk növbədə Azərbaycanın strateji nəqliyyat və logistika imkanlarına diqqət çəkərək Xəzərin ən iri dəniz ticarət limanının genişləndirildiyini və illik yükötürmə qabiliyyətinin 25 milyon tona çatdırılmasının planlaşdırıldığını bildirdi. Bu isə Azərbaycanın beynəlxalq yük daşımalarında rolunun daha da artacağını göstərən mühüm göstəricidir.
Forumda səslənən əsas məqamlardan biri də Azərbaycanın müstəqil xarici siyasət kursunun dəyişməz qalması oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan heç vaxt geosiyasi intriqaların iştirakçısı olmayıb və ölkənin hansısa xarici gücün maraqları naminə istifadə edilməsinə imkan verməyib. Bu siyasət uzun illərdir ölkənin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının əsas səbəblərindən biridir.
Çıxışda regionda sülh məsələsinə də xüsusi yer ayrıldı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan öz suverenliyini bərpa etmək üçün gücdən istifadə etsə də, məqsədinə çatdıqdan sonra hərbi əməliyyatları davam etdirməyib. Bu yanaşma ölkənin məqsədinin yeni münaqişələr deyil, davamlı sabitlik yaratmaq olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan həm cənubunda, həm də şimalında sülhün bərqərar olmasını arzulayır və indiyədək bütün beynəlxalq proseslərdə gərginliyin azaldılmasına yönəlmiş konstruktiv mövqe sərgiləyib. Onun sözlərinə görə, uzun sürən müharibələr yalnız dağıntılarla ölçülmür, həm də yeni təhlükələr və risklər yaradır. Bu baxımdan Azərbaycan dialoq və əməkdaşlığı ən doğru yol hesab edir.
Forum zamanı Cənubi Qafqazın gələcəyi barədə də mühüm fikirlər səsləndirildi. Prezident qeyd etdi ki, regionun bütün ölkələri – Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan – qarşılıqlı hörmət və bərabər hüquq prinsipi əsasında əməkdaşlıq etməlidirlər. Xarici aktorlar üçün isə Cənubi Qafqazda uzunmüddətli münasibətlər qurmağın yalnız region dövlətlərinin maraqlarını nəzərə almaqla mümkün olduğu vurğulandı.
Dövlət başçısı Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini də xatırlatdı. Bununla yanaşı, Türkiyə ilə münasibətlərə toxunaraq bildirdi ki, iki qardaş ölkəyə veriləcək əsas mesaj dostluq, müttəfiqlik və sarsılmaz qardaşlıqdır.
Çıxış zamanı beynəlxalq münasibətlərə dair bir sıra məqamlar da diqqət çəkdi. Prezident ABŞ Konqresinin vaxtilə qəbul etdiyi 907-ci düzəlişi Azərbaycana qarşı ədalətsiz qərar kimi qiymətləndirdi. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın onun iştirakı ilə bəzi məhdudiyyətlərin və sanksiyaların tətbiqinin müvəqqəti dayandırılması barədə sənəd imzaladığını xatırlatdı və Trampı müxtəlif bölgələrdə sülhün bərqərar olunmasına çalışan lider kimi dəyərləndirdi.
İqtisadi əməkdaşlıq məsələlərinə toxunan dövlət başçısı Yaponiya ilə münasibətlərin uzun illər ərzində uğurla inkişaf etdiyini, bir sıra Yaponiya şirkətlərinin Azərbaycanda iri sənaye layihələrinin icrasında podratçı kimi iştirak etdiyini qeyd etdi.
Prezident İlham Əliyev çıxışının sonunda mühüm bir məqama da toxundu. O bildirdi ki, bu gün Azərbaycan üçün əsas təhlükə ölkəni hansısa geosiyasi avantüraya cəlb etmək cəhdləridir. Məhz buna görə də Azərbaycanın əsas prinsipi milli maraqları qorumaq, müstəqil siyasəti davam etdirmək və xalqın iradəsinə söykənərək qərarlar qəbul etməkdir.
Beləliklə, IV Şuşa Qlobal Media Forumundan verilən mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan dəyişən beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına söykənən müstəqil siyasi kursunu davam etdirir. Şuşadan səslənən fikirlər həm də ölkəmizin gələcəyə baxışını əks etdirir. Çünki bölgədə dayanıqlı sülhün, qarşılıqlı etimadın və təhlükəsizliyin təmin olunması yalnız güclü dövlət iradəsi, praqmatik siyasət və milli maraqlara sadiqlik əsasında mümkündür. Məhz bu baxımdan Şuşa Forumu beynəlxalq media platforması olmaqla yanaşı, Azərbaycanın dünyaya ünvanladığı strateji mesajların səsləndiyi mühüm siyasi tribunaya çevrildiyini bir daha nümayiş etdirdi.
Samir Qurbanov,
YAP Biləsuvar rayon təşkilatının fəalı, ARB televiziyasının bölgə müxbiri, AJB-nin üzvü
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07

