IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal baxışı
15.07.2026 [15:51]
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın beynəlxalq nüfuzunun, xarici siyasət prioritetlərinin və gələcək inkişaf strategiyasının mühüm istiqamətlərini əhatə etdi. Dövlət başçısı vurğuladı ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq xarakter daşıyan nüfuzlu platformaya çevrilib və iştirakçıların sayı ildən-ilə artır. Azərbaycanın, xüsusilə də Qarabağın və Şuşanın belə mötəbər auditoriyaya ev sahibliyi etməsi ölkəmiz üçün böyük şərəf olmaqla yanaşı, bölgədə yaradılmış sabitliyin və təhlükəsizliyin bariz göstəricisidir.
Prezident İlham Əliyev qeyd etdi ki, bu ilin ilk ayları ərzində Brüsseldən Azərbaycana bir sıra mühüm səfərlər həyata keçirilib. Bu, ölkəmizin Avropa ilə əməkdaşlığının inkişaf etdiyini və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir. Dövlət başçısı, həmçinin xatırlatdı ki, Azərbaycan Ermənistanın işğalçı qüvvələrindən tam azad olunana qədər Avropa Şurası Parlament Assambleyasında heç vaxt sanksiya altında olmayıb və bu fakt beynəlxalq münasibətlərdə müşahidə olunan ikili yanaşmaları bir daha üzə çıxarır.
Çıxışda Azərbaycan–ABŞ münasibətlərinə də toxunulub. Prezident İlham Əliyev bildirdi ki, Tramp Administrasiyası dövründə Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf edib və əlaqələr strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Dövlət başçısı Azərbaycanın artıq orta gücə malik dövlətə çevrildiyi barədə beynəlxalq ekspertlərin fikirlərini də diqqətə çatdıraraq, ölkənin son otuz ildən artıq müddətdə siyasi, iqtisadi və hərbi baxımdan mühüm nailiyyətlər əldə etdiyini vurğuladı.
Enerji təhlükəsizliyi məsələləri çıxışın əsas mövzularından biri oldu. Prezident qeyd etdi ki, Azərbaycanda bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirilir və ölkənin bu istiqamətdə çox böyük potensialı mövcuddur. Eyni zamanda, Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra Avropada Azərbaycan qazına tələbatın kəskin artdığı bildirildi ki, bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolunu bir daha təsdiqləyir.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanın inkişaf gündəliyinin əsas istiqamətlərindən biri rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqidir. Bu sahələrin inkişafı ölkənin innovativ iqtisadiyyat quruculuğu və rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Fransada hələ də mövcud olmayan qondarma "Dağlıq Qarabağ"ın qondarma nümayəndəliyinin fəaliyyət göstərməsini tənqid edərək, bunun beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu bildirdi. O vurğuladı ki, XXI əsrdə minlərlə kilometr uzaqlıqda yerləşən əraziləri müstəmləkə kimi idarə etmək nə hüquqi, nə də mənəvi baxımdan qəbul edilə bilər. Prezident qeyd etdi ki, Azərbaycanın müstəmləkəçilik məsələlərinə bu qədər həssas yanaşmasının əsas səbəblərindən biri xalqımızın tarixən belə bir taleyi yaşamış olmasıdır.
Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın dəyişməz prinsipinin heç vaxt işğalla barışmamaq olduğunu xüsusi vurğuladı. O, BMT Təhlükəsizlik Şurasında islahatların zəruriliyindən danışaraq, Azərbaycanın təkliflərinin ilk növbədə inklüzivlik prinsipinə əsaslandığını bildirdi. Dövlət başçısı, həmçinin dünyada sülhün bərqərar olmasının vacibliyini qeyd edərək, Afrikada sülhün təmin edilməsinin də digər regionlarda olduğu kimi böyük əhəmiyyət daşıdığını vurğuladı.
Prezident çıxışının sonunda bildirdi ki, Azərbaycan xalqı həm işğalın acı nəticələrini, həm dağıntıları, həm də tarixi Zəfəri görmüş xalqdır. Bu gün isə xalqımız azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və dirçəliş prosesinin fəal iştirakçısıdır. IV Şuşa Qlobal Media Forumu da məhz Azərbaycanın güclənən beynəlxalq mövqeyini, sülh, əməkdaşlıq və inkişaf gündəliyini dünyaya çatdıran mühüm platforma kimi xüsusi əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

