Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bişkekdə son onilliklərin ən yüksək temperatur göstəricisi qeydə alınıb

Bişkekdə son onilliklərin ən yüksək temperatur göstəricisi qeydə alınıb

20.07.2026 [23:25]

Qırğızıstanın paytaxtı Bişkekdə iyul ayı üçün yeni temperatur rekordları qeydə alınıb.

AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızhidromet məlumat yayıb. Bildirilib ki, iyulun 17-19-da şəhərdə havanın temperaturu rekord həddə yüksəlib. İyulun 19-da temperatur +43,5 dərəcəyə çataraq 2019-cu ildə qeydə alınmış +40,8 dərəcəlik göstəricini üstələyib.

Qeyd edilib ki, iyulun 18-də və 19-da qeydə alınan temperatur Bişkekdə meteoroloji müşahidələr tarixində iyul ayı üzrə mütləq maksimum göstərici olub.

Mütəxəssislər anomal istiləri güclü antisiklon və Mərkəzi Asiyanın cənubundan gələn isti hava kütlələrinin təsiri ilə əlaqələndirirlər.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31