Qalib və qüdrətli Azərbaycan reallığı
09.09.2026 [16:08]
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev hesabat məruzəsi ilə çıxış edib. O, rayon təşkilatı tərəfindən həyata keçirilən işlər, ərazi partiya təşkilatlarının fəaliyyəti, təşkilati məsələlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, YAP Daşkəsən rayon təşkilatı qarşıya qoyulan vəzifələrin icrası istiqamətində ardıcıl fəaliyyət göstərib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin və Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, YAP-ın ideoloji prinsiplərinin təbliği istiqamətində müxtəlif tədbirlər keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında Azərbaycanın tərəqqi yolunda inamla irəlilədiyini, regionların inkişafının davamlı xarakter daşıdığını bildirib. O, bildirib ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı təmin edilib, abadlıq və quruculuq işlərinin genişləndirilməsi, eləcə də əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Orxan Abbasov YAP Daşkəsən rayon təşkilatının rayonda həyata keçirilən tədbirlərdə fəal iştirak etdiyini və qarşıya qoyulan vəzifələrin icrasına öz töhfəsini verdiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Kamran Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Millət vəkili Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra yeni tərəqqi mərhələsinin başlandığını, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb. O bildirib ki, bütün bunlar qalib və qüdrətli Azərbaycanın reallığıdır.
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının səmərəli fəaliyyətinin əhəmiyyətindən danışıb. O bildirib ki, partiya üzvləri arasında həmrəyliyin, qarşılıqlı əməkdaşlığın və ictimai fəallığın gücləndirilməsi mühüm önəm kəsb edir.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov bildirib ki, Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı hesabat dövründə fəaliyyətini qarşıya qoyulmuş vəzifələrə uyğun qurub. O, rayon təşkilatının partiya sıralarının genişləndirilməsi və üzvlərin ictimai fəallığının artırılması istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edib.
Partiya veteranı, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, “Mədəniyyət İşçiləri” ərazi partiya təşkilatının sədri Nailə Məmmədova çıxışlarında Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan bəhs ediblər.
Konfransda YAP Daşkəsən rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09

