Azərbaycan parlaq nailiyyətlər qazanır, milli gücümüz günbəgün artır
10.09.2026 [15:45]
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının X konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, YAP Şəmkir rayon təşkilatının fəaliyyəti partiyanın qarşıya qoyduğu vəzifələrə uyğun olaraq təşkilati işin gücləndirilməsi, üzvlərin fəallığının artırılması və ictimai-siyasi proseslərdə iştirakın genişləndirilməsi istiqamətində qurulub. “Təşkilat hesabat dövründə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Fəaliyyətimizdə ideya və əqidə birliyi, partiya üzvlərinin nizam-intizamı xüsusi diqqət mərkəzində saxlanılır”, - deyə Z.Güvəndiyev söyləyib.
Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır: “Partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını və sarsılmaz olduğunu təsdiqləyir. Bu gün müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda Azərbaycan vətəndaşları Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərirlər. Bu istiqamətdə əldə olunan nailiyyətlərdə, YAP Şəmkir rayon təşkilatının da özünəməxsus rolu var”.
Milli Məclisin deputatı Nurlan Həsənov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası fəaliyyətində ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas milli prioritetlər istiqamətində qurmaqla cəmiyyətdə yüksək nüfuza malikdir: “Azərbaycan parlaq nailiyyətlər qazanır, milli gücümüz günbəgün artır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Əldə olunan uğurların siyasi müstəvidə möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının mühüm xidmətləri var”.
Çıxış edən Gənclər və İdman Sektoru ərazi partiya təşkilatının sədri Pərvin Gözəlov, partiya fəalı Elvira Allahverdiyeva və Yeni-Həyat kənd ərazi partiya təşkilatının sədri Qətibə Məmmədova təşkilatın hesabat dövründəki fəaliyyətini müsbət dəyərləndiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov bildirib ki, Yeni Azərbaycan Partiyası bu günədək xalqın və dövlətimizin taleyində mühüm rol oynayıb və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərib: “Bu gün partiyamızın gücü Ulu Öndər Heydər Əliyev ideyalarından və Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. Prezident İlham Əliyev ölkəmizin nüfuzunu artırmaqla onu dünyada müstəqil xarici siyasət yürüdən dövlət və etibarlı tərəfdaş kimi tanıdıb. Tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövləti Liderimiz İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləməkdədir”.
Konfransda rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və YAP-ın VIII qurultayına nümayəndələr seçilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45

