Ümummilli Lider Heydər Əliyev ideyaları işğında Azərbaycanın Zəfər salnaməsi
30.09.2026 [14:21]
3 oktyabr 1993-cü il Azərbaycan xalqının yaddaşında taleyüklü bir dönüş nöqtəsi kimi əbədi qalacaq. Çünki məhz həmin gün xalqın böyük iradəsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və dövlətimizin müstəqilliyinin əbədi olması yolunda yeni bir mərhələ başlandı. O illərdə Azərbaycanın daxilində və xaricində yaranmış ağır vəziyyət, dövlətçiliyin təməl prinsiplərinin sarsılması, vətəndaş qarşıdurması, separatizm meylləri, ölkənin iqtisadi tənəzzülü və xarici təsirlərin güclənməsi xalqımızın varlığı üçün ən ciddi təhlükələr idi. Həmin dövrdə Azərbaycan sözün əsl mənasında dövlət müstəqilliyini itirmək astanasına gətirilmişdi. Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz nicat yolunu böyük siyasi lider Heydər Əliyevin qətiyyətli rəhbərliyində gördü və ona tarixi etimad göstərdi. 3 oktyabr prezident seçkiləri Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyin dönməzliyi və xalqın gələcək inkişaf yolunun müəyyənləşməsi baxımından əvəzsiz hadisə oldu.
Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı gündən ölkədəki böhranlı vəziyyəti aradan qaldırmaq üçün qətiyyətli addımlar atdı. Onun siyasi uzaqgörənliyi, idarəçilik təcrübəsi və xalq sevgisi Azərbaycanın gələcəyini sığortaladı. Ən böyük xidmətlərindən biri ölkədə sabitliyin bərpa olunması oldu. Çünki sabitlik olmadan heç bir inkişaf mümkün deyildi. Ulu Öndər Heydər Əliyev daxili qarşıdurmaları aradan qaldırdı, separatizm cəhdlərinin qarşısını aldı, hüquqi dövlət quruculuğu istiqamətində əsaslı addımlar atdı. Onun rəhbərliyi ilə qəbul edilən qərarlar Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.
Ulu Öndərin ən mühüm töhfələrindən biri də milli ideologiyanın formalaşdırılması idi. O, Azərbaycançılıq ideyasını dövlət siyasətinin əsası elan etdi. Azərbaycançılıq milli həmrəyliyi, xalqın birliyini, milli-mənəvi dəyərlərin qorunmasını, müstəqilliyin möhkəmlənməsini və dövlətin inkişafını təmin edən ideologiyadır. Bu ideya xalqın müxtəlif təbəqələrini vahid amal ətrafında birləşdirdi. Azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də diasporada yaşayan soydaşlarımız üçün yol göstəricisinə çevrildi.
Ulu Öndər Heydər Əliyev iqtisadi sahədə də böyük islahatlar həyata keçirdi. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatı dərin böhran içində idi, sənaye müəssisələri dayanmış, enerji resurslarından istifadə imkanları məhdudlaşmışdı. Ulu Öndər bu vəziyyətdən çıxış yolunu düzgün müəyyənləşdirdi və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlanan neft strategiyasının əsasını qoydu. Dünyanın aparıcı enerji şirkətləri ilə imzalanan müqavilə Azərbaycanın iqtisadi müstəqilliyinin təminatına çevrildi. Bu müqavilə nəticəsində ölkəyə böyük həcmdə sərmayə daxil oldu, yeni iş yerləri yaradıldı, infrastruktur layihələri reallaşdırıldı, dövlətin gəlirləri artdı. Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm mövqe tutması ölkəmizin siyasi nüfuzunu da yüksəltdi.
Ulu Öndər Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri də güclü ordu quruculuğu idi. O, yaxşı bilirdi ki, torpaqları işğal altında olan bir xalqın ən böyük ehtiyaclarından biri güclü orduya sahib olmaqdır. Ulu Öndər ordunun maddi-texniki bazasını gücləndirdi, hərbi intizamı möhkəmləndirdi, gənc zabitlərin yetişdirilməsi üçün xüsusi tədbirlər gördü. Onun qoyduğu ordu quruculuğu siyasəti sonradan böyük Zəfərin əsasını təşkil etdi.
Ulu Öndər Heydər Əliyevin diplomatik fəaliyyəti də Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi, beynəlxalq təşkilatlarda fəal iştirak etməyə başladı. Balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirilərək ölkəmizin həm region dövlətləri, həm də böyük güclərlə münasibətlərinin inkişafına şərait yaradıldı. Bu siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasına imkan verdi. Ulu Öndər Heydər Əliyev bütün bu fəaliyyəti ilə müasir Azərbaycan dövlətinin memarı oldu. Onun siyasi irsi müstəqilliyimizin qorunmasını və dövlətimizin inkişafını təmin edən əbədi dəyərdir. Bu irs xalqımızın milli ideologiyası, gələcək nəsillərin yol göstəricisi kimi yaşayır.
Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə Azərbaycanı yeni yüksəliş mərhələsinə çıxardı. Prezident İlham Əliyev 2003-cü ildə prezident seçilərkən xalqa verdiyi vədləri ardıcıl şəkildə həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf etdi, regionda lider dövlətə çevrildi. Enerji layihələrinin coğrafiyası genişləndi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, TANAP, TAP kimi qlobal layihələr Azərbaycanın geosiyasi rolunu daha da artırdı. Bu layihələr həm də Ulu Öndər Heydər Əliyevin neft strategiyasının davamı idi.
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkədə yoxsulluq minimum həddə endirildi, minlərlə yeni iş yeri yaradıldı, infrastruktur yeniləndi, təhsil, səhiyyə və mədəniyyət sahələrində ciddi nailiyyətlər əldə olundu. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəldi, ölkəmiz mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi.
Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin zirvəsi isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfər oldu. Sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Bu Qələbə xalqımızın gücünü, ordumuzun rəşadətini, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu Qələbə eyni zamanda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, onun yaratdığı güclü dövlətin və ordunun parlaq nəticəsi idi. Prezident İlham Əliyev müharibə dövründə xalqı səfərbər etdi, beynəlxalq arenada ölkənin mövqeyini qorudu və Müzəffər Ali Baş Komandan kimi xalqın qəlbində əbədi yer aldı.
44 günlük müharibədən sonra da Azərbaycanın uğurları davam etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu, separatizmin kökü kəsildi. Bunun ardınca 2024-cü ilin 20 sentyabrında Dövlət Suverenliyi Günü təsis edildi. Bu hadisələr Azərbaycanın müstəqillik tarixində yeni mərhələ açdı və xalqımızın əbədi qalib xalq olduğunu bir daha sübut etdi. Bu gün azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Qayıdış prosesi reallaşdırılır, kəndlər və şəhərlər yenidən tikilir, yollar, məktəblər, xəstəxanalar inşa edilir. Bu layihələr yalnız iqtisadi deyil, həm də mənəvi əhəmiyyət daşıyır. Çünki bu torpaqlara həyatın qayıtması xalqımızın tarixi ədalətinin bərpasıdır. Bu proseslərdə, heç şübhəsiz, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun böyük rolu vardır.
Azərbaycanın regionda və beynəlxalq münasibətlər sistemində rolu günü-gündən artır, ölkəmiz Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasında mühüm mövqe tutur. Bu reallıqların siyasi və strateji əsasları isə Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik məktəbi və milli maraqlara əsaslanan siyasi kursla sıx bağlıdır. Güclü dövlət, milli birlik, ərazi bütövlüyü, müstəqil xarici siyasət və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi Ulu Öndərin siyasi irsinin başlıca istiqamətlərini təşkil edirdi. Bu ideyaların Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan əvvəlcə ərazi bütövlüyünü bərpa etdi, daha sonra isə əldə etdiyi Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirən yeni təşəbbüslərlə çıxış etdi.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması bu baxımdan mühüm tarixi və siyasi hadisə oldu. Bu nəticə Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı Zəfərdən sonra yaranmış yeni reallıqların diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi diqqəti cəlb edir. Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannamə imzalaması regionda sülhün, təhlükəsizliyin və kommunikasiyaların inkişafının təmin olunması baxımından yeni imkanlar yaratdı. Eyni zamanda, uzun illər davam etmiş münaqişə gündəliyinin əsas institusional elementlərindən biri olan ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanması istiqamətində atılan addımlar Cənubi Qafqazda yeni siyasi mərhələnin formalaşdığını göstərdi.
Vaşinqtonda əldə olunan bu siyasi nəticə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının müasir mərhələdə davam etdirilməsinin mühüm göstəricilərindən biridir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın güclü dövlətə çevrilməsini, milli maraqların qətiyyətlə müdafiə olunmasını və ölkəmizin beynəlxalq müstəvidə müstəqil siyasi xətt yürütməsini dövlət siyasətinin əsas prioritetləri kimi müəyyənləşdirmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kursun ardıcıl davam etdirilməsi Azərbaycanın həm hərbi-siyasi, həm də diplomatik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirdi. Bu baxımdan Vaşinqton prosesi yalnız sülh gündəliyinin mühüm mərhələsi deyil, həm də Ulu Öndərin siyasi irsinin müasir Azərbaycanın xarici siyasətində və regional diplomatiyasında davamlılığını nümayiş etdirən hadisə kimi xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları ilə əsası qoyulan güclü Azərbaycan modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələyə daxil olub. Zəfərin qazanılması, suverenliyin tam bərpa olunması və ardınca sülh gündəliyinin irəli aparılması Azərbaycanın milli maraqlarını təmin edən ardıcıl dövlət siyasətinin nəticəsidir. Vaşinqtonda paraflanmış sülh sazişi də bu siyasi xəttin mühüm nəticələrindən biri kimi Azərbaycanın regionda sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyinin formalaşmasında artan rolunu nümayiş etdirir.
Müasir Azərbaycan xalq-iqtidar birliyi, Ulu Öndər Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində regionda sülhün və inkişafın təminatçısıdır. Azərbaycan artıq öz taleyini yalnız özü müəyyənləşdirən, güclü dövlət və qalib xalq olaraq dünya tarixində yerini möhkəmləndirib. Ulu Öndər Heydər Əliyevin adı xalqımızın qəlbində əbədi yaşayır. Onun siyasi məktəbi bütün gələcək nəsillər üçün yol göstəricisidir. Prezident İlham Əliyev isə bu irsi uğurla davam etdirərək Azərbaycanı Zəfərlərdən Zəfərlərə aparır. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev irsinin və Prezident İlham Əliyevin siyasətinin təntənəsidir. 3 oktyabr tarixi isə müasir, müstəqil Azərbaycanın şanlı tarixinin başlanğıcı kimi xalqımızın yaddaşında daim yaşayacaq. Bu tarix dövlətimizin xilası, xalqımızın qurtuluşu, müstəqilliyimizin əbədiliyi və Zəfər yolumuzun başlanğıcıdır. Azərbaycan xalqı bu günü həm də gələcək nəsillərə örnək kimi ötürəcək. Çünki bu tarixdə qəbul olunan qərar bir millətin taleyini, dövlətin gələcəyini müəyyənləşdirən qürur günüdür.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25

