Ulu Öndər Heydər Əliyev ideyaları ilə güclənən Azərbaycan
30.09.2026 [15:51]
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən dərin, həm də həyati
təhlükə kəsb edən siyasi, hərbi və sosial-iqtisadi böhranla üz-üzə qaldı. Həmin dövrdə ölkəyə
rəhbərlik edənlərin səriştəsizliyi, idarəetmədəki özbaşınalıq, xaos və anarxiya dövlət aparatını
tamamilə iflic etmişdi. Torpaqlarımızın bir hissəsinin işğala məruz qalması ilə yanaşı, ölkə daxilində
baş qaldıran separatçılıq meylləri və qanunsuz silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi
Azərbaycanı vətəndaş müharibəsi və parçalanma astanasına gətirmişdi. Xarici güclərin regiondakı
geostrateji maraqları fonunda gənc respublikanın dünya xəritəsindən silinməsi reallığı yaranmışdı.
Bütün bu mürəkkəb və təhlükəli şəraitdə xalq öz xilaskarını — zəngin idarəçilik təcrübəsinə, dərin
siyasi zəkaya və sarsılmaz iradəyə malik Ümummilli Lider Heydər Əliyevi xilaskar kimi gördü.
Azərbaycanın tanınmış ziyalılarının və vətənpərvər insanlarının təkidli dəvəti ilə Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqın böyük ümidini və inamını bərpa etdi. 1993-cü il oktyabrın
3-də keçirilən Prezident seçkiləri ölkənin taleyində həlledici dönüş nöqtəsi oldu. Həmin gün seçicilərin
98.84 faizi müdrik qərar qəbul edərək öz gələcəyini Ümummilli Lider Heydər Əliyevə həvalə etdi.
3 oktyabr seçkiləri sıradan bir siyasi proses deyil, mahiyyət etibarilə böyük tarixi nailiyyətlərin
təməli idi. Bu tarixi seçim nəticəsində vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, daxili sabitlik
və qanunçuluq bərpa edilərək dövlətçilik xilas olundu. Eyni zamanda, pərakəndə silahlı dəstələr ləğv
edilərək vahid komandanlığa tabe olan nizami milli ordunun təməli qoyuldu və bütün xalq
azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdi.
Nəhayət, 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ulu Öndər dövlətə və
xalqa sədaqət andı içərək Azərbaycanı tərəqqi, sabitlik və inkişaf yoluna çıxaracağını bəyan etdi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçirilən ən mühüm və
taleyüklü addımlardan biri ölkənin iqtisadi müstəqilliyinin tam təmin olunması istiqamətində atıldı.
Məhz 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanan və tarixə "Əsrin
müqaviləsi" kimi həkk olunan nəhəng neft sazişi Azərbaycanı beynəlxalq iqtisadi arealın aparıcı və
etibarlı tərəfdaşına çevirdi.
Ulu Öndərin müəllifi olduğu bu cəsarətli və uzaqgörən neft strategiyası sayəsində qısa müddət
ərzində ölkə iqtisadiyyatına milyardlarla dollar həcmində xarici investisiyaların axını təmin olundu. Bu
nəhəng kapital axını yalnız neft sektorunu deyil, bütövlükdə milli iqtisadiyyatın digər sahələrini də
dirçəldərək yeni iş yerlərinin açılmasına və sosial rifahın yüksəlməsinə təkan verdi.
Eyni zamanda, bu strategiya çərçivəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-
Tbilisi-Ərzurum qaz dəhlizi kimi analoqu olmayan qlobal enerji və nəqliyyat infrastruktur layihələrinin
təməli qoyuldu. Məhz həmin fundamental iqtisadi dönüşün nəticəsində Azərbaycan uzun illər davam
edən sovet dövrünün qapalı və səmərəsiz planlı iqtisadiyyat modelindən çoxmülkiyyətliliyə, azad
rəqabətə və bazar iqtisadiyyatına dayanan müasir, çevik iqtisadi sistemə uğurla keçid sağlaya bildi.
Müstəqilliyimizin əbədiliyini, dönməzliyini və dövlət institutlarının dayanıqlığını təmin etmək
üçün ilk növbədə sivil hüquqi dövlətin möhkəm təməllərinin atılması vacib bir zərurət idi. Bu
istiqamətdə tarixi addım 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi, müəllifliyi və
gərgin əməyi sayəsində müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul
olunması ilə atıldı. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən bu ali hüquqi sənəd
ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının ehtiramla qorunmasının, çoxpartiyalı siyasi
sistemin formalaşmasının, eləcə də söz, vicdan və mətbuat azadlığının təmin edilməsinin dövlət
siyasətinin ana xəttinə çevrilməsini hüquqi baxımdan təsbit etdi.
Konstitusiyanın qəbulundan sonra ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları
keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Heydər Əliyevin hümanizm ideyalarına və insan amilinə
verdiyi yüksək dəyərə söykənərək, 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü
tamamilə ləğv edildi. Eyni zamanda, hakimiyyətin bölgüsü prinsipinə uyğun olaraq üçpilləli məhkəmə
sistemi quruldu, Konstitusiya Məhkəməsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu təsis
edildi və inzibati qanunvericilik beynəlxalq standartlara tam uyğunlaşdırıldı. Bütün bu dərin islahatlar
Azərbaycanın beynəlxalq aləmdə demokratik, hüquqi və dünyəvi bir dövlət kimi mövqeyini köklü
şəkildə möhkəmləndirdi.
1993-cü il oktyabrın 3-də qoyulmuş möhkəm təməl Azərbaycanın sonrakı illərdə də davamlı və
dinamik yüksəlişini təmin etdi. Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf xətti
ölkəmizi regional liderə, söz sahibi olan qüdrətli dövlətə çevirdi.
Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün
iqtisadi, hərbi və diplomatiya gücünü zirvəyə qaldırdı. 44 günlük Vətən müharibəsində qazanılan
böyük Zəfər və ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunması məhz 1993-cü il 3
oktyabr tarixində başlayan müdrik stategiyanın və sarsılmaz dövlətçilik xəttinin məntiqi nəticəsidir.Bu
gün müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları ilə inamla irəliləyir və bu siyasi irs
dövlətimizin əbədi təməlini təşkil edir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxMədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

