Ömrün müdriklik çağı...
01.10.2026 [09:19]
Ahıllara qayğı bir günün deyil, hər günün məsuliyyətidir
İnsan ömrü zamanın axışı kimi sürətlə irəliləyir. Çox vaxt bunun necə baş verdiyini hiss etmirik. Həyat yolu boyunca uşaqlıqdan gəncliyə, gənclikdən yetkinliyə, daha sonra isə ahıllıq mərhələsinə keçirik. Yaş artdıqca insanın gündəlik ehtiyacları və gözləntiləri də fərqlənməyə başlayır. Xüsusilə, ahıl yaşlarda qayğı, mənəvi dəstək, diqqət və mehriban münasibət insan üçün böyük əhəmiyyət daşıyır.
Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Qətnamənin prinsiplərinə əsasən, hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar.
2050-ci ilə qədər...
BMT-nin məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin dəyişib. 1950-ci ildən 2010-cu ilə qədər dünyada insan ömrünün uzunluğu 46-dan 68 ilə qədər artıb və əsrin axırlarında 81 ilə çatdırılacağı proqnozlaşdırılır. Hazırda dünyada yaşı 60-dan yuxarı olan 900 milyondan çox insan var, 2050-ci ilə qədər onların sayının 2 milyarda yaxın olacağı və dünya əhalisinin 20 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. Mütəxəssislərin proqnozlarına inansaq, 2050-ci ildə bəşəriyyət tarixində ilk dəfə olaraq yaşı 60-dan yuxarı olanların sayı uşaqlardan daha çox olacaq.
Ömrün müdrik çağında dövlət qayğısı
Qeyd edək ki, Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Məlumdur ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də yaşlı nəslə, ahıllara qarşı diqqət və qayğının göstərilməsidir. Onların sosial problemlərinin araşdırılması və həlli məsələləri günü-gündən ölkəmizdə daha da geniş vüsət alır. Bu istiqamətdə qanun layihələri hazırlanır, dövlət proqramları həyata keçirilir. Bu yol isə Heydər Əliyev tərəfindən qoyulan yoldur. Ulu Öndər ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.
Həssas sosial qrupa aid olan ahıllarla bağlı danışarkən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdən bəhs etməmək mümkün deyil. Xüsusilə, uşaqlar və ahıllara münasibətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın davamlı və məqsədyönlü siyasəti dövlətimizin həyata keçirdiyi sosial dövlət prioritetlərinin gerçəkləşməsində böyük əhəmiyyət daşıyır.
Mehriban Əliyeva ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə Fondda ahılların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Bir sözlə, bu gün Azərbaycanda hər bir ahıl vətəndaşa dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Göründüyü kimi, onların yanında olmaq, sağlamlıqları və sosial rifahları ilə maraqlanmaq, tənhalıq hissini azaltmaq gündəlik həyatımızın bir parçasına çevrilməlidir. Çünki bəzən insanın ehtiyacı olan ən böyük hədiyyə bahalı bir əşya deyil. Xoş bir söz, səmimi qucaq, diqqətlə dinlənilən bir xatirə və “Siz bizim üçün dəyərlisiniz” demək kifayətdir. Bu baxımdan 1 oktyabr bizə bir daha xatırladır ki, ahıllara hörmət yalnız bir günün deyil, hər günün dəyəri və məsuliyyəti olmalıdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

