Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın yeni mərhələsi
13.10.2026 [11:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr 2026-cı il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm təzahürüdür. Dövlət başçısının çıxışı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin artıq ənənəvi dostluq əlaqələrindən daha geniş məzmun daşıdığını, ortaq iqtisadi maraqlara, strateji layihələrə və uzunmüddətli inkişaf məqsədlərinə əsaslandığını bir daha nümayiş etdirdi.
Türkmənistanın Avaza kompleksində keçirilən görüş Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında çoxtərəfli əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu iştirakçısına çevrilməsi ölkəmizin regionda artan nüfuzunun və qarşılıqlı etimadın mühüm göstəricisidir.Prezident İlham Əliyev çıxışında bu tarixi qərara görə dövlət başçılarına təşəkkürünü bildirmiş, Azərbaycanın formatda tamhüquqlu iştirakının təmin olunmasında Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi vurğulamışdır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin əsasını tarixi bağlılıq, ortaq mədəni irs, mənəvi yaxınlıq və qarşılıqlı hörmət təşkil edir. Prezident İlham Əliyevin çıxışında bu amillərin xüsusi yer tutması əməkdaşlığın yalnız iqtisadi maraqlarla məhdudlaşmadığını göstərir.
Prezident İlham Əliyevin çıxışında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması əsas istiqamətlərdən biri kimi diqqətə çatdırılmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artmış, həmin ölkələrin kapitalı ilə Azərbaycanda 400-dən çox şirkət fəaliyyət göstərməyə başlamışdır.
Bu göstəricilər region ölkələri arasında iqtisadi əlaqələrin inkişaf etdiyini və qarşılıqlı maraqların daha da gücləndiyini nümayiş etdirir. Bununla belə, Prezident İlham Əliyev əməkdaşlığın yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmamasının vacibliyini vurğulamışdır. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaratdığı birgə investisiya fondlarının imkanlarından daha səmərəli istifadə edilməsi yeni istehsal sahələrinin formalaşmasına, sahibkarlıq əlaqələrinin genişlənməsinə və iqtisadiyyatların qarşılıqlı tamamlanmasına şərait yarada bilər.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən mühüm mesajlardan biri də sülhün, təhlükəsizliyin və siyasi-iqtisadi sabitliyin regional əməkdaşlığın əsasını təşkil etməsidir. Dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti, enerji layihələrinin həyata keçirilməsi və investisiya mühitinin yaxşılaşdırılması ilk növbədə sabitliyə və qarşılıqlı etimada əsaslanır.
Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfə də bu prinsiplərlə sıx bağlıdır.
Türkmənbaşı görüşü bir daha təsdiq etdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələ ortaq tarixi və mənəvi dəyərləri iqtisadi tərəfdaşlıq, müasir texnologiyalar və strateji hədəflərlə birləşdirərək regionun gələcəyinə daha geniş perspektivlər açır.
Azərbaycanın regional əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və dövlətlər arasında qarşılıqlı faydaya əsaslanan münasibətlər ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

