Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

13.10.2026 [11:18]

“OPEC+” ölkələrinin enerji və neft nazirləri ABŞ-İran müharibəsi səbəbindən enerji axınlarında yaranan fasilələrin daşınma və sığorta xərclərini görünməmiş səviyyəyə yüksəltdiyini bildiriblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Beynəlxalq Enerji Forumunun 17-ci nazirlər toplantısı və 25-ci Dünya Neft Konqresi çərçivəsində keçirilən görüşdən sonra yayımlanan bəyanatda qeyd olunub.

Bildirilir ki, daşınma və sığorta xərcləri məhsulun dəyərinin üçdəbirini ötüb. Bu vəziyyət xam neftin və neft məhsullarının səmərəli və vaxtında daşınmasını çətinləşdirir, eyni zamanda qlobal iqtisadiyyatda inflyasiya təzyiqlərini artırır.

Nazirlər enerji axınlarının fasiləsiz davam etməsi üçün beynəlxalq dəniz marşrutlarının qorunmasının müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar.

Qeyd olunur ki, daşınma və sığorta xərclərindəki kəskin artım neft sənayesinin bütün dəyər zənciri boyunca öz təsirini göstərir. Bu isə həm istehsalçı, həm də istehlakçı ölkələrin xərclərini artırır, iqtisadiyyata düşən yükü ağırlaşdırır və qlobal iqtisadi artıma mənfi təsir edir.

Xərclərin artımının miqyasını göstərən nümunələrdən biri ABŞ-dən Çinə neft daşıyan tankerin icarə haqqıdır. Bildirilir ki, belə bir tanker üçün ödənilən məbləğ artıq kosmosa raket buraxılışının xərcini üstələyir.

Paylaş:
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31