Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Şəfəq Əhmədova: İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi biz gənclərdə qürur hissi yaradır

Şəfəq Əhmədova: İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi biz gənclərdə qürur hissi yaradır

02.06.2015 [16:34]

“İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi biz gənclərdə qürur hissi yaradır. Azərbaycanı - Vətənimi çox sevirəm, onun bütün uğurlarına da sevinirəm”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ofisinin koordinatoru Şəfəq Əhmədova deyib. Onun sözlərinə görə, ilk Avropa Oyunları ölkəmizin tanınması üçün çox gözəl bir fürsətdir: “Bu yarışlar mədəniyyətimizin, milli və mənəvi zənginliyimizin tanıtımı imkanıdır. Birinci Avropa Oyunları məhz bizim vətənimiz Azərbaycanda keçirilir. Bu, bizim ölkənin kimliyinin sübutudur, bu, bizim haqq səsimizin bütün dünyaya yayılması deməkdir. Bu yarışlar həm də ölkəmizin nüfuzunun artması, Azərbaycanımızın inkişafı deməkdir, həmçinin, millətimizin, dövlətimizin qüdrətli olmasının göstəricisidir. Bu, bizim ölkəmizin, bizim kimliyimizin yaxşı mənada dünyaya tanıtımıdır, təqdimatıdır. Bununla yalnız qürur duymalı, buna sevinməliyik, əlimizdən nə gəlirsə etməliyik. Düşünürəm ki, Azərbaycan ilk Avropa Oyunları ilə nəinki Avropaya, bütün dünyaya bir pəncərə olaraq açılacaq. Bu pəncərədən Azərbaycan öz qüdrəti, mədəniyyəti, qonaqpərvərliyi, zəngin mətbəxi və güclü idmançıları ilə bütün dünyaya açılacaq”.

Paylaş:
Baxılıb: 2065 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30