Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / COP29 / COP29-un rəsmi tərəfdaşları...

COP29-un rəsmi tərəfdaşları...

18.09.2024 [10:17]

 “PAŞA Holding” və “Azersun” iqlim çağırışlarına dəstək verən nümunəvi platforma yaradır

Azərbaycanda keçiriləcək COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb və onların arasında Strateji təsir üzrə Tərəfdaş “PAŞA Holding”, Dayanıqlı inkişaf üzrə Tərəfdaş “Azersun Holding” yer alıb. Həmin şirkətlərin tərəfdaş seçilməsi dayanıqlı fəaliyyət və qlobal iqlim hədəflərinə kollektiv sadiqliyinin və cari il ərzində “yaşıl həmrəyliyə” verdikləri töhfənin uğurlu nəticəsi hesab edilə bilər.  Hər iki özəl biznes şirkəti neçə müddətdir ki, Azərbaycanın Milli Öhdəlik Proqramında fəal iştirak edərək COP29-a davamlı dəstək verməkdədir.  Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təklif olunan bütün layihələrdə ön planda yer alan “PAŞA Holding” və “Azersun” şirkətinin nümayəndələri “yaşıl dünya” strategiyasına xüsusi önəm verərək məsləhət və təlim sessiyalarında öz peşəkar bacarıqlarını nümayiş etdirir, “yaşıl resurs”ların idarə olunmasını artırmaq üçün maarifləndirici kampaniyalar təşkil edir, iqlim hədəflərinə nail olunması, gələcək ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin formalaşdırılmasında nümunəvi mövqeyi ilə seçilirlər. Bu baxımdan hər iki özəl korporasiyanın Azərbaycanın “yaşıl quruculuq” üzrə dövlət strategiyasının gerçəkləşməsində davamlı və etibarlı tərəfdaş kimi uzun müddət töhvəverici fəaliyyət göstərəcəyi istisna deyil.  “PAŞA Holding” və “Azersun” COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərinin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm həlledici rolu nümayiş etdirəcək. Rəsmi tərəfdaşlara qlobal şirkətlər də qoşulacaq ki, bu da özəl və dövlət şirkətləri arasında iqlim baxımından təmiz məhsul istehsalı və emalında təşviqedici rol oynayacaq.

Azərbaycanın iqlim gündəliyini təşviq edən beynəlxalq şirkət...

Ətraf mühitin qorunması və təmiz enerjiyə keçid strategiyasını hər zaman fəaliyyətinin başlıca prinsiplərindən biri hesab edən “PAŞA Holding” ekoloji tarazlığın bərpasında neçə illərdir ki, yaxından iştirak edir, müxtəlif ekoloj-sosial proqramlar həyata keçirir. Şirkət COP29-un Azərbaycanda keçiriləcəyi elan olunmamışdan öncə, 2023-cü ildə qlobal “yaşıl alyans”la sıx əməkdaşlıq edərək müxtəlif proqramlara qatılıb. Ötən il keçirilən COP28 tədbirində yaxından iştirak edərək öz məram və “yaşıl missiya”sını elan edib. Beynəlxalq şirkətlərlə “yaşıl kommunikasiya”da fəal yer alan şirkət  öz gündəliyində prioritetə çevrilmiş iqlim mövzusunu aktual saxlayaraq maraqlı tərəflərlə birgə COP və qlobal iqlim çağırışlarına dair təşviqedici kampaniyalar reallaşdırıb, ictimaiyyətin bu istiqamətdə məlumatlılıq səviyyəsinin artırılmasında fəal iştirak edib.

 “PAŞA Holding” beynəlxalq şirkət kimi öz fəaliyyətində beynəlxalq standartlara riayət edir, fəaliyyətini BMT-nin dayanıqlı inkişaf məqsədlərinə xidmət edən hədəflərə yönəldir, bu baxımdan BMT-nin iqlim strategiyasını özü üçün əsas missiyalardan birinə çevirib. COP29-un Azərbaycana  etibar etməsi ilə bağlı müzakirələr aparılan zaman da “PAŞA Holding” “29 iqlim söhbəti” təşəbbüslərinə dəstək verəcək şirkət kimi öz niyyətini bəyan edib və bu, qlobal tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilib. Bir sözlə, COP mövzusu şirkət üçün əsas yaşıl hədəflərdən biri kimi gündəliyə daxil edilməklə icra olunan layihələrin təmiz enerjiyə keçid prinsiplərinə uyğunlaşdırılmasında mühüm rol oynamaqdadır.

“PAŞA Holding”in BMT ilə birgə COP platforması...

COP-29-un Azərbaycana həvalə edilməsindən sonra “PAŞA Holding” ilk gündən “yaşıl mühit” strategiyasına sadiqliyini nümayiş etdirərək dövlət və özəl qurumları bir araya gətirməklə müxtəlif təşviqedici layihələr həyata keçirməkdədir. Xüsusilə də COP29-la bağlı Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi istiqamətində səylərin birləşdirilməsi, bütün maraqlı tərəflərin bir araya gətirilməsi, təcrübə və bilik mübadiləsinin aparılması faydalı əməkdaşlıq koalisiyasının yaranmasına səbəb olmaqdadır. Eləcə də, şirkətin BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən “COP29-a gedən yol” proqramı çərçivəsində təşkil edilən tədbirlərdə fəal iştirak etməsi, ətraf mühitin qorunmasına həsr edilən Yaşıl guşə təşkil etməsi yaşıl kampaniyaların mühüm tərkib hissəsi hesab edilə bilər.

Ümumilikdə, “PAŞA Holding” 2024-cü COP ilində BMT ilə yaxın tərəfdaş kimi sıx əməkdaşlıq etmək niyyətindədir. BMT-nin COP29-la bağlı Azərbaycanda keçiricəyi tədbirlərdən 4-ü “PAŞA Holding”lə tərəfdaşlığa əsaslanır.

“29 İqlim söhbəti”: Azad ərazilərdə yaşıl sərmayələr naminə...

“PAŞA Holding”in Qarabağ Dirçəliş Fondu ilə birgə təşkil etdiyi “yaşıl” mühitin qorunmasına dair tədbirlərin işğaldan azad edilmiş ərazilərdə keçirilməsi isə “yaşıl enerji” zonası elan edilmiş bu bölgənin ekoloji tarazlığının bərpası istiqamətində dövlətin gerçəkləşdirdiyi layihələrə dəstək verməklə yanaşı, Qarabağ və Şərqi-Zəngəzurun bərpa olunan enerji potensialının dünyaya tanıdılıması, xarici investorların bu ərazilərə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

“PAŞA Holding” “29 İqlim söhbəti: COP29-a gedən yol” proqramına da dəstək verən özəl şirkətlər sırasında xüsusi fəallığı ilə seçilir. Yerli biznes və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətində “yaşıl” və “ağıllı” texnologiyaların tətbiqinin artırılmasında şirkətin təşəbbüsləri əhəmiyyətli yer tutur. Bundan başqa, Azərbaycanda “yaşıl maliyyə” və yaşıl sığorta” mexanizmin tətbiqində də “PAŞA Holding” öz innovativ yenilikləri ilə fərqlənir. Bütün bu təşəbbüs və yeniliklərin isə əsas qayəsi qlobal iqlim problemi ilə mübarizədə müxtəlif sektorlar arasında birgə fəaliyyəti əlaqələndirmək və səmərəli dialoq mühiti yaratmaqdır.

Şübhəsiz ki, “PASHA Holding” COP29-un Strateji təsir üzrə Tərəfdaşı kimi yaradılan imkanlardan səmərəli istifadə etməklə qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətini daha da genişləndirəcək və dayanıqlı səylərini ön plana çıxaracaq.

“Azersun Holding”in “yaşıl” hədəfləri...

COP29-un Dayanıqlı inkişaf üzrə Tərəfdaşı “Azersun Holding” də qlobal iqlim hədəflərinə kollektiv sadiqliyi ilə seçilən beynəlxalq miqyaslı şirkətlərdən biridir.

Şirkət “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müxtəlif layihələrin təşəbbüskarı və aksiyaların müəllifi kimi diqqəti cəlb edir. Şirkətin ADA Universiteti, UNEC, SOCAR, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət”, müxtəlif ictimai təşkilatlar, cəmiyyətlərlə birgə həyata keçirdiyi layihələrin əsas məramı ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi və digər məsələləri əhatə etməkdədir. Həmçinin ictimaiyyəti ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərindən birinə çevirmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqəsdilə keçirilən çoxsaylı  ağacəkmə aksiyasılarında indiyədək 111 mindən çox ağac əkilib.

Şirkətin müəssisələrindən biri olan Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının dəstəyi ilə icra olunan təmiz mühit aksiyasının məqsədi isə kağız tullantıların təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstək olmaqdır.

“Azərsun”un dəstəyi ilə gerçəkləşən “Yaşıl dağ” ekoloji-sosial aksiyası da ətraf mühitin mühafizəsində xüsusi təşviqedici əhəmiyyət daşımaqdadır. Azərbaycanın 30-dan çox şəhərindən və rayonundan vətəndaşların, məktəb, idarə və təşkilatların qoşulduğu bu proqram çərçivəsində 2000 tondan çox kağız tullantısının təkrar emala göndərilməsi təmin edilib. Bununla 34 mindən çox ağacın kəsilməsinin qarşısı alınıb. Ümumilikdə, “Azərsun” tərəfindən “yaşıl hədəf”ə uyğun olaraq 400-dən çox ekoloji istiqamətdə layihə, 100-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31