COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
17.11.2024 [21:44]
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 17-də Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) təşəbbüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda keçirilən tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi COP29-da iştirak edən müxtəlif ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.
BHİK-nın Baş katibi Luk Trianql iştirakçılara tədbirin məqsədi və mövzusu barədə məlumat verib, əhəmiyyətindən söz açıb. O, həmçinin COP29-un nümunəvi təşkilindən və gedişindən məmnunluğunu ifadə edib, aparılan müzakirələrin və nəticənin iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə faydalı olacağını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə keçirilən COP29-dan bəhs edib. Bildirib ki, məsuliyyətli ölkə olan Azərbaycan hər zaman qlobal problemlərə həssas yanaşır, dövlətimizin başçısı bəşəriyyətin gələcəyi ilə bağlı önəmli təşəbbüslər irəli sürür.
S.Məmmədov qeyd edib ki, Azərbaycan bu mötəbər beynəlxalq tədbiri - COP29-u yüksək səviyyədə təşkil edib, bu çərçivədə bütün işlər sistemli aparılır.
Azərbaycanın yaşıl gündəliyindən də danışan Konfederasiya sədri iqlim dəyişmələri ilə mübarizədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri xatırladıb, bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın önəminə diqqət çəkib. Qeyd edib ki, COP29 işçilərin hüquqlarının və sosial ədalətin müdafiəsi, iş şəraitinin yaxşılaşdırılması kimi aktual məsələlərin müzakirəsi üçün də unikal platformadır.
Vurğulanıb ki, hazırda həmkarlar ittifaqları istehsal proseslərində dəyişikliklər, “yaşıl texnologiyalar” və bərpaolunan enerji mənbələrinə keçidlə bağlı qərarların qəbulu proseslərində iştirak edir. Bugünkü tədbir yeni təşəbbüslərin, birgə layihələrin başlanğıc nöqtəsinə çevriləcək, səslənən fikir və təkliflər gələcək fəaliyyətlər üçün əsas olacaq.
Sonra COP29-un ilk həftəsində keçirilən tədbir və aparılan müzakirələr, həmkarlar ittifaqlarının bu prosesdə iştirakı, həmçinin COP29-un ikinci həftəsinin prioritetləri nəzərdən keçirilib, Milli Səviyyədə Müəyyən edilən Töhfələrlə bağlı fikirlər səslənib.
BHİK-nın Qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel dünyanı narahat edən məqamlardan biri kimi iqlim dəyişmələri ilə mübarizənin önəmini qeyd edib. Bildirib ki, bu sahədə fəaliyyət göstərən təcrübəli iqtisadçı kimi problemin mahiyyətinin daha ciddi olmasının fərqindədir. O, COP29 çərçivəsində aparılan danışıqlar, müzakirə olunan məsələlər və prioritetlər barədə də fikirlərini bölüşüb.
Tədbirdə, həmçinin tematik sessiyalar keçirilib, iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitinin cəlb edilməsinin vacibliyi, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması vurğulanıb, əmək hüquqları sahəsində ortaya çıxan tendensiyaların müzakirəsi aparılıb, bu istiqamətdə çətinliklər və gələcək çağırışlar qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

