Azərbaycan fəal iqlim diplomatiyası həyata keçirir
05.08.2026 [10:57]
Hazırda dünyada iqlim çağırışlarının aktuallığı heç vaxt olmadığı qədər artıb. Sürətli sənayeləşmə dövründə iqlim dəyişmələrinin intensivliyi durmadan artır ki, bu da öz növbəsində fəsadlara yol açır.
Dünyanın ayrı-ayrı regionlarında insanlar quraqlıqdan, su çatışmazlığından əziyyət çəkirlər, digər bölgələr isə subasma təhlükəsi ilə üzləşiblər. Qlobal istiləşmənin nəticəsi olaraq buzlaqlar sürətlə əriyir, okeanların səviyyəsi yüksəlir. Bu reallıq fonunda dörd bir tərəfdən su ilə əhatə olunan kiçik ada dövlətləri “ölüm, ya qalım” dilemması ilə üzləşiblər. Eyni zamanda, texnogen hadisələr, meşə yanğınları ekosistemə ciddi ziyan vurmaqla yanaşı, insanların həyatı üçün də təhlükələri qaçılmaz edib. Bəs dünyanın iqlim təhdidləri ilə üz-üzə qaldığı bir məqamda çıxış yolu haradadır və ümumiyyətlə belə bir yol varmı?
Azərbaycanın fərqli nümunəsi - ölkənin COP29-dan sonra da iqlim diplomatiyasına dönməz sadiqliyi
Yaranmış vəziyyətdən çıxış yolu və yaxud ən azından getdikcə daha da yaxınlaşan təhlükəni uzaqlaşdırmaq imkanları, əlbəttə ki, var. Respublikamızın 2024-cü ilin noyabr ayında uğurla ev sahibliyi etdiyi COP29 təcrübəsi göstərdi ki, burada əsas məqam ölkələrin, xüsusilə də intensiv sənaye fəaliyyətləri ilə iqlim dəyişmələrinə daha çox dərəcədə təsir göstərən inkişaf etmiş ölkələrin məsuliyyəti və həmrəyliyi əsas məqamlardan biridir. Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu günlərdə KİV-ə müsahibəsində ölkəmizin fəal iqlim diplomatiyası həyata keçirdiyinə diqqət çəkib. Respublikamız COP29-a ev sahibliyi etməsindən sonra da iqlim diplomatiyasına dönməz sadiqlik nümayiş etdirməklə dünyaya fərqli nümunə təqdim edir. Ölkələrin iqlim siyasəti heç bir halda kampaniya xarakteri daşımamalıdır, bu məsələ daim milli gündəlikdə əsas yerlərdən birini tutmalıdır. Azərbaycan enerji resursları ilə zəngin olan bir dövlətdir. Burada uzun illər ərzində qazıntı yanaçağı istehsal olunub. Lakin bu, bizim günahımız və yaxud seçimimiz deyil. Əsas məqam yanaşmadadır. Azərbaycan resurslara malik ölkə olsa da, hər zaman qlobal iqlim çağırışlarına böyük həssaslıq göstərib, həmrəylik təşəbbüsləri ilə çıxış edib və hazırda da enerji transformasiyasını uğurla həyata keçirir. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Respublikamız BMT-nin çağırışına qoşularaq neft sənayesində “sıfır emissiya” hədəfi müəyyənləşdirib. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını təmin etmək niyyətindədir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bu siyasətə sadiqliyin təzahürü olaraq Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyəri təsdiqləyir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi daşıyan ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır.
Dövlətlərin iqlim çağırışlarına yanaşması müqayisələrdə daha qabarıq şəkildə nəzərə çarpır. Yalçın Rəfiyev müsahibəsində COP tarixinə qısa ekskurs edib. XİN rəsmisinin bildirdiyi kimi, bir çox dövlət COP-a ev sahibliyi etdikdən sonra öz missiyasını başa çatmış hesab edir, iqlim diplomatiyasında rolunu bununla məhdudlaşdırır. Ancaq Azərbaycan ümumilikdə beynəlxalq münasibətlərə xüsusi diqqət yetirən və çoxtərəfliliyə sadiq dövlət olaraq, öz fəaliyyətini yalnız COP29-u təşkil etməklə bitmiş saymadı, bundan sonra da fəallığımızı davam etdiririk. COP29-da qəbul olunan bir çox qərarların qalıcı miras olması bir tərəfə, eyni zamanda biz institutsional miraslar da yaratmışıq. Məsələn, Şamaxı Toplantısı bizə imkan verir ki, qlobal iqlim diplomatiyasında biz fəal dövlət olaraq qalmaqda davam edək. Yəni Azərbaycanın rolunu ev sahibi dövlətdən iqlim diplomatiyası sahəsində lider dövlətlərdən birinə transformasiya kimi xarakterizə etmək olar.
Respublikamızın regional liderliyi
Son illərdə Azərbaycan beynəlxalq dialoq mərkəzinə çevrilib. Bunu ölkəmizdə bir-birinin ardınca mötəbər qlobal forumların, zirvə görüşlərinin keçirilməsi əyani şəkildə təsdiqləyir. Deyə bilərik ki, dünya gündəliyinin aktual məsələləri Azərbaycanda müzakirə olunur və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilir. O cümlədən məsuliyyətli dövlət olan Azərbaycan COP29-a uğurlu ev sahibliyi etmək üçün çox məsuliyyətli hazırlıqlar gördü ki, bu da ölkəmizin yaşıl gündəliyə münasibətinin ifadəsidir. Belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi beynəlxalq birliyin ölkəmizə və onun Liderinə artan inamının təcəssümü idi. Eyni zamanda yüksək səviyyədə baş tutan tədbir respublikamızın regional liderliyini bir daha nümayiş etdirdi. Hazırda Azərbaycan dünyada orta güc dövləti kimi qəbul edilir ki, bu da respublikamızın reallıqları ilə bağlıdır. “Bununla əlaqədar cənab Prezident Şuşa Qlobal Media Forumunda, eyni zamanda müxtəlif tədbirlərdə də qeyd edib ki, Azərbaycan artıq orta gücə çevrilib. Biz inkişaf etməkdə olan ölkə statusunda əvvəl yardım qəbul edən dövlət idiksə, indi artıq donor dövlətə çevrilmişik. Azərbaycan bu gün 140-dan çox ölkəyə beynəlxalq yardım həyata keçirib. Azərbaycan siyasi baxımdan güclənib, regionun ən nüfuzlu ölkələrindən biridir. Azərbaycan lideri beynəlxalq miqyasda qlobal liderlərdən biri hesab olunur. Demək olar ki, bütün ciddi çoxtərəfli məsələlərin müzakirəsinə Azərbaycan dəvət edilir. Mən deyərdim ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin töhfəsi bir yana, ancaq Azərbaycanın dünya miqyasında baş verən proseslərə, hadisələrə nümayiş etdirdiyi ədalətli mövqe onu bu qədər nüfuzlu dövlətə çevirdi. Azərbaycan hansısa məsələlərdə sırf birtərəfli mövqedən çıxış etmir, yalnız öz marağını, dostlarının marağını nəzərə almır. Azərbaycan ancaq beynəlxalq hüquq, beynəlxalq nizam, bütün dünyanın bölüşdüyü dəyərlərə üstünlük verən dövlət kimi nüfuz qazanıb”, - deyə XİN rəsmisi vurğulayıb.
Yalçın Rəfiyev bildirib ki, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarını ümumilikdə götürsək, regionda ilk dəfə COP Azərbaycanda keçirilib. Bu, əslində bir neçə xüsusda əlamətdardır. Birincisi, COP29-a qədər regionda heç bir dövlət COP proseslərində fəallığı ilə seçilmirdi. Ancaq regionun iqlim, ətraf mühitlə bağlı problemləri kifayət qədərdir: Xəzər dənizinin səviyyəsinin alçalması, su problemləri, quraqlıq və s. Artıq bu problemlər özünü bariz şəkildə göstərir. Bunlar qlobal iqlim fəaliyyətində aktiv iştirakı zəruri edir. Azərbaycan ilk olaraq, COP29-a ev sahibliyi edərək burada xüsusi fəallığı ilə seçilən dövlət oldu. Eyni zamanda Cənubi Qafqazda Ermənistanda Azərbaycan nümunəsini təkrarlamaq kimi meyllər görünür. Ermənistan Azərbaycan COP-a ev sahibliyi etdikdən sonra biomüxtəliflik üzrə COP-a ev sahibliyi etməklə bağlı namizədliyini irəli sürüb və bu tədbir oktyabr ayında Ermənistanda keçiriləcək. Ancaq Azərbaycanı regiondakı digər ölkələrdən fərqləndirən xüsusiyyət Qlobal Cənubun, yəni inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin Azərbaycana eyni dərəcədə etimadının olması və Azərbaycanın onlar arasında körpü rolunu oynaya bilməsidir. Bu, yalnız bir tədbirə ev sahibliyi etməklə məhdudlaşan, o vasitə ilə fəallığı nümayiş etdirən göstərici deyil, ümumilikdə Azərbaycan diplomatiyasının, ölkə başçımızın rəhbərliyi ilə Onun müəyyən etdiyi xarici siyasət kursuna uyğun olaraq, ölkəmizə olan etimadın göstəricisidir.
COP29-un nəticələri BMT səviyyəsində yüksək qiymətləndirilsə də, qərarların tam yerinə yetirilməməsi məyusluq doğurur
COP29 artıq tarix olsa da, dünyada onun gözəl mirası unudulmur. Bir qədər bundan əvvəl Londonda baş tutan İqlim Həftəsində BMT-nin Baş katibi COP29 çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirərək bu uğurlardan məmnunluğunu ifadə edib. Antonio Quterreş Azərbaycanın COP29 Sədrliyi dövründə qazandığı təcrübənin gələcək iqlim prosesləri üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bu təcrübənin COP31-ə ev sahibliyi edəcək Türkiyə, eləcə də növbəti COP sədrlikləri ilə paylaşılmasının vacibliyini qeyd edib.
Həqiqətən də, ev sahibi ölkəsi olan Azərbaycanın səyləri ilə Bakıda COP tarixində bir sıra ilklərə imza atılması və dünya üçün son dərəcə böyük əhəmiyyət daşıyan substantiv nəticələrin əldə olunması böyük nailiyyət idi.
Lakin COP29-da qəbul olunan qərarların bütünlüklə yerinə yetirilməməsi məyusluq doğurur. Yalçın Rəfiyev xatırladıb ki, COP29-da qəbul edilən ən mühüm qərarlardan biri Bakı İqlim Maliyyəsi Hədəfi oldu və bu qərarla illik 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin olunması nəzərdə tutuldu. Bu, həmin dövr üçün xüsusi irəliləyiş idi. Ancaq bu qərarın icrası daha vacibdir. İcra ilə bağlı müşahidə etdiyimiz proseslər bundan ibarətdir ki, geosiyasi mənzərədə baş verən dəyişikliklər, bəzi dövlətlərin öz hərbi təhlükəsizlik xərclərini artırması və iqlimlə əlaqədar olan büdcə xərclərinin milli təhlükəsizliyə, müdafiəyə yönəldilməsi nəticəsində bu hədəfə çatmaqla bağlı hələlik optimist mənzərə yoxdur. Öhdəliklərini yerinə yetirməyən dövlətlər dedikdə, Paris Sazişinə əsasən, vəsaiti təmin etməli olan inkişaf etmiş dövlətlər nəzərdə tutulur. Onu təmin etməli olan dövlətlərdə baş verən büdcə dəyişiklikləri, iqlimlə bağlı nəzərdə tutulan vəsaitin müdafiə və təhlükəsizlik xərclərinə yönəldilməsi hazırda bununla bağlı optimist proqnoz verməyə çətinlik yaradır.
COP29-dan COP31-ə - estafet qardaş Türkiyəyə ötürülür
Hər iki ölkədə aparılan fəal iqlim diplomatiyası Azərbaycanla Türkiyəni yaxınlaşdıran daha bir mühüm istiqamətdir. Həm Türkiyənin, həm də Azərbaycanın milli gündəliyində iqlim məsələləri ilə bağlı üst-üstə düşən çoxlu məqamlar var. COP29 Cənubi Qafqaz və Xəzər hövzəsini qlobal iqlim gündəmi ilə daha sıx əlaqələndirdi. Bakıdakı sammitdən sonra prosesin ötən il Braziliyada COP30 ilə davam etməsi və bu il Antalyada keçiriləcək COP31 ilə estafetin Türkiyəyə ötürülməsi iqlim diplomatiyası baxımından mühüm varislik imkanı yaradır.
Coğrafi cəhətdən bir-birinə yaxın iki ölkənin qısa fasilə ilə bu prosesə daxil olması regionun prioritetlərinin beynəlxalq arenada daha güclü şəkildə təqdim edilməsini təmin edə bilər. Beləliklə, Bakıda güclənən iqlim gündəmi xüsusilə ədalətli enerji keçidi və enerji təhlükəsizliyi məsələlərində Antalyada bir addım irəli aparılmaq fürsəti qazanacaq. Türkiyənin COP31-ə ev sahibliyi etməsi ölkənin iqlim diplomatiyasındakı nüfuzunu artıracaq və “2053-cü il xalis sıfır emissiya” hədəfi istiqamətində atdığı addımları qlobal səviyyədə daha nəzərəçarpan edəcək. Avropa ilə Asiya arasındakı coğrafi və strateji mövqeyi Türkiyəni bu prosesdə qlobal iqlim diplomatiyasında müxtəlif tərəflər arasında körpü qura biləcək və yaşıl transformasiyanı sürətləndirəcək aktora çevirir.
Azərbaycan XİN rəsmisi bildirib ki, ümumiyyətlə, hər COP-dan müəyyən gözləntilər olur. Bakı COP-undan iqlim maliyyəsi ilə bağlı, Braziliyadan adaptasiya ilə bağlı gözləntilər var idi. Bu il də bir neçə istiqamətdə qərarlar gözlənilir. Xüsusilə də ədalətli keçid üzrə fəaliyyət proqramı, adaptasiya ilə bağlı bir neçə qərar layihələri var. Ancaq Türkiyə tərəfinin fəallığı və təşəbbüsü nəticəsində Türkiyədə eyni zamanda 2035-ci ilə qədər bütün dövlətlər üçün elektrikləşmənin həddini müəyyən etmək hədəfi var. Bu qərar olacağı təqdirdə Antalya COP-u tarixdə yaddaqalan COP-lardan biri kimi xarakterizə ediləcək. Bu baxımdan Şamaxı Toplantısında ilkin istiqamətlərdə müzakirələr aparıldı, ortaq anlayışların formalaşması üçün fikir mübadiləsi edildi.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25

