Radikal müxalifət partiyalarının rəhbərləri kuratorları ilə görüşüblər
24.05.2013 [14:46]
Başqa dövlətlərin müxalifət partiyaları hansısa diplomatik korpusun təmsilçisi ilə gizlincə görüşməyi öz mənliklərinə sığışdırmadıqları halda, Azərbaycanın radikal müxalifət partiyalarının rəhbərləri bu utancverici davranışı şərəf sayırlar
Dünən bir sıra radikal müxalifət partiyalarının rəhbərləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşüb. AXCP, Müsavat, VHP, Ümid və digər partiyaların rəhbərlərinin iştirakı ilə qapalı keçirilən görüşdə müzakirə olunan məsələlərlə bağlı mediaya hər hansı açıqlama verilməməsi haqqında razılıq əldə olunub.
Şübhəsiz ki, bütün demokratik dövlətlərdə iqtidarda olan siyasi qüvvələrə rəqib - güclü müxalifət var. O müxalifət partiyaları isə ilk növbədə hakimiyyətdəki qüvvələrin kursuna alternativ proqramlar ortaya qoyur, hakimiyyətə gələcəkləri təqdirdə dövlətini və xalqını hansı istiqamətdə inkişafa aparacağına dair təminat verir. Həmçinin, müxalifət hakimiyyətin diqqətindən kənarda qalan həlli vacib məsələləri gündəmə gətirməklə, bir növ həmin problemlərin həllinə vasitəçi olur. Amma bütün hallarda müxalifət partiyaları mənsub olduqları xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutur və fəaliyyətini ilk növbədə məhz bu amal uğrunda gerçəkləşdirir. Siyasi mənsubiyyətindən asılı olmayaraq heç bir partiya dövlətçilik meyarlarından kənarlaşmamalıdır ki, millətin arasında var ola bilsin. Azərbaycan hakimiyyəti onunla rəqabət apara biləcək, siyasi mübarizəyə əlavə rəng və maraq qatacaq, problemlərin həllində öz təklif və proqramları ilə onlara yardım edəcək müxalifətin olmasında maraqlıdır. Elə Azərbaycan xalqı da güclü müxalifətin olmasını istəyir. Amma çox təəssüf ki, bütün mütərəqqi cəmiyyətlər üçün xarakterik olan yüksək keyfiyyətlər, xalqını, dövlətini sevmək, siyasi mübarizəni əxlaq prinsipləri çərçivəsində aparmaq, praqmatik və kreativ düşünmək kimi dəyərlər Azərbaycanın radikal müxalifət partiyalarının fəaliyyətinə tamamilə yaddır. Onlar 20 ildə lövbər saldıqları düşərgələrində öz qınlarına çəkilərək yalnız bir məqsəd haqqında baş sındırırlar: Azərbaycan xalqının mənafeyini, dövlətin maraqlarını satmaqla öz komfort həyatlarını təmin etmək. İstər xarici səfərlərində, istərsə də ölkə daxilində keçirdikləri görüşlərdə Azərbaycanın radikal müxalifət partiyalarının rəhbərlərinin müzakirələri məhz bu istiqamətdə olur. Təcrübə və bu günə qədər müşahidə etdiklərimiz dağıdıcı müxalifət ünsürlərinin Morninqstarla dünənki görüşündə də eyniistiqamətli “alver” və sövdələşmənin aparıldığını yəqin etməyə əsas yaradır. Görünür, onların fəaliyyətini kurasiya edən və təlimatlandıran diplomat bu zavallılara yeni tapşırıqlarını verirmiş.
Ümumiyyətlə, istənilən ölkədə xarici diplomatik nümayəndələrin təmsilçiləri ilə gizli görüşmək və bunu ictimaiyyətdən gizlətməyə cəhd göstərmək heç bir siyasi partiya təmsilçisinə başucalığı gətirmir. Əksinə, həmin şəxsə satqın, xəyanətkar və bu kimi digər epitetlərlə müraciət edərək onu cəmiyyət arasında gözükölgəli edirlər. Çox uzağa getməyək. Bir müddət öncə Rusiyada bir siyasi partiya təmsilçisi xarici ölkələrin birinin diplomatik korpusunun nümayəndəsi ilə görüşmüşdü. Həmin şəxsə Rusiya ictimaiyyətinin reaksiyasını yəqin ki, yaddan çıxarmamışıq. Bütün ölkə KİV-ləri və ictimai təşkilatlar həmin siyasətçini rüsvay etdilər.
Və yaxud, bir anlıq təsəvvür edək ki, qardaş Türkiyə dövlətində hansısa partiya yetkilisi ölkədə fəaliyyət göstərən səfirliklərin əməkdaşları ilə gizli danışıqlar aparır. O siyasətçinin gələcəyinin necə olacağını düşünmək belə çətindir. Çünki həmin dövlətlərin siyasi palitrasında yer alan müxalifət partiyalarının yetkililəri üçün dövlət və millət maraqları hər şeydən üstündür, onlar ictimai qınaqdan çəkinirlər, xarici dövlətlərin səfirləri ilə görüşməyi özlərinə rəva görmürlər. Amma nə qədər paradoksal görünsə də, başqalarının ayıb saydıqları bu davranışı Azərbaycanın radikal müxalifət partiyalarının rəhbərləri özləri üçün şərəf bilirlər. Onlar bir səfirlik yetkilisi ilə görüşməyi həyatlarının ən xoş məqamı kimi görəcək qədər də zavallı və kiçikdirlər. Qadının qonşulara ərini şikayət etməsi kimi öz dövlətini başqa bir dövlətin səfirinə şikayət etmək nə mənəvi dəyərlərə, nə də adi siyasi etikaya uyğundur. Və bu gün bu davranışları müşahidə etdikcə, Azərbaycan xalqı bir daha 20 il öncə bu ucuz zehniyyəti hakimiyyət kürsüsündən uzaqlaşdırması, 20 ildir onlara etimad göstərməməsində nə qədər haqlı olduğunu bir daha anlayır.
Belə olan halda, xarici ölkənin diplomatik korpusunun təmsilçilərindən direktivlər alan siyasi partiyaların rəhbərləri hansı haqla ölkəmizdə hakimiyyətə gəlməyə iddialıdır? Xeyr, cənablar, siz yanılırsınız. Azərbaycanda seçkilərin nəticələrini hansısa ölkənin səfirliyi deyil, Azərbaycan xalqının iradəsi təyin edir. Azərbaycan xalqı isə Ulu öndər Heydər Əliyev siyasi kursuna, bu kursu müasir dövrün reallıqları fonunda təkmilləşdirərək uğurla davam etdirən Prezident İlham Əliyevə dəstək verərək öz seçimini çoxdan edib. Oktyabr ayında keçiriləcək prezident seçkilərində biz bir daha bunun şahidi olacağıq.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

