/ / Moskva Dövlət Universitetinin Bakı filialında növbəti məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib
Moskva Dövlət Universitetinin Bakı filialında növbəti məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib
16.07.2013 [16:52]
İyulun 13-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında növbəti məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, M.V.Lomonosov adına MDU-nun təmsilçiləri, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, nazirlər, ali məktəblərin rektorları, deputatlar, valideynlər iştirak ediblər.
Tədbirdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva mərasim iştirakçılarını salamlayaraq deyib ki, bu gün MDU-nun Bakı filialının həyatında əlamətdar gündür. Biz universitetimizlə fəxr edirik. Bu ali məktəb dövlətlərarası münasibətlərin möhkəmlənməsinə, humanitar məqsədlərə, hər iki ölkənin vətəndaş cəmiyyətinin yaxınlaşmasına xidmət edib və bundan sonra da bu fəaliyyətini davam etdirəcək. Bütün ən yaxşı ali məktəblər kimi Moskva Dövlət Universitetinin Bakı filialı da gəncləri ən gözəl ideallar - humanizm, insanpərvərlik, azadlıq ruhunda tərbiyə edir.
Professor deyib ki, Moskva Dövlət Universiteti həmişə bizim flaqmanımız, bütün istiqamətlərdə bələdçimiz olub. Bu nüfuzlu ali məktəbin müəllimlərinin nəcib və misilsiz əməyi, böyük qayğısı sayəsində biz belə yüksək nəticələrə nail ola bilmişik. Bizim üçün gördükləri nəcib işlərə görə onlara ən dərin təşəkkürümüzü bildiririk.
Nərgiz Paşayeva M.V.Lomonosov adına MDU-nun rektoru, akademik Viktor Sadovniçiyə xüsusi minnətdarlığını ifadə edib, Bakı filialına, buradakı hər kəsə, hər bir tələbəyə onun xeyirxah, səmimi münasibət göstərdiyini vurğulayıb.
İnsanların daim daha yaxşı yaşamağa can atdıqların qeyd edən professor N.Paşayeva bildirib ki, bu məqsədlərə çatmaq üçün müxtəlif yollar var. Əminəm ki, universitet bu yollardan biridir. Universitetdə təhsil alanlar xoşbəxt cəmiyyət qurmağa qadir insanlardır. Cəmiyyətin xoşbəxtliyi və rifahı heç də iqtisadi təmələ söykənmir. O, insan təməli üzərində qurulub. Bu təməl nə qədər sağlam və möhkəm olarsa, cəmiyyət və bütövlükdə dövlət də o qədər möhkəm və sağlam olar.
Ali məktəbin məzunlarını təbrik edən rektor onlara həyatda böyük uğurlar arzulayıb, çətinlikdən qorxmamağı, mətin, dözümlü olmağı tövsiyə edib.
Alim bildirib ki, bu il ölkənin tarixində ilk dəfə olaraq M.V.Lomonosov adına MDU-nun Bakı filialında peşəkar psixoloqlar həyata vəsiqə alırlar. Əminəm ki, onlar ölkənin həyatında layiqli və lazımlı mütəxəssislər kimi yer tutacaqlar.
Sonra Nərgiz Paşayeva valideynlərə minnətdarlığını bildirib.
M.V.Lomonosov adına MDU-nun psixologiya fakültəsinin dekanı, Rusiya Psixologiya Cəmiyyətinin prezidenti, Rusiya Təhsil Akademiyasının müxbir üzvü Yuri Zinçenko MDU-nun rektoru, akademik Viktor Sadovniçinin təbrik məktubunu oxuyub.
Y.Zinçenko professor Nərgiz Paşayevaya Rusiya Psixologiya Cəmiyyətinin diplomunu təqdim edib.
Sonra N.Paşayeva, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, səfir V.Doroxin, MDU-nun professorları Y.Zinçenko, Vladimir Zlomanov, Yuri Sadovniçi məzunlara diplomları təqdim ediblər. Onlar MDU-nun diplomunu aldıqlarına görə məzunları təbrik edib, böyük uğurlar, təhsil illərində qazandıqları bilikləri həyatda tətbiq etməyi arzulayıblar.
Vurğulanıb ki, Moskva Dövlət Universiteti təkcə Azərbaycanda və Rusiyada deyil, bütün dünyada tanınan və dəyərləndirilən nüfuzlu ali məktəbdir. Belə mötəbər bir ali məktəbin Bakı filialının məzunu adını daşımaq şərəfli olmaqla yanaşı, həm də məsuliyyətlidir. Ona görə də bu ali məktəbin məzunu adını daim uca tutmaq lazımdır.
Natiqlər məzunlara Rusiya ilə Azərbaycan arasında dostluğun daha da möhkəmlənməsi üçün səylərini əsirgəməməyi tövsiyə ediblər.
Bildirilib ki, bu gün müstəqil həyata qədəm qoyan məzunları qarşıda çətinliklər, sınaqlar, qələbələr, sevinclər və uğurlar gözləyir. Bu gənclər müstəqil qərarlar qəbul etməyə, çalışmağa, yeni uğurlar qazanmağa, mürəkkəb həyat pillələrində qəti addımlar atmağa hazır olmalıdırlar. Çünki bu ali məktəbdə çətin təhsil illəri bunu onlara öyrədib.
Məzunlar çıxış edərək mərasim iştirakçılarına, müəllimlərə və valideynlərinə minnətdarlıqlarını bildiriblər. Onlar Vətənə layiqli övladlar olacaqlarına, doğma universiteti, əziz müəllimlərini unutmayacaqlarına söz veriblər.
Diplom alanlar məzun andı içiblər.
Təntənəli mərasim maraqlı konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

