Gürcüstan xarici qrantlara “yox” deyir
12.09.2024 [09:26]
Son vaxtlar getdikcə daha çox dövlət vətəndaş cəmiyyəti təsisatlarına maliyyə dəstəyini öz öhdəsinə götürür. Bununla onlar ilk növbədə milli təhlükəsizliklərinin qeydinə qalmış olurlar. Azərbaycan artıq uzun müddətdir ki, bu təcrübəni tətbiq edir və yaxşı da nəticələr qazanıb. Artıq xarici qrantlara “yox” deyən ölkələr sırasına qonşu Gürcüstan da qoşulur. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə məlumat verib.
Qonşu ölkənin vətəndaş cəmiyyətini “əsir” alan xarici qrantlar
Son vaxtlarda imperialist güc mərkəzlərinin milli dövlətlərin daxili işlərinə qarışmaq, onlara təzyiqlər göstərmək, siyasətlərinə yön vermək cəhdləri artıb. Onlar öz dəyərlərini milli dövlətlərə ixrac etməklə dünyanın müxtəlif regionlarında mövcudluqlarını gücləndirmək və siyasi-iqtisadi-hərbi təsir imkanlarını artırmaq məqsədi güdürlər. Müşahidə edilən odur ki, həmin mərkəzlər özlərinin bədniyyətli siyasətlərini milli dövlətlərdə vətəndaş cəmiyyəti təsisatlarına güclü maliyyə dəstəyi yönəltməklə həyata keçirirlər. İndiyədək Gürcüstan da belə ölkələr sırasında olub. Qonşu dövlətin vətəndaş cəmiyyətininin bütünklüklə xarici qrantların “əsirliyində” olduğu fikirini ifadə edə bilərik. Hazırda kiçik, beş milyonluq Gürcüstanda Qərb qrantları alan qeyri-hökumət təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artaraq 10 mini ötüb. “Gürcüstan online” nəşrinin məlumatına əsasən, ABŞ və Avropadan gələn pullarla QHT-lər çoxsaylı sosial və siyasi problemləri həll edirlər. QHT-lər əsas maliyyə dəstəyini bir çox beynəlxalq təşkilatdan alırlar. Ən böyük donorlara aşağıdakılar daxildir: Corc Sorosun “Açıq Cəmiyyət” Fondu, “Demokratiyanı Dəstəkləyən Avropa Fondu”, Amerikanın “Milli Demokratiya İnstitutu” və “Demokratiyanı Dəstəkləyən Milli Fond” (USAID və NED), Almaniya təsisatları - “Konrad Adenauer Fondu”, “Fridrix Ebert Fondu”, “Henri Bell Fondu”, “AyREKs” beynəlxalq qeyri-kommersiya təşkilatı, “Emnesti Interneşnl”. Sorosun “Açıq Cəmiyyət” Fondu Gürcüstanda 1994-cü ildən fəaliyyət göstərir və o vaxtdan ölkəyə 100 milyon dollardan çox vəsait yönəldib. 2023-cü ildə “Avropa naminə Vahid Gürcüstan” layihəsi başlayıb. Məqsəd Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını təşviq etməkdir.
Cari ilin birinci yarısında Gürcüstan parlamenti hakim “Gürcü arzusu” partiyası tərəfindən irəli sürülən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təsdiqlədi. Ancaq bu qanunun qəbulu heç də asan başa gəlmədi. Təxminən iki il ərzində hakim komanda cəmiyyətin, müxalifət partiyalarının ciddi etirazları ilə üzləşdi. Hətta hakimiyyət daxilində parçalanmalar baş verdi. Prezident Salome Zurabişvili etirazçı qüvvələri dəstəkləyən bəyanatlarla çıxış etdi.
Tbilisidə baş verən məlum hadisələri yalnız hansısa bir qanuna görə yaranan narazılıq kimi təqdim etmək doğru olmazdı. Əslində, qonşu ölkəni qarışdıran siyasi qarşıdurmanın daha dərin altqatları var. Burada söhbət daha çox Gürcüstanın starteji seçmindən gedir. Hazırda qonşu ölkə “milli maraqlar, yoxsa Avropa “demokratiyası” sualı ilə üz-üzə qalıb. Məsələ burasındadır ki, Qərb uzun müddətdir ki, Gürcüstanı daha sıx şəkildə özünə bağlamaq və bir növ asılı vəziyyətə salmaq planını həyata keçirirdi. Yuxarıdakı faktlardan da göründüyü kimi, burada ayrı-ayrı Qərb institutlarından qrantlar alan qeyri-hökumət təsisatları, müxalif partiyalar, media subyektləri, necə deyərlər, yağışdan sonra göbələk kimi çoxalıb. Təbii ki, musiqi onu sivariş verənin istəyinə uyğun çalınır. Qərbdən maliyyələşən subyektlər fəaliyyətlərini bəlli mərkəzlərdən aldıqları tezislərə uyğun qurmaq məcburiyyətindədirlər. Əks təqdirdə maliyyə qaynağından məhrum qala bilərlər. Qərbdən gələn tezislər isə bir qayda olaraq ölkə hakimiyyətinin strateji kursunu iqnor edir, cəmiyyətdə parçalanmaya yol açır. Milli maraqlara təhdidlər yaranmasının fərqində olan hakimiyyət də məsuliyyətini başa düşərək Gürcüstan cəmiyyətinə kənar təsirləri minimallaşdırmağa çalışır.
Yeni qanun özündə nəyi ehtiva edir?
Gürcüstanda qəbul olunan “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməlidirlər. Qanuna verilən izahata görə, xarici dövlətlərin maraqlarını güdən təşkilat anlayışını təqdim etmək və müvafiq olaraq bu qurumların qeydiyyatına başlamaq lazımdır.
Reyestrdən keçməyənləri isə maliyyə sanksiyaları gözləyir. Lakin onun normaları fiziki şəxslərə şamil edilməyəcək. Gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsində olacaqlar. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq.
Dövlət özü QHT-lərə maliyyə dəstəyi göstərəcək
Perspektivdə Gürcüstan dövlətinin özü ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərəcək. Ölkədə QHT-lər dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən 1-2 dəfə çox maliyyə alacaqlar. Baş nazir İrakli Kobaxidzenin brifinqdə ifadə etdiyi fikirlərə görə, Gürcüstan hökuməti “xarici agentlər” reyestrində qeydiyyatdan keçmiş QHT-lər üçün qrant proqramı yaradacaq.
“Öz işini layiqincə yerinə yetirən və gürcü xalqının mənafeyinə xidmət edən qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən bir-iki dəfə çox vəsait alacaqlar”, - deyə Baş nazir bildirib.
Bununla bağlı qanun layihəsi hazırlanır və qanun 2025-ci ilin yanvarından qüvvəyə minəcək.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38

