Fransa: Yeni hökumət və xalqın etiraz nümayişi
21.09.2024 [19:26]
Dünən bildirilən “son düzəlişlər” adı ilə Fransanın yeni Baş naziri Mişel Barnye yeni hökumətin üzvlərini hələ də təqdim etməyib. Bildirilir ki, 16-sı tam ştatlı nazir olmaqla 38 namizəddən ibarət hökumət siyahısında Emmanuel Makronun xoşuna gəlməyən namizədlər olub. Bu baxımdan “son düzəlişlər”ə ehtiyac olub. Ancaq sual yaranır: bu “son düzəlişlər” öz bəhrəsini verəcəkmi?
AZƏRTAC xəbər verir ki, Baş nazir ətraflı yeni hökumətin bazar günündən əvvəl elan olunacağını bildirib. Qeyd edilib ki, M.Barnye yeni hökumətin üzvləri ilə bağlı sonuncu tərkibi yekunlaşdırılmış siyahısını E.Makrona göndərib. Ancaq 38 namizəddən ibarət olan yeni hökumətin tərkibinin əsasən mərkəzçi və sağçılardan ibarət olması solçuları qəzəbləndirib. Yeni hökumət elan edilməmiş Fransanın bir çox böyük şəhərlərində Makron-Barnye tandeminə qarşı sentyabrın 21-də etiraz nümayişləri elan olunub. Ekoloqlar, Əyilməz Fransa Partiyasının üzvləri, solçular, Makron-Barnye tandeminə qarşı assosiasiyalar, tələbə, ətraf mühit və feminist təşkilatların nümayişlərə qoşulacağı gözlənilir. Parisdə yerli vaxtla saat 14:00-da etirazçılar paytaxt küçələrində etirazlarını nümayişlə ifadə edəcəklər.
“Mişel Barnye hökuməti qurulmamış fransızlar artıq onu istəmirlər. Xüsusilə üç həmkarlar ittifaqı təşkilatının (Tələbələr İttifaqı, Liseylər İttifaqı və Attac) çağırışı ilə bu gün bütün Fransada Makron-Barnye hökumətinə qarşı etiraz nümayişləri keçiriləcək”, - deyə Attac Assosiasiyası bildirib.
Bordo, Mulhouse, Annecy, Rennes, Niort və Fransanın bir çox başqa şəhərlərində keçiriləcək etiraz nümayişlərinə “Greenpeace Fransa”, “Nous toutes”, “la Jeune Garde antifasciste”, “Action justice climat”, “le Planning familial”, “le collectif national” kimi assosiasiyalar da qoşulduqlarını bəyan ediblər.
Həmçinin vətəndaş cəmiyyəti təşkilatları və tələbə birlikləri oktyabrın 1-də əməkhaqqı, pensiya və ictimai xidmətlər üçün böyük səfərbərlik günü ilə əlaqədar Makronun güc tətbiqini pisləmək üçün səfərbər olmağa çağırıb.
“Yeni Xalq Cəbhəsi” parlament seçkilərində qalib gəldi. Makron bu nəticəni tanımaqdan imtina edir və xalqın suverenliyini pozur. Səsverməyə hörmət demokratiyanın təməl prinsipidir. Şənbə günü biz Milli Assambleyada səfərinə başlayan impiçment tələbini dəstəkləmək üçün yürüş edəcəyik”,- deyə Attac Assosiasiyası bildirib.
“Xalqın seçiminə hörmətlə yanaşın” çağırışı ilə Əyilməz Fransa Partiyası öz saytında “Prezidenti xalqın seçiminə hörmət etməyə məcbur etmək” üçün çağırış edib.
Qeyd edək ki, sentyabrın 7-dəki etiraz nümayişindən sonra bu, artıq xalqın ikinci etiraz nümayişidir.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

