Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanda qripə yoluxma halları iki dəfə artıb

Gürcüstanda qripə yoluxma halları iki dəfə artıb

19.12.2024 [14:44]

Son iki həftə ərzində Gürcüstanda qripə yoluxma halları iki dəfə artıb. Yoluxma halları artıq əhalinin 25 faizini təşkil edir. Yoluxanlar arasında məlum “donuz qripi” üstünlük təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkənin İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze “Mtavari” media mərkəzinə müsahibəsində söyləyib. Onun sözlərinə görə, klinikada pnevmoniya diaqnozu ilə həddən artıq çox uşaq yatır, xəstəxanaya yerləşdirilmə nisbəti də artıb. Əvvəlki həftələrdə əsasən “A” tipli virus var idisə, indi “B” tipli virus yaranıb. Yoluxan 25 faiz əhalinin 2 faizində qripin “B” növü təsdiqlənib. Ən çox yayılan isə hələ də H1N1 virusu - məşhur “donuz qripi”dir. Əksər yoluxma halları H1N1 virusundan qaynaqlanır.

“Klinikamızda xəstələrin əksəriyyəti respirator virusdan əziyyət çəkir. Onların böyük əksəriyyəti qrip viruslarıdır. Ağciyər iltihabı 30-40 faiz hallarda inkişaf edir. Pnevmoniyadan yatan çoxlu uşaqlara antiviral dərmanlar istifadə etməli olduq. Qripə yoluxma hallarının artması səbəbindən xəstəxanaya yerləşdirmə də artıb”, - deyə İ.Çxaidze vurğulayıb.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30