Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniya Prezidenti: Son söz nifrət və zorakılıq olmamalıdır

Almaniya Prezidenti: Son söz nifrət və zorakılıq olmamalıdır

24.12.2024 [13:58]

Son söz nifrət və zorakılıq olmamalıdır. Gəlin, özümüzü bir-birimizdən ayırmayaq, birlikdə olaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Milad bayramı münasibətilə müraciətində bildirib.

Builki Milad bayramı ərəfəsində Maqdeburqda törədilən hadisə ilə bağlı insanlarda əsəb, qorxu və gərginliyin yaranmasına toxunan Prezident qeyd edib: “Bütün bu hisslər başadüşüləndir. Lakin onlar bizə hökmranlıq etməməli, bizi iflic vəziyyətinə salmamalıdır”.

İnsanları keçmişdə birlikdə böyük vəzifələrin və böhranların öhdəsindən gəlməyə imkan verən güclü tərəflər üzərində düşünməyə çağıran Prezident icma ruhu və enerjisini, zəhmətkeşliyi, cəsarət və ambisiyaları, eləcə də özünəinamı xüsusi vurğulayaraq bildirib: “Biz bunların hamısını itirməmişik, onların hamısı canlıdır. Mən bunların hamısı ilə demək olar ki, hər gün qarşılaşıram və buna əminəm: bütün bunlar bizə gələcək üçün yeni yollar açacaq”.

Frank-Valter Ştaynmayer müraciətində koalision hökumətin uğursuzluğundan da qısa şəkildə bəhs edərək hökumətin fəaliyyətinin vaxtından əvvəl başa çatmasının dünyanın sonu olmadığını vurğulayıb. Bunun Əsas Qanunda əksini tapan hal olduğunu qeyd edən Prezident Bundestaqın buraxılması və yeni seçkilərlə bağlı qərarı Milad bayramından sonra verəcəyini bildirib.

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30