Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada nəqliyyat işçiləri tətil edirlər

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

10.01.2025 [14:24]

İtaliyada nəqliyyat sektorunda milli tətil elan olunub.

AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə yerli ictimai nəqliyyatda, dəmir yollarında və hava nəqliyyatında çalışan işçilər tətil ediblər.

Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə avtobus, metro və tramvay xətlərinin hərəkətinə mənfi təsir göstərib, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub. Bəzi şəhərlərarası və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.

Milanın Linate və Malpensa hava limanlarında xidmət göstərən işçilərin tətilə qoşulması bəzi aviareysləri təxirə salıb, çox sayda turistin səyahət planları dəyişilib.

Tətil Turin, Neapol, Genuya, Florensiya, Boloniya və Venesiya kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31