Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna Milli Bankı qrivnanın məzənnəsini sabit saxlamaq üçün bir milyarddan artıq dollar satıb

Ukrayna Milli Bankı qrivnanın məzənnəsini sabit saxlamaq üçün bir milyarddan artıq dollar satıb

20.01.2025 [17:55]

Ukraynada dollara tələb artmağa davam etdiyi üçün ölkənin Milli Bankı dolların məzənnəsini aşağı salmaq qərarına gəlib.

Bu barədə AZƏRTAC Ukrayna Milli Bankına istinadla məlumat verib.

Milli Bank dolların məzənnəsinin aşağı salınması üçün ötən həftə banklararası valyuta bazarında 1,015 milyard dollar satıb. Bu, əvvəlki həftənin 1,039 milyon dollarından bir qədər azdır.

Qeyd edək ki, ötən ilin dekabrında dollara tələb kəskin artıb və Ukrayna Milli Bankı banklara 5,284 milyard dollar satıb. Bu, rekord aylıq göstəricidir. Ümumilikdə, 2024-cü ildə Milli Bank bazarda 34,822 milyard dollar vəsait satıb. Ötən il Ukraynaya beynəlxalq yardımın həcmi isə 41,7 milyard dollar təşkil edib.

Bundan əlavə, artıq ilin əvvəlindən Ukrayna Rusiyanın dondurulmuş aktivləri vasitəsilə Avropa İttifaqından 3 milyard avro alıb.

Xatırladaq ki, son aylar pul bazarında dolların məzənnəsi bahalaşıb.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31