Almaniya parlamentində miqrasiya siyasəti ilə bağlı yeni qanun layihəsi müzakirə olunur
31.01.2025 [21:53]
Almaniya parlamentinin yanvarın 31-də keçirilən iclasında Xristian Birlik (CDU/CSU) partiyalarının irəli sürdüyü miqrasiya siyasəti ilə bağlı yeni qanun layihəsi müzakirə olunur. Ölkəyə miqrant axınının məhdudlaşdırılmasını nəzərdə tutan layihə ilə bağlı müzakirələrdən sonra səsvermə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu layihə parlamentdə qəbul olunduqdan sonra Federal Əyalətlərin Nümayəndələri Şurası (Bundesrat) tərəfindən təsdiqlənməlidir. Burada da lazımi səs çoxluğu təmin edildiyi təqdirdə qanun hüquqi qüvvəyə minməsi üçün Federal Prezident Frank-Valter Ştaynmayer tərəfindən imzalandıqdan sonra rəsmi qaydada yayımlanmalıdır.
Layihədə üçüncü ölkələrdən Almaniyaya axının məhdudlaşdırılması nəzərdə tutulur. 2023-cü ildə “məhdudlaşdırma” ifadəsi qanunun mətnindən çıxarılmışdı.
Qanun layihəsində ciddi mübahisələrə səbəb olan maddələrdən biri də mühacirlərin ailə üzvlərini də Almaniyaya gətirməsini nəzərdə tutan “ailə birləşməsi”nin dayandırılmasıdır. Bundan başqa, layihədə miqrantların deportasiya prosesi zamanı polisin səlahiyyətlərinin artırılması da yer alıb.
İfrat sağçı Almaniya üçün Alternativ Partiyası bu dəfə də CDU-ya dəstək verir. AfD ilə yanaşı, koalision hökuməti tərk edən liberal Azad Demokrat Partiyası (FDP) və sol populist Sahra Vaqenknext İttifaqı (BSW) qanun layihəsinin lehinə səs verəcəklərini açıqlayıb. Bu vəziyyətdə qanun layihəsinin qəbulu üçün lazımi yetərsay (367) təmin edilmiş olur.
Xatırladaq ki, əsas müxalifət partiyası olan Birlik partiyalarının hazırladığı və Almaniyadakı miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan beş maddəlik qətnamə yanvarın 29-da parlamentdəki səsvermədə AfD-nin də dəstəyi ilə 345 səsə qarşı 348 səslə qəbul edilmişdi. AfD səsvermədən əvvəl qətnamənin lehinə səs verəcəyini bəyan etmişdi. Fridrix Mertsin isə əvvəllər dəfələrlə verdiyi açıqlamaların əksinə, AfD ilə əməkdaşlıqdan imtina etməməsi ciddi müzakirələrə yol açmışdı. Çünki CDU/CSU-nun bununla “yanğın divarı” olaraq adlandırılan, digər partiyaların AfD ilə heç bir əməkdaşlığa getməməsi barədə siyasətə qarşı çıxdığı hesab edilir. Bu da ölkədə seçkiqabağı siyasi mühitin daha da gərginləşməsinə səbəb olub.
Almaniyanın müxtəlif şəhərlərində, o cümlədən Berlin, Münxen, Frayburq, Hannover, Drezden, Mayntsda on minlərlə insan meydan və küçələrə axışaraq CDU/CSU-nun təklifinin AfD-nin dəstəyi ilə qəbul olunmasına sərt etirazlarını bildiriblər.
Partiyanın üzvü, tanınmış publisist Mişel Fridman CDU sıralarından istefa verdiyini açıqlayıb.
2005-2021-ci illərdə Almaniyanın Kansleri, 2000-2018-ci illərdə isə CDU-nun lideri olmuş Angela Merkel partiyanın hazırkı rəhbəri və Birliyin Kansler vəzifəsinə namizədi Fridrix Mertsin hazırladığı təklifin AfD-nin dəstəyi ilə parlamentdə qəbul olunmasını tənqid edib. O, Bundestaqdakı səsvermədə ilk dəfə AfD-nin səsləri ilə üstünlüyün təmin edilməsinin doğru olmadığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39

