/ / Türkiyənin müdafiə və aviasiya sahəsi üzrə ixracatda ən çox paya sahib olan şirkətləri açıqlanıb
Türkiyənin müdafiə və aviasiya sahəsi üzrə ixracatda ən çox paya sahib olan şirkətləri açıqlanıb
02.02.2025 [23:45]
Ötən il Türkiyənin müdafiə və aviasiya sahəsi üzrə ən çox ixrac əməliyyatı edən 10 şirkəti açıqlanıb. “Baykar”ın liderlik etdiyi siyahıda TUSAŞ, ASFAT, Makina və Kimya Sənayesi (MKE), ARCA Müdafiə, TUSAŞ Mühərrik, ASELSAN, RAM Xarici Ticarət, ROKETSAN və Samsun Yurt Müdafiə kimi şirkətlər yer alıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsi tərəfindən açıqlanan siyahıya görə, 1,8 milyard dollar dəyərində ixracatla siyahının birinci sırasında olan “Baykar”ı, 750 milyon dollarla TUSAŞ Aviasiya, 644 milyon dollarla isə ASFAT şirkəti izləyir.
“Baykar” şirkəti ötən il gəlirlərinin 90 faizini ixracatdan əldə etdiyini bildirib.
Qeyd edilib ki, 2003-cü ildə PUA AR-GE (Pilotsuz Uçuş Aparatı Araşdırma və Təkmilləşdirmə) prosesinin başlamasından bu günə qədər bütün layihələrini öz resursları ilə həyata keçirən “Baykar”, əldə etdiyi ümumi gəlirinin 83 faizini ixracatla təmin edib.
“Baykar”ın baş direktoru Haluk Bayraktar açıqlamasında rəhbərlik etdiyi şirkətin 2024-cü ildə əldə etdiyi bu nailiyyətlə dünya SİHA (Silahlı PUA) ixracat bazarının lideri olduğunu vurğulayıb.
2023-cü ildə ölkənin sənaye ixracatının üçdə birinə imza atan “Baykar” 2024-cü ildə müdafiə və aviasiya sektorunun ümumi ixracatının dörddə birini həyata keçirərək, Türkiyəni qlobal SİHA ixracat bazarında lider mövqeyə gətirib. “Baykar”ın dünya miqyasında əldə etdiyi bu uğur sayəsində Türkiyə SİHA ixracatında ABŞ, İsrail və Çin kimi ölkələri qabaqlayıb. Yeni Amerika Təhlükəsizlik Mərkəzi - CNAS-ın ötən ilin sentyabr ayında yayımladığı hesabata görə, Türkiyə dünya İHA ixracat bazarının 65 faizinə sahibdir. Ən yaxın rəqibi ABŞ şirkətinin üç qat böyüklüyündə olan “Baykar” son 4 ildir dünyanın bir nömrəli SİHA istehsalçısı olaraq ixracat bazarının təxminən 60 faizinə hakimdir.
Qlobal miqyasda fəaliyyətini artırmağa davam edən “Baykar”ın hazırda imzalanmış müqavilələrinin 97,5 faizi ixracatdan qaynaqlanır. Şirkət tərəfindən istehsal olunan “Bayraktar TB2” SİHA və “Bayraktar AKINCI” TİHA (Hücum Pilotsuz Döyüş Aparatı) ümumilikdə 35 fərqli ölkəyə ixrac edilib.
“Bayraktar TB2” dünya miqyasında 34 ölkənin inventarına daxil olub.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

