QHT sektoruna nəzarət gücləndirilir...
22.02.2025 [12:09]
Gürcüstan Parlamenti “Qrantlar haqqında” qanunu sərtləşdirir
Qonşu və dost Gürcüstanın hazırkı hakimiyyəti milli maraqların qorunması, ölkəyə xarici təsirlərin qarşısının alınması məqsədilə qətiyyətli siyasi iradə ortaya qoyur. Təkcə ötən il Qərbin və daxildəki birləşmiş müxalifətin ciddi təzyiq cəhdlərinə baxmayaraq, ölkə parlamenti hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təşəbbüsü əsasında xarici təsirlərə nəzarətin gücləndirilməsini və gürcü xalqının milli ləyaqətinin, ailə dəyərlərinin qorunmasını hədəfləyən iki mühüm qanun qəbul etdi. Hazırda isə oxşar məzmunlu daha bir qanun layihəsi parlamentin müzakirələrinə çıxarılıb. Söhbət “Qrantlar haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərin müzakirələrindən gedir. Hakim komanda sözügedən qanunun sərtləşdirilməsinin zəruriliyi mövqeyindən çıxış edir ki, bu da səbəbsiz deyil.
ABŞ-ın FARA qanunu Gürcüstanda
Hər bir ölkədə vətəndaş cəmiyyəti təsisatlarının müstəsna rolu barədə geniş müzakirələr açmağa lüzum yoxdur. Uğurlu dövlət modelini ictimai sektorun fəallığından və təşəbbüslərindən kənarda təsəvvür etmək mümkün deyil. Məhz xüsusi önəmi nəzərə alınmaqla vətəndaş cəmiyyəti təsisatları milli maraqlarla ziddiyyət təşkil edən, hətta bu maraqlara təhdidlər yaradan kənar təsirlərdən qorunmalıdır. Bu məsuliyyət isə bilavasitə dövlətin üzərinə düşür. Geosiyasi reallıqları nəzərə alan rəsmi Tbilisi də məhz belə yanaşmalardan çıxış etməklə “Qrantlar haqqında” qanunu sərtləşdirməyə qərar verib.
Bu günlərdə Gürcüstan parlamenti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət qrantları almaq imkanını nəzərdə tutan “Qrantlar haqqında” qanuna dəyişiklikləri sürətləndirilmiş qaydada nəzərdən keçirib və üçüncü oxunuşda təsdiqləyib. Dəyişikliklərin qəbulunu qanunverici orqanın 80 üzvü dəstəkləyib.
Layihəyə əsasən, qrantların verilməsinə yeni qurum - Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi cavabdeh olacaq. Yalnız fəaliyyəti ölkənin inkişaf prioritetlərinə uyğun gələn təşkilatlar maliyyə alacaqlar. Artıq 2025-ci ilin dövlət büdcəsindən bu məqsədlə 20 milyon lari ayrılıb.
Parlamentdə aparılan müzakirələrdə Amerika Birləşmiş Ştatlarında (ABŞ) uzun illərdir ki qüvvədə olan oxşar qanuna istinad olunub. Qeyd edək ki, ABŞ-da “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlanan qanuna əsasən, xarici güclərin maraqlarını hansısa bir formada güdən şəxslər xarici hökumətlə əlaqəli fəaliyyətləri və maliyyə barədə məlumatları açıqlamalıdırlar. Qanunun məqsədi hakimiyyətin və Amerika xalqının belə şəxslərin bəyanatlarına, hərəkətlərinə qiymət verməsini asanlaşdırmaqdır.
Maliyyələşmə mexanizmi dəyişir
Bəs indiki həssas dönəmdə Gürcüstanda oxşar məzmunlu qanunun sərtləşdirilməsi hansı vazkeçilməz amillərlə şərtlənir? Sualın cavabı konkretdir: Hakim komanda ölkədə qeyri-hökumət təşkilatlarının sayının hədsiz dərəcədə artması və onların böyük əksəriyyətinin xaricdən maliyyə asılılığında olması reallığından çıxış edir. 2024-cü ilin məlumatına əsasən, Gürcüstanda aktiv fəaliyyət göstərən 25 min qeyri-hökumət təşkilatı var. Gürcüstanın 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir, yəni hər 148 Gürcüstan vətəndaşına, demək olar ki, bir QHT düşür. Narahatlıq yaradan ən mühüm məqam ondan ibarətdir ki, ölkədə qeydiyyata alınan QHT-lərin təxminən 90 faizi xaricdən maliyyələşir.
Aydın məsələdir ki, pulu verən onu alana istədiyi mahnını sifariş verir. Gürcüstan hakimiyyəti o mövqedən çıxış edir ki, siyasi mənada sifarişi verilən “mahnılar” ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Bu narahatlıq əbəs deyil. İndiyədək Gürcüstanda yerli QHT-lərin xaricdən ölkəyə ixrac edilən müxtəlif “rəngli inqilab” ssenarilərində yer aldıqlarına dair çoxsaylı faktlar sadalamaq mümkündür. Gürcüstan QHT-larının Qərb donorları arasında Avropa İttifaqı, ABŞ-ın keçmiş administrasiyası, Soros Fondu kimi müxtəlif qurumlar var. İndiyədək 100-dən çox ölkədə şəbəkə qurmağa nail olan və D.Trampın bir qədər bundan əvvəl ifşa etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) burada “aktivliyini” xüsusi qeyd edə bilərik. Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində sözügedən qurumdan 41 milyon dollardan çox vəsait alıblar. Etiraf olunur ki, bu pullar Gürcüstanda QHT-lər üzərindən daxili sabitliyin pozulmasına yönəldilib.
Belə kədərli reallıq fonunda Gürcüstan hakimiyyətinin hərəkətə keçməsi tam başadüşüləndir. Dövlət gec də olsa ictimai sektora nəzarəti gücləndirməkdə qərarlıdır. Həm də bu, yalnız qadağa və məhdudiyyətlərlə edilməyəcək. Baş nazir İrakli Kobaxidze bildirib ki, Gürcüstanda qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən bir-iki dəfə çox vəsait alacaqlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

