Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İranın Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

İranın Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

28.04.2025 [14:17]

İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, 1200-dən çox insan yaralanıb. Həkimlər yaralılardan bəzilərinin vəziyyətini ağırdır qiymətləndirir.

AZƏRTAC Mehr agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalət qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə bildirib.

Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Hadisə nəticəsində bir neçə kilometr radiusda binaların pəncərələri qırılıb.

İranın hakimiyyət orqanları faktla bağlı təhqiqata başlamaq göstərişi verib.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30