ÜST: Əlcəklər əllərin gigiyenasını əvəz etmir
05.05.2025 [19:57]
Əlin gigiyenası infeksiyaların ötürülməsinin qarşısını almaq, habelə keyfiyyətli, təmiz və təhlükəsiz tibbi xidmət göstərmək üçün istifadə edə bildiyimiz ən effektiv, əlçatan və universal vasitələrdən biridir.
Tibbi əlcəklər, məsələn, qan və bioloji mayelərlə təmas riski olduqda infeksiyanın yayılmasının qarşısını almaqda mühüm rol oynasa da, onlar əllərin vaxtında yuyulmasını əvəz etmir.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadla xəbər verir ki, mayən 5-də qeyd edilən Ümumdünya Əl Gigiyenası Günündə təşkilat hökumətləri, tibb müəssisələrini və orta tibb işçilərini dünyada əl gigiyenası təcrübəsini gücləndirməyə çağırıb.
ÜST-nin ümumdünya səhiyyə xidmətlərinə çıxış üzrə baş direktorunun köməkçisi Bryus Eylvardın sözlərinə görə, tibbi əlcəklər infeksiyaya yoluxma riskini azalda bilər, lakin onlar heç vaxt əl gigiyenasını əvəz etmir: “Gəlin, Ümumdünya Əl Gigiyenası Günündə tibbi müəssisələrdə pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün əl gigiyenasının yaxşılaşdırılması istiqamətində öhdəliklərimizi və fəaliyyətimizi ikiqat artıraq".
Əl gigiyenasına yatırılan hər 1 dollar 24,6 dollara qədər iqtisadi fayda verə bilər. Buna baxmayaraq, hər 5 tibbi müəssisədən 2-də hələ də tibbi yardım göstərilən yerlərdə əsas gigiyena xidmətləri mövcud deyil ki, bu da 3,4 milyard insanı risk altına atır. Əlcəklərdən düzgün istifadə edilməməsi yalnız infeksiyaların qarşısının alınması və onlara nəzarət təcrübəsini zəiflətmir, həm də səhiyyə sahəsində tullantıların miqdarını əhəmiyyətli dərəcədə artırır. Əgər əl gigiyenasına düzgün riayət olunsa və əlcəklər yalnız zərurət olduqda istifadə edilsə, bu tullantıların böyük hissəsinin qarşısını almaq olar”, — deyə ÜST-nin bəyanatında qeyd olunur.
Əlcəklər də əllər kimi çirklənə bilər və əksər hallarda düzgün istifadə olunmur. Məsələn, tibb işçiləri onları bir pasiyentdən digərinə keçərkən və ya eyni pasiyentə bir neçə prosedur tətbiq edərkən uzun müddət çıxarmadan geyinirlər. Bundan başqa, əlcəklərin həddindən artıq istifadəsi ətraf mühitə mənfi təsir göstərir.
ÜST siyasətçiləri və tibb ictimaiyyətini tibb müəssisələrində əlcəklərdən məqsədəuyğun istifadəni və əl gigiyenasını yaxşılaşdırmaq üçün aşağıdakı addımları atmağa çağırır:
• 2024–2030-cu illər ərzində infeksiyalarla mübarizə və profilaktika üzrə monitorinq çərçivəsində Qlobal Fəaliyyət Planına uyğun olaraq 2026-cı ilədək əl gigiyenasına riayət olunmasını milli səhiyyə sisteminin fəaliyyət göstəricisi kimi müəyyən etmək;
• ÜST-nin əllərin gigiyenası üzrə rəhbərliyi ilə bu sahədə milli səyləri razılaşdırmaq;
• Tibb işçilərinə əlcəklərdən düzgün istifadə və ÜST-nin “Əl gigiyenası üçün 5 əsas an” rəhbərliyinə əsasən təlim keçmək;
• Səhiyyə tullantılarını azaltmaq üçün artıq əlcək istifadəsini minimuma endirmək və fokuslanmaq; tibbi yardım göstərilən yerlərdə əl gigiyenasının təmin olunması məqsədilə lazım olan resursları təmin etmək;
• Keyfiyyətli əlcəklərin kifayət qədər əlçatan olmasını təmin etməklə onlardan sui-istifadənin qarşısını almaq.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

