Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Küveytdə külli miqdarda narkotik təsirli “tanbak” saqqızı müsadirə edilib

Küveytdə külli miqdarda narkotik təsirli “tanbak” saqqızı müsadirə edilib

07.07.2025 [09:17]

Küveytin əl-Şuveyx limanında narkotik təsirli “tanbak” saqqızı yüklənmiş iki konteyner müsadirə edilib.

AZƏRTAC “əl-Ray” qəzetinə istinadla xəbər verir ki, adı çəkilməyən Asiya ölkəsindən gətirilən bu yükün ümumi çəkisi 29 ton olub. İdxalı qadağan olunmuş məhsul 581 min ədəd kisədə yerləşdirilib.

Küveytdə “tanbak” adlanan bu saqqız betel (və ya areka) ağacının fındığından hazırlanır. Cənub-Şərqi Asiya ölkələrində geniş istifadə edilən bu məhsulun tərkibindəki psixoaktiv maddə arekolin və nikotin stimullaşdırıcı və narkotik təsirləri ilə tanınır. Mütəxəssislərin fikrincə, bu maddənin davamlı istifadəsi ağız xərçənginin yaranma ehtimalını artırır.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30