Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Varşava Ukraynanı polyakların soyqırımını rəsmən tanımağa çağırıb

Varşava Ukraynanı polyakların soyqırımını rəsmən tanımağa çağırıb

11.07.2025 [19:42]

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Kiyevi Volın faciəsini və polyaklara qarşı törədilən soyqırımını rəsmən tanımağa çağırıb.

AZƏRTAC xəbər verir ki, nazir bu məsələnin heç vaxt unudulmamalı olduğunu diqqətə çatdırıb.

“Mən Polşa ilə Ukrayna arasında nifaq salmağa çalışan şəxslərdən deyiləm və həqiqət üzərində, keçmişə hörmət əsasında gələcək qurmaq istəyirəm”, – deyə o bildirib.

Vladislav Kosinyak-Kamış bu tarixi yaranın yalnız soyqırımının tanınması ilə sağala biləcəyini qeyd edib.

Bir müddət öncə Polşa Seyminin deputatı Marçin Pşidaç polyakların əksəriyyətinin artıq Ukraynaya qarşılıqsız yardımın davam etdirilməsini istəmədiyini deyib. Onun sözlərinə görə, Ukrayna hökuməti bu dəstəyi qazanmaq üçün heç bir addım atmayıb.

Qeyd edək ki, iyulun 11-də Polşada 82 il əvvəl – 1943-cü ildə Ukrayna millətçiləri tərəfindən polyaklara qarşı törədilmiş soyqırımı qurbanlarının Anım Günü qeyd olunur.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30