Seul tarif razılaşması üçün ABŞ-a 100 milyard dollarlıq investisiya təklif edəcək
25.07.2025 [13:17]
Cənubi Koreyanın ABŞ-la davam edən tarif danışıqları çərçivəsində Asiya ölkəsinin 100 milyard dollar sərmayə qoymağı təklif edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda Vaşinqtonda səfərdə olan Cənubi Koreyanın ticarət heyəti bu təklifi iyulun 24-nə planlaşdırılan “2+2” formatındakı görüşdə vermək niyyətində idi. Lakin ABŞ maliyyə naziri Skot Besentin təcili işi ilə əlaqədar həmin görüş ləğv edilib. Təklif olunan investisiya paketinə “Samsung”, “SK Group”, “Hyundai Motor” “LG Group” da daxil olmaqla, Cənubi Koreyanın böyük konqlomeratlarının potensial öhdəlikləri daxildir.
Cənubi Koreyanın Maliyyə Nazirliyinin məlumatına görə, təxirə salınan görüşdə ABŞ tərəfdən Skot Besentlə yanaşı ticarət nümayəndəsi Ceymison Qrir, onların cənubi koreyalı həmkarları - maliyyə naziri Koo Yun-çeol və ticarət naziri Yeo Han-koo bir araya gəlməli idi. Koreya tərəfi hazırda Vaşinqtonda amerikalı həmkarları ilə görüşün yeni vaxtını gözləyirlər.
Qeyd edək ki, tarif razılaşması üçün ABŞ-a oxşar təklfi Yaponiyada da irəli sürüb. İyulun 23-də Prezident Donald Tramp Yaponiya mallarına əvvəllər elan edilmiş 25 faizlik idxal rüsumlarını 15 faizə endirmək üçün ticarət razılaşması əldə etdiyini bildirib. Bunun müqabilində Tokio əsas sənayelərin yenidən qurulmasına və genişləndirilməsinə kömək etmək üçün ABŞ-a 550 milyard dollar sərmayə qoymağı, eyni zamanda özünün avtomobil və kənd təsərrüfatı bazarlarını ABŞ üçün daha da açmağa razılıq verib.
Tramp administrasiyasının geniş tarif siyasətinə cavab olaraq bir çox Cənubi Koreya şirkəti də ABŞ-da əlavə investisiya imkanlarını araşdırır. “Hyundai Motor” 2028-ci ilə qədər ABŞ-a 21 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. “Samsung Electronics” və “SK hynix Inc” də müvafiq olaraq ən azı 37 milyard və 3,87 milyard dollar dəyərində investisiya planını nəzərdən keçirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39

