Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çanaqqalanın Güzelyalı bölgəsində meşə yanğını ilə əlaqədar əhali təxliyə olunur

Çanaqqalanın Güzelyalı bölgəsində meşə yanğını ilə əlaqədar əhali təxliyə olunur

11.08.2025 [21:35]

Türkiyənin Çanaqqala vilayətinin Kepez qəsəbəsi ilə Ayvacık rayonunda tullantı sahəsindən başlayaraq meşəlik əraziyə yayılan yanğınlara havadan və qurudan müdaxilə edilir. 

AZƏRTAC xəbər verir ki, Çanaqqalanın Çınarlı bölgəsində baş verən yanğına 9 təyyarə və 10 helikopterlə havadan, 69 texnika və 685 nəfərlik heyətlə isə qurudan müdaxilə olunur. 

Yanğın səbəbindən Çanaqqala boğazında gəmilərin, hava limanında təyyarələrin, bəzi magistral yollarda isə avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb. Tüstüdən təsirlənən 47 nəfər xəstəxanalara yerləşdirilib.

Çanaqqala valisi Ömər Toraman “X” hesabında paylaşım edərək, Çanaqqala mərkəz rayonunda yanğının küləyin təsiri ilə sürətlə yayıldığını bildirib. Vali Güzelyalı bölgəsində yaşayan vətəndaşların təxliyəsinə başlanıldığını deyib.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31