Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Paşinyan: Biz sülhə əsaslanan dördüncü respublika qururuq

Paşinyan: Biz sülhə əsaslanan dördüncü respublika qururuq

08.10.2025 [21:13]

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, o və komandası sülhə əsaslanan dördüncü respublika qurur.

AZƏRTAC xəbər verir ki, Paşinyan bunu Telegram kanalında yerləşdirdiyi videoda deyib. "Üçüncü respublika münaqişə nəticəsində yaranıb və biz sülhə əsaslanan dördüncü respublika yaradırıq", - deyə o vurğulayıb.

Ermənistan Nazirlər Kabinetinin rəhbəri onu da bildirib ki, üçüncü respublikada bütün seçkilərin nəticələri şübhə doğurub, lakin dördüncü respublikada seçkilər saxtalaşdırılmayacaq.

Paşinyan daha əvvəl bəyan etmişdi ki, onun komandası 2026-cı il parlament seçkilərində qalib gəlsə, onlar yeni konstitusiyanın qəbulu və dördüncü respublikanın yaradılması təşəbbüsü ilə çıxış edəcəklər. Erməni tarixində birinci respublika 1918-1920-ci illəri, ikinci respublika 1991-ci ilə qədərki sovet dövrünü əhatə edir. Üçüncü respublika isə bugünkü Ermənistandır.

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31